Narkologiya.
Məsələ№1.
45 yaşında xəstə təcili yardım briqadası ilə çoxprofilli xəstəxanasının qəbul şöbəsinə huşsuz vəziyyətdə gətirilib. Ağzından kəskin alkoqol qoxusu hiss olunur.
Anamnezindən: Yoldaşı sutkalıq növbəsindən evə qayıdarkən xəstəni huşsuz vəziyyətdə yerdə uzanılmış vəziyyətdə görmuş, sifəti və paltarı qusuntu qalıqları ilə çirklənmiş, tənəffüsü xırıltı olmuşdur. Masanın üstündə üç ədəd boş araq şüşəsi olmuşdur. Məlum olur ki, on ilə yaxın spirtli içkilərdən sui-istifadə edir, son 3-4 il ərzində demək olar ki, hər gün içir. Bunula əlaqədar ailədə tez-tez münaqişələr yaranır.
Obyektiv olaraq: Vəziyyəti ağırdır. Xəstə ilə kontakt yaratmaq qeyri-mümkündür, hüşsuzdur. Dəri örtükləri və selikli qişaları avazımış rəngdədir, kəskin hiperhidroz, sianoz və akrosianoz müəyyən olunur, bədən xərarəti = 35,30С. Bəbkləri daralmışdır, işığa qarşı reaksiya müəyyən olunmur. Ağrıya qarşı reaksiya, korneal, vətər refleksləri müəyyən olunmur, əzələ tonusu aşağı səviyyədədir. Tənəffüsü qeyri-ritmikdir, xırıltılıdır, dəqiqədə 10-dur. Ağciyərin auskultasiyası zamanı tənəffusü zəifdir, dağınıq yaşamış xırıltılar müəyyən olunur. Ürək tonları karlaşmışdır, nəbzi dəqiqədə 120-dir, АT = 90/40 mm c. st. Dili ağ ərplə bağlanmışdır, ağız boşluğunda qusuntu qalıqları müəyyən olunur. Qarın yumşaqdır, qara ciyərin 1,5 sm böyüməsi müəyyən olunur.
Müayinənin nəticələri:
Qanın ümumi analizi: eritr. = 3,5х1012/l, Hb = 120 q/l, rəng göst. = 0,90. Leykositlər = 9,8х109/l.
Sidiyin ümumi analizi: rəngi – tünd sarı, xüs. sıxlıqı = 1023, reaksiya – turş, zülal = 0,23‰, şəkər – yox, leykositlər = 8-12.
Qanın biokimyəvi analizi: şəkər = 1,8 mmol/l.
EKQ-da: ritmi qeyri-düzgündür, üvs -1 dəqiqədə 120, tək-tək ekstrasistoliya, ST seqmentin enməsi, T dişin mənfi olması.
Tokikoloji müayinə:qanda alkoqolun qatlığı– 4,3 q/l, sidikdə – 7,1 q/l. Digər psixoaktiv maddələr müəyyən olunmayıb.
Suallar:
-
Diaqnostika taktikası: Ən optimal diaqnostik və ya əlavə müayinə metodu hansıdır?
-
Klinik diaqnoz nədir?
-
Müalicə taktikası: Ən optimal müalicə taktikasını qeyd edin.
Ədəbiyyat:
Məsələ№2.
Xəstə M., 42 yaşlı, işsiz, təcili yardım briqadası ilə çoxprofilli xəstəxanasının qəbul şöbəsinə evdən gətirilib. Əsas şikəyyətləri – zəiflik, başgicələnmə, ürəkbulanma, qusma, mədəsində kəskin ağrılar, gözlərində ağrılar, işıqdan qorxma, görmə qabiliyyətinin enməsi, ikilili görməsi.
Anamnezindən məlum olur ki, 6 saat öncə tanımadığı adamdan aldığı arağın 100 ml qəbul edib və ondan 2 saat sonra yuxarıda göstərilən əlamətlər baş verib. Bunula əlaqədar təcili yardım briqadasını çağırıb.
Obyektiv müayinə: Vəziyyəti orta ağırdır. Müayinə zamanı xəstə ayıqdıq, lakin tormozludır. Bəbklər genişlənmişdir, anizokoriya yoxdur. Normodtenik bədən qurluşludur. Dəri örtükləri quru, hiperemikdir. Tənəffüsün tezliyi = 1 dəqiqədə 28-dir. Ağ ciyərdə vüzikulyar tənəffüs eşidilir, xırıltılar yoxdur. Ürək tonları nisbətən korlaşmışdır, ritmikdir, 1 dəqiqədə 108-dir. АT = 100/60 mm c. st. Dili qurudur, qarın gərgindir, epiqastriy nahiyyəsində ağrılıdır. Qara ciyər və dalaq izlənmir. Sidik ifrazı olmayıb.
Müayinənin nəticələri:
QÜA: eritr. = 4,8*1012/l, Hb = 152 q/l. Leykositlər = 5,6*109/l, QÇS = 18 mm/s.
EKQ: Sinus ritmi, 1 dəqiqədə 110.
Döş qəfəsin rentgenoskoriyası: Patoloji dəyişikliklər müəyyən olunmayıb.
Qarın boşluğun rentgenoskoriyası: Diafraqma hərəkətlidir, diafraqmaüstü sahələri iki tərəfdən təmizdir. Qarın boşluğunda maye izlənmir.
Qanın biokimyəvi müayinəsi: şəkər = 3,6 mmol/l, amilaza = 69 vah., bilirubin = 12,9 mkmol/l, sidik cövhəri = 3,5 mmol/l. Ümumi zülal = 79 q/l.
Arterial qanın qazların və turşu-qələvi vəziyyəti: Рh = 7,15; ВЕ = -21,3; НСО3 = 8,4; рО2 = 62 mm c.st., рСО2 = 17 mm c.st.
Suallar:
1.Diaqnostika taktikası: Ən optimal diaqnostik və ya əlavə müayinə metodu hansıdır?
2.Klinik diaqnoz nədir?
3.Müalicə taktikası: Ən optimal müalicə taktikasını qeyd edin.
Ədəbiyyat:
Məsələ№3.
Naməlum kişi, zahiri görnüşünə görə təxminən 40 yaşındadır, təcili yardım briqadası tərəfindən huşsuz vəziyyətdə dəmir yol yeməkxanasından xəstəxanaya gətirilmişdir.
Anamnezindən məlum olub ki: Həmin şəxs iki gənc qızla yeməkxanada alkoqol qəbul etmiş və onların getməsindən dərhal sonra huşunu itirib və xəstəxanaya çatdırılmışdır.
Obyektiv müayinə: Vəziyyəti orta ağırdır. Müayinə zamanı xəstə ayıqdır, lakin həddən artıq tormozludır, suallara birmənalı cavablar verir, nitqi anlaşılmazdır. Bəbəklər simmetrik olaraq daralmışdır, işiğa qarşı reaksiyaları zəifdir. Dəri örtükləri quru, soyuq, avazımışdır. Tənəffüsün tezliyi 1 dəqiqədə 18-dir. Ağ ciyərdə vezikulyar tənəffüs eşidilir, ürək tonları karlaşmışdır, ritmikdir, dəqiqədə 48-dir, AT- 80/50 mm c. st. Dili qurudur. Qarın palpasiya zamanı yumşaq və ağrısızdır, qara ciyər və dalaq əllənmir. Böyrəklər sahəsi ağrısızdır. Kateterin vasitəsi ilə alınmış sidiyin ümumi görünüşü dəyişilməyib.
Müayinənin nəticələri:
QÜA: eritr. = 4,3*1012/l, Hb = 142 q/l. Leykositlər = 5,6*109/l, QÇS = 10 mm/s.
EKQ: Sinus ritmi, 1 dəqiqədə 48, PQ = 0,24 s, QRS = 0,09 s.
Döş qəfəsin rentgenoskoriyası: Patoloji dəyişikliklər müəyyən olunmayıb.
Qarın boşluğun rentgenoskoriyası: Diafraqma hərəkətlidir, diafraqmaüstü sahələri iki tərəfdən təmizdir. Qarın boşluğunda maye izlənmir.
Qanın biokimyəvi müayinəsi: şəkər = 34,6 mmol/l, amilaza = 28 vah., bilirubin = 14,1 mkmol/l, sidik cövhəri = 3,7 mmol/l. Ümumi zülal = 72 q/l.
Suallar:
1. Diaqnostika taktikası: Ən optimal diaqnostik və ya əlavə müayinə metodu hansıdır?
2. Klinik diaqnoz nədir?
3. Müalicə taktikası: Ən optimal müalicə taktikasını qeyd edin.
Ədəbiyyat:
Dostları ilə paylaş: |