Təfəkkür və ağıl



Yüklə 28,74 Kb.
səhifə11/12
tarix29.12.2021
ölçüsü28,74 Kb.
#48568
növüMücərrəd
1   ...   4   5   6   7   8   9   10   11   12
psixol.14 Times təfəkkür

Konkretləşdirmə – ümumiləşməyə əks istiqamətli hərəkətdir. Konkretləşdirmə anlayışların müəyyənləşməsində tək-tək şeylərin və hadisələrin müəyyən sinfə aidliyini göstərir. Konkretləşdirmə ümumi vəziyyətə və ya hər hansı anlayışa müvafiq olan tək haqqında təsəvvürdür. Konkret təsəvvürlərdə hadisə və predmetlərin müxtəlif əlamətlərindən azaltmalar baş vermir, əksinə bu predmetlər özünün çoxobrazlılığı ilə əlamət və xüsusiyyətləri ilə, bir əlamət digəri ilə əlaqədə konkret ifadə edilir. Ümumi anlayışları konkretləşdirərək biz onu daha yaxşı başa düşürük. «Stol» anlayışını konkretləşdirərək biz onu «yazı masası», «yemək masası», «iş stolu» kimi ifadə edirik.

Təfəkkür növləri:

Təfəkkürün növlərinə daxildir: əyani — əməli təfəkkür, əyani — obrazlı təfəkkür, texniki təfəkkür, mücərrəd təfəkkür, bədii təfəkkür, dialektik təfəkkür, məntiqi təfəkkür.

 1.Əyani-əməli təfəkkür 3 yaşına qədər uşaqlarda üstünlük təşkil edir. Təfəkkürün bu növü ən çox bilavasitə təsir edən cisim və hadisələrin dərk edilməsi ilə əlaqədardır, yəni əşyalar üzərində praktik fəaliyyətlə bağlıdır.

 2.Əyani-obrazlı təfəkkür obrazlı materiala istinad edir. Bu halda cisim və hadisənin qavrayış və təsəvvür surətləri təhlil edilir, müqayisədən keçirilir.

 3.Texniki təfəkkür texniki məsələlərin həllinə yönəlir və bu sahədə yüksək göstəricilərə nail olmağa imkan yaradır.

 4.Mücərrəd təfəkkür zamanı fikri fəaliyyət əsasən ümumi və mücərrəd məfhumlara istinad edir.

 5.Əməli təfəkkür əməli məsələlərin həlli ilə əlaqədar olan təfəkkürdür.

 6.Bədii təfəkkür varlığı obrazlı surətdə əks etdirməklə bağlı olan təfəkkürdür.

 7.Dialektik təfəkkür ictimai və təbiət hadisələrini daim inkişaf edərək dəyişmə prosesində əks etdirən təfəkkürdür.

 8.Məntiqi təfəkkür obyektiv gerçəkliyin qanunauyğun əlaqələrinin düzgün inikas etdirilməsi ilə əlaqədar olan təfəkkürdür.

9. Nəzəri təfəkkür – cisimlərin, hadisələrin əsas xüsusiyyətlərinin, qanunauyğunluqlarının aşkar edilməsinə yönəlmiş olur və elmdə fundamental problemlərin həllini, ümumi qanunauyğunluqlarını müəyyən edir.

10. Yaradıcı təfəkkür – idrak fəaliyyəti prosesində subyektiv olaraq yeni məhsul, yeni cəhətlərin yaradılmasına köməklik edir.



  • Ağlın psixoloji mahiyyəti və keyfiyyətləri.

Ağıl — dogru ilə yanlışı ayırd etmə, hər hansı bir mövzuda fikir yürütmə və münasibət bildirmə qabiliyyətidir. Təfəkkür orqanının yetkinliyi ağıldır. Ağlın keyfiyyətləri hər şeydən əvvəl təfəkkürün müxtəlif növlərinin inkişaf səviyyəsi və bir-birilə çulğaşmasının xüsusiyyətləri ilə bağlıdır. 
Yüklə 28,74 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin