MÜHAZİRƏ 1
KOMPÜTER ŞƏBƏKƏLƏRİNƏ GİRİŞ
İnsan cəmiyyətinin tarixində müəyyən elmi kəşflər və ixtiralar nəinki onun gedişatına güclü təsir göstərmiş hətta sivilizasiyanın inkişafına (köklü dəyişməsinə) səbəb olmuşdur. Bunlara misal ola- raq ilk mühərrikin ixtirasını, elektrikləşmənin kəşfini, atom ener- jisinin əldə edilməsini, radionun ixtirasını və s. göstərmək olar. Belə elmi kəşflərin və ixtiraların nəticəsində istehsal prosesinin xarakterində və məişətdə baş verən kəskin dəyişiriklər prosesi elmi-texniki inqilab kimi qiymətləndirilir.
XX əsrin ikinci yarısında kompüter texnikasının yaranması və sürətli inkişafı elmi-texniki inqilabın mühüm faktorarından biridir. Bu prosesi şərti olaraq üc mərhələyə bölmək olar.