Analogiyaya (təşbeh) gəldikdə bu zaman ayrı-ayrı hallardan bənzətmə üzrə nəticə çıxarılır.
Təfəkkür prosesləri və növləri.
Hər hansı fikri proses özünün hərəkət və ya fəaliyyət aktının daxili quruluşuna görə müəyyən məsələnin həllinə yönəlib. Məsələ özündə fərdin fəaliyyəti üçün şəraitə uyğun məqsədi ehtiva edir. Bu və ya digər məqsədə yönələn müəyyən məsələ həllinə istiqamətlənən fikri akt subyektin hər hansı motivlərindən çıxış edir. Fikri proseslərin başlanğıc məqamı adətən problem situasiya ilə bağlıdır. İnsan nəyi isə anlayanda fikirləşməyə başlayır. Təfəkkür adətən sual, problemdə əkslik və təəccübdən başlanır. Bu problem situasiya şəxsiyyətin fikri proseslərə cəlb edilməsi ilə müəyyənləşir, O həmişə nəyinsə həllinə istiqamətlənib. Bütün təfəkkür prosesləri şüurlu tənzim edilən əməliyyatlar xarakteri daşıyır. Şüurlu məqsədyönlü istiqamətlənmə fikri prosesləri xarakterizə edir. Təfəkkür qarşısında dayanan məsələ həllinin dərki fikri proseslərin axarını müəyyən edir. Təfəkkür şüurlu tənzim olunan intellektual əməliyyatlar kimi icra olunur. Düşünmə prosesində yaranan hər hansı fikri təfəkkür uyğunlaşdırır, müqayisə edir və fikri prosesləri istiqamətləndirir. Fikri fəaliyyət prosesində insanın istifadə etdiyi əməliyyatlara fikri əməliyyatlar və ya təfəkkür prosesləri deyilir. Fikri proseslərin əsas əməliyyatları. Fikri proseslər problem situasiyanın mövcudluğundan asılı olaraq başlayır və hansısa problemin həllinə istiqamətləniyaları subyektin təsəvvürlərində qeyri-adekvat, təsadüfi və qeyri-əsas əlamətlərlə verilib. Daha adekvat dərk etmə təfəkkür qarşısında duran məsələ həlli üçün, idrak prosesləri çoxlu əməliyyatlardan istifadə edir.
Belə əməliyyatlara təhlil, tərkib, müqayisə, mücərrədləşdirmə, ümumiləşdirmə, konkretləşdirməni aid edilir. Bütün bu əməliyyatlar təfəkkürün əsas əməliyyatlarının müxtəlif tərəflərinin vasitəli mahiyyət əlaqələrinin və münasibətlərinin açılmasına yönəlib. Fikri proseslərin və ya fikri əməliyyatların motivlərinin – təhlil və tərkib (analiz və sintez) vasitəsi ilə bu əlamətləri aydınlaşdırmaq mümkündür.
Təhlil – əşyanın, hadisənin fikrən hissələrə, anlara, tərəflərə bölünməsidir. Tərkib təhlil vasitəsi ilə ayrılmış, parçalanmış tamı bərpa edir, mahiyyəti az və ya çox dərəcədə təhlil vasitəsi ilə açılmış əlaqələri birləşdirir.
Təhlil problemi hissələrə bölür, tərkib yeni əsasda onu həll etmək üçün birləşdirir. Təhlil və tərkib əməliyyatlarının köməyi ilə fikir əşya haqqında yayğın təsəvvürlərdən anlayışa doğru gedir. Təhlil vasitəsi ilə əsas elementlər aşkarlanır, tərkib vasitəsilə tamın mahiyyət əlaqələri açılır.
Təhlil və tərkib digər təfəkkür əməliyyatları kimi, əvvəlcə əşyavi, hərəkət planında əmələ gəlir. Təhlil və tərkib bir-biri ilə sıx əlaqədardır. Təhlil vasitəsi ilə ayrılmış əlamətlər tərkibin köməyi ilə fikirdə bütövləşir.
Bəzi insanlar təhlilə meylli olmaları – dəqiqlik və aydınlığı, digərləri isə tərkibin genişliyi ilə seçilir. Təhlil və tərkib təfəkkürün bütün tərəflərini ifadə edə bilmədiyindən, digər münasibətlər mücərrədləşmə və ümumiləşmə ilə aşkarlanır.
Dostları ilə paylaş: |