"Namaste, namaz" faylındakı "Namaz və onun tarixi izləri" başlıqlı məqaləyə dair



Yüklə 16,99 Kb.
tarix02.01.2022
ölçüsü16,99 Kb.
#40890
review-rəy


“Namaste, namaz” faylındakı “Namaz və onun tarixi izləri” başlıqlı məqaləyə dair

Rəy


Məqalə Namazın və alının simvolikasını araşdırmışdır. Məqalənin məzmunu məqalənin adı ilə əlaqəlidir. Məqalədə namaz, namaste, bindi, möhür, kül çərşənbə, qurban zamanı alına qoyulan qan, yağ günü anlayışları geniş şərh edilmişdir. Açar sözlər məqalənin məzmunu ilə əlaqəlidir. Məqalədə göstərilən sübutlar məqalənin məzmunun açılmasına xidmət edir və məqalə ilə əlaqədardır. Lakin müəyyən qismi artıqdır.

Məqalənin hissələri göstərilməmişdir. Abstract hissəsinin həcmi azdır və müəllif öz metodlarını, məqsəd və nəticələrini əhatəli şərh etməmişdir. Müəllif öz tədqiqat sualını qeyd etməmişdir. Məqalədə bir sıra orfoqrafik səhvlər mövcuddur. Məqalənin giriş hissəsi mövcud deyil. Məqalədə müəllifin gəldiyi nəticələr göstərilməmişdir.

Məqaləyə verilən bəzi tələblər gözlənilməmişdir( shrift 14-dür). Məqalədə istinadlar düzgün verilməmişdir, istinad edilən linklərdəki mətnlərin adı, müəllifi, yazılma tarixi və məqalə müəllifi tərəfindən götürülmə tarixi düzgün qeyd olunmamışdır.

Müəllif bir sıra anlayışları bir-biri ilə əlaqələndirsə də, bəzi anlayışlar əlaqələndirilməmişdir.

Bütün bunlarala bağlı bəzi təkliflər verməyi lazım bildim:


  1. Məqalənin strukturuna düzəlişlər edilsin. Abstractda müəllif mövzu, onun orijinallığı, tədqiqat sualı və metodları, məqalənin məzmunu haqqında məlumat versin. Nəticə hissəsində müxtəlif fəsillər üzrə əldə olunan nəticələr ardıcıllıqla qeyd olunsun.

  2. Mətnin hissələrinin ardıcıllığına müəyyən dəyişikliklər edilsin. Tövsiyə edirəm ki, öncə namaz sözünün fonetik və leksik tərkibi, sözün mənşəyi aydınlaşdırılsın, daha sonra namazın vizual xüsusiyyətləri və alının vizuallığı digər anlayışlarla əlaqələndirilsin.

  3. Düşünürəm ki məqaləni birmənalı olaraq rədd etmək düzgün deyil. Qeyd olunan düzəlişlər edilərsə, məqalə çap edilə bilər.

İmza: Zəminə Vüqar qızı Əjdərli

5 dekabr 2020-ci il

“namaz məqalə” faylındakı “ Namaz: Onun fonetik, leksik və vizual matrisaları” başlıqlı məqaləyə dair

Rəy


Məqalədə namazın fonetik, leksik və vizual xüsusiyyətləri namaste, Ahura Mazda, çelobitnaya, anjali mudra, bindi anlayışları ilə əlaqələndirlmişdir. Məqalənin adı və məzmunu bir-biri ilə əlaqəlidir. Məqalənin abstract hissəsində məqalənin məzmunu, əldə ediləcək nəticələr göstərilmişdir. Açar sözlər məqalənin məzmunu ilə əlaqəlidir və məzmunu tam əhatə edir. Məqalənin girişində verilmiş tədqiqat suallarına məqalədə cavab tapılmışdır. Məqalə əvvəlki araşdırmalardakı materialları toplamış və düzgün şəkildə əlaqələndirmişdir. Məqalə bu baxımdan olduqca əhəmiyyətlidir.

Məqalənin struktur xüsusiyyətində müəyyən səhvlər mövcuddur. Məqalənin abstract, açar sözlər, giriş və nəticə hissəsi olsa da, məqalənin əsas məzmunu hissələrə bölünməmiş və abstractda göstərilməmişdir.

Bəzi istinadlarda səhvlər mövcuddur: məqalənin müəllifi, adı, və məqalə müəllifi tərəfindən götürülmə tarixi düzgün verilməmişdir.

Məqalədə müəyyən orfoqrafik səhvlər mövcuddur.

Bütün bunlarala bağlı bəzi təkliflər verməyi lazım bildim:


  1. Məqalənin abstract hissəsi və nəticə hissəsi genişləndirilsin. Tövsiyə edirəm ki, abstract hissəsinə məqalənin hissələri və həmin hissələrin məzmunu haqda məlumatlar qeyd olunsun. Nəticə hissəsində hissələrdə əldə edilən nəticələr göstərilsin.

  2. Məqalənin əsas məzmunu hissələrə ayrılsın. Məsələn, Namaz nədir?, namaz, namaste və Ahura Mazda, namazın vizuallığı: çelobitnaya.

  3. Tövsiyyət edərdim ki, namazın vizual xüsusiyyətlərində xristian “Kül çərşənbə” adəti də namazın vizuallığı və möhürlə ilə əlaqələndirilsin.

  4. Düşünürəm ki, məqalə hissələrin bir-biri ilə əlaqələndirilməsi, məzmunun düzgün ifadəsi baxımından olduqca əhəmiyyətlidir. Və bəzi səhvlərə düzəlişlər edilsə çap edilməlidir.

İmza: Zəminə Vüqar qızı Əjdərli

5 dekabr 2020-ci il

“NAMAZ məqalə” faylındakı “ Namaz və onun kökləri” başlıqlı məqaləyə dair

Rəy


Məqalədə namazla bağlı namaste, anjali mudra. Bindi, möhür, kül çərşənbə anlayışları izah edilmişdir və məqalənin məzmununda bu anlayışlar izah edilmişdir. Məqalənin abstrakt hissəsində məqalənin məzmununda göstərilən anlayışlar izah edilmişdir. Məqalənin adı ilə məqalənin məzmununda göstərilmiş anlayışlar əlaqəli olsa da, məqalənin məzmununda bu anlayışlar bir-biri ilə tam əlaqələndirilməmişdir. Açar sözlər məqalənin məzmunu ilə əlaqəlidir. Məqalədə tədqiqat metodları göstərilməmişdir.

Məqalənin struktur xususiyyətləri düzgün deyil: shrift 14-dür, məqalənin abstract hissəsində məqalənin strukturu, giriş hissəsi və tədqiqat sualı verilməmişdir, nəticələr qeyd olunmamışdır.

İstinadlarda səhvlər mövcuddur, götürülmüş mənbələr düzgün verilməmişdir, götürülmə tarixi qeyd olunmamışdır.

Bütün bunlarala bağlı bəzi təkliflər verməyi lazım bildim:



  1. Məqalədə abstract açar sözlərdən əvvəl işlənilməlidir, abstractın məzmununda məqalənin hissələri göstərilməlidir.

  2. Məqaləyə giriş, nəticə əlavə edilməlidir.

  3. Məqalədə göstərilmiş anlayışlar əlaqələndirilməlidir.

  4. Tövsiyə edərdim ki, namaz sözünün fonetik, leksik və semantik xüsusiyyətləri göstərilərək namaste sözü ilə, vizual xüsusiyyətləri göstərilərək alın vizual simvolikası ilə əlaqələndirilsin.

İmza: Zəminə Vüqar qızı Əjdərli

5 dekabr 2020-ci il

“Namaz və onun kökləri” faylındakı “ Namaz və onun kökləri” başlıqlı məqaləyə dair

Rəy


Məqalədə namaz və onla bağlı anlayışlar haqqında məlumat verilmişdir. Məqalədə namaz, salah, namaste, mudra, möhür, anjali mudra. Bindi, ajna çakra anlayışları izah edilmişdir. Məqalənin adı məzmundakı anlayışlarla əlaqəli olsa da, bunlar bir-biri ilə əlaqələndirilməmişdir. Məqalənin abstractında məqalənin məzmunu haqda məlumat verilsə də, bu olduqca qısadır (2 cümlə), məqalənin məzmununu, məqsədini göstərilməmişdir.

Məqalənin structur xüsusiyyətləri nəzərə alınmamışdır. Açar sözlər abstractdan sonra olmalıdır. Məqaləyə giriş, nəticə verilməmiş, məqalənin məzmunu hissələrə bölünməmişdir, shrift 14-dür.

İstinadlar məqalənin sonunda verilmişdir,lakin müəlliflər, məqalənin adı və mənbədən götürülmə tarixi qeyd olunmamışdır.

Məqalədəki anlayışlar haqqında yanlızca məlumat verilmişdir, bu anlayışlar namazla əlaqələndirilməmişdir.

Məqalədə tədqiqat sualı verilməmişdir.

Bütün bunlarala bağlı bəzi təkliflər verməyi lazım bildim:



  1. Məqalənin abstractındə məqalənin məzmunu və tərkib hissələri göstərilməlidir. Məqaləyə giriş verilməlidir. Məqalənin məzmununda olan anlayışlar əlaqələndirilməlidir.

  2. Məqalənin struktur xüsusiyyətləri düzəldilməlidir.

  3. Tövsiyyə edirəm ki, namaz sözünün fonetik tərkibi və vizual xüsusiyyətləri olaraq məqalənin hissələri sıralandırılsın.

  4. Məqalədə verilmiş anlayışlarının xüsusiyyətindən çox bu anlayışların namazla əlaqələndirilməsi daha geniş əks edilsin.

İmza: Zəminə Vüqar qızı Əjdərli

5 dekabr 2020-ci il

“Məqalə Müqayisəli mədəniyyət” faylındakı “ Namaz müxtəlif mədəniyyətlərdə” başlıqlı məqaləyə dair

Rəy


Məqalədə namaz və onunla əlaqəli terminlər geniş şəkildə şərh edilmişdir. Məqalənin adı ilə onun məzmunu bir- biri ilə əlaqəlidir.

Məqalədə struktur xüsusiyyətləri gözlənilmişdir. Tədiqat metodları göstərilmişdir. Məqalədə yanlızca tədqiqat suallar qeyd olunmamışdır.

Məqalədə istinadları götürülmə tarixi verilsə də, məqalənin adı və müəllifi göstərilməmişdir.

Məqalədə namazla əlaqəli bütün anlayışlar geniş şəkildə şərh olunmuşdur. Düşünürəm ki, məqalədə yanlızca hissələr bir-biri ilə daha yaxşı əlaqələndirilə bilərdi.

Bütün bunlarala bağlı bəzi təkliflər verməyi lazım bildim:


  1. Abstractda məqalənin strukturu qeyd edilsin.

  2. Hissələrin bir-biri ilə əlaqəsi tamlaşdırılsın.

Düşünürəm ki, məqalənin çapı elm üçün olduqca qiymətli olacaqdır.

İmza: Zəminə Vüqar qızı Əjdərli

5 dekabr 2020-ci il

Qeydlərim: üçüncü və dördüncü məqalə bir-biri ilə struktur etibarilə olduqca oxşardır, hər iki məqalə də də yanlızca anlayışlar şərh edilib əlaqələndirilməmişdir.



Məzmun və əlaqələndirilmə baxımından ən çox ikinci məqaləni bəyəndim.

Həm məzmun, həm strurukturuna görə isə beşinci məqaləni bəyəndim.
Yüklə 16,99 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin