Naxçıvan Muxtar Respublikası Ali Məclisi
Sədrinin 2014-cü il 22 avqust tarixli “Nax-
çıvan şəhərində Dövlət Bayrağı Meydanı
və Muzeyinin yaradılması haqqında” Sə-
rəncamına əsasən, Naxçıvan şəhərində Dövlət
Bayrağı Meydanı və Muzeyi yaradılmışdır.
Noyabrın 17-də Dövlət Bayrağı Meydanı
və Muzeyinin təntənəli açılış mərasimi
keçirilmişdir.
Mərasimdə çıxış edən Naxçıvan Muxtar
Respublikası Ali Məclisinin Sədri Vasif
Talıbov muxtar respublikanın paytaxtı Nax-
çıvan şəhərində Dövlət Bayrağı Meydanı
və Muzeyinin istifadəyə verilməsini əla-
mətdar və tarixi hadisə kimi dəyərləndirmiş,
bu münasibətlə tədbir iştirakçılarını, ümu-
milikdə, muxtar respublika əhalisini təbrik
edərək demişdir: “Bayraq müstəqilliyin və
dövlətçiliyin atributudur. Bütün tarix boyu
xalqların və dövlətlərin simvolu olan bayraq
daim uca tutulub, müqəddəs bilinibdir.
Ümummilli liderimiz Heydər Əliyevin tə-
şəbbüsü ilə 1990-cı il noyabrın 17-də Nax-
çıvan Muxtar Respublikasının ali qanun-
verici orqanında Azərbaycan Xalq Cüm-
huriyyətinin üçrəngli bayrağı Naxçıvan
Muxtar Respublikasının Dövlət Bayrağı
kimi qəbul olundu. Böyük dövlət xadiminin
özünün işləyib hazırladığı və Ali Məclisdə
yekdilliklə qəbul olunan “Naxçıvan Muxtar
Respublikasının Dövlət rəmzləri haqqında”
tarixi Qərarda deyilirdi:
“Naxçıvan Muxtar Respublikasının Ali
Məclisi qərara alır:
1. İlk Azərbaycan Xalq Cümhuriyyətinin
üçrəngli dövlət bayrağı Naxçıvan Muxtar
Respublikasının Dövlət Bayrağı kimi təsis
edilsin.
2. Naxçıvan Muxtar Respublikasının digər
Dövlət rəmzi – Dövlət Himni və gerbi haq-
qında məsələ öyrənilib Naxçıvan Muxtar
Respublikası Ali Məclisinin müzakirəsinə
verilsin”.
Bu qərar hələ Sovetlər Birliyinin mövcud
olduğu dövrdə qəbul olunmuşdu. Belə bir
dövrdə ümummilli liderimizin siyasi iradəsi
sayəsində Naxçıvan Ali Məclisində qaldırılan
dövlət bayrağı xalqın müstəqilliyi naminə
sonsuz fədakarlığın, qətiyyətin və böyük
siyasi iradənin ifadəsi idi. Ölkə Prezidenti
cənab İlham Əliyev Naxçıvan Muxtar Res-
publikası Ali Məclisinin 1990-cı il 17 noyabr
tarixli qərarının taleyüklü əhəmiyyətini qeyd
edərək demişdir: “Ulu öndər Heydər Əliyevin