Naxçivan tariXİNƏ VƏ MƏDƏNİYYƏTİNƏ daiR Əlyazma mətnləRİ SƏbuhi İbrahimov



Yüklə 188,02 Kb.
Pdf görüntüsü
tarix03.02.2017
ölçüsü188,02 Kb.
#7357

“Dövlət və Din”.-2010.-№1-2.-S.44-48.

NAXÇIVAN TARİXİNƏ VƏ MƏDƏNİYYƏTİNƏ

DAİR ƏLYAZMA MƏTNLƏRİ

SƏBUHİ İBRAHİMOV,

AMEA-nın Naxçıvan bölməsinin Əlyazmalar Fondunun şöbə müdiri, 

fəlsəfə elmləri namizədi

Naxçıvan tarixinə və mədəniyyətinə dair əlyazma mətnləri araşdıran tədqiqatçı alimlərimiz tərəfindən sübut

olunmuşdur  ki,  bu  diyarın  elm  adamları  dünya  mədəniyyətinə  yalnız  doğma  dillərində  deyil,  başqa  dillərdə  də

(Orta  əsrlər  ənənəsinə  uyğun  ərəb  və  fars  dillərində)  sanballı  əsərlər  bəxş  etmişlər.  Naxçıvan  şairləri,  ədib  və

alimlərinin  əsərləri  hazırda  bir  çox  məşhur  muzey  və  kitabxanalarda  nadir  sənət  nümunələri  kimi  mühafizə

olunmaqdadır.  Zəngin  bədii  və  elmi  irsə  yiyələnən  Naxçıvan  tarixi  və  mədəniyyətinin  uzun  yüzilliklər  ərzində

yaradılmış abidələrinin mətnşünaslıq baxımından araşdırılması və onların elmi-tənqidi mətnlərinin tərtibi sahəsində

alimlərimizin xidmətləri olduqca böyükdür. Xüsusən, tanınmış mətnşünas alim Ziya Bünyadov, Kamandar Şərifli,

Möhsün  Nağısoylu, Sənan  İbrahimov kimi  elm  adamları bu  istiqamətdə  ciddi  tədqiqat  işləri  aparmış və  nəticədə,

xalqımızın  nə  qədər  zəngin  tarixi  keçmişə  malik  əlyazma  mətnlərinin  olması aşkarlanmışdır.  «Son  dərəcə  böyük

təcrübəyə və hərtərəfli dərin biliyə yiyələnən Xətib Təbrizi hələ XI əsrdə el mi mətn  tərtibi  sahəsində  son  dərəcə

gərgin  və  məhsuldar  fəaliyyət  göstərmiş,  orta  əsr  mətnşünaslıq  fikrini  inkişaf  etdirmiş,  yeni  bir  mərhələyə

yüksəldilməsində ölçüyəgəlməz dərəcədə böyük əməyi olmuşdur» (1, s. 18).

Azərbaycan  şərqşünas  alimlərinin  gərgin  və  yüksək  əməyi  sayəsində  Əcəmi  Naxçıvani,  Əkmələddin

Naxçıvani, Fəxrəddin Hinduşah Naxçıvani, Məhəmməd ibn Hinduşah  Naxçıvani və neçə-neçə başqa Naxçıvan və

Azərbaycan klassikləri əsərlərinin dəyərli elmi-tənqidi mətnləri tərtib edilmiş, onların əsasında mükəmməl  kütləvi

nəşrlər  həyata  keçirilmişdir.  Fəxrəddin  Hinduşah  Naxçıvaninin  «əs-Sihah  əl-əcəmiyyə»  və  oğlu  Məhəmməd  ibn

Hinduşah Naxçıvaninin «Sihah əl-furs» adlı izahlı lüğətləri buna bariz nümunədir.

«Fəxrəddin Hinduşah  Naxçıvani Azərbaycan mədəniyyəti  tarixində çoxcəhətli  yaradıcılığa  malik bir alim,

həm  də  dövlət  xadimi  kimi  tanınır.  O,  dövrünün  görkəmli  tarixçisi,  mütərcimi,  munşisi  (yazıçı, təsis  edən,  tərtib

edən),  şairi  və  dilçisi  olmuş,  özündən  sonra  «əs-Sihah  əl-əcəmiyyə»  adlı fars-türk  lüğətini,  ərəb  dilində  yazılmış

«Məvarid əl-ərəb» adlı antologiyasını, fars dilində yazılmış «Təcarib əs-sələf» adlı məşhur tarixi əsərini və bir sıra

farsca şeirlərini miras qoyub getmişdir» (2, s. 6).

Bununla  belə,  klassiklərin  əsərlərinin  mətnləri  üzərində  tekstoloji  araşdırmalar  aparan  Azərbaycan

şərqşünas  alimləri  Naxçıvan tarixi  və  mədəniyyətinə  dair  əlyazma  mətnlərinin  bu  və  ya  digər  məsələləri  ilə  bağlı

müxtəlif  elmi-kütləvi  nəşrlərdə  çıxış  etmişlər.  Lakin  təəssüfləndirici  haldır  ki,  orta  əsr  Naxçıvan  tarixinə  və

mədəniyyətinə  dair  əlyazma  mətnlərinin  yazılı  abidələrinə  söykənərək  Naxçıvanın  klassik  mədəniyyətinin  ilkin

qaynaqları və inkişaf  yolları, onun metod və üsulları yalnız son dövrlərdə şərqşünas alimlərimiz tərəfindən həyata

keçirilmiş tekstoloji araşdırmalar sayəsində öyrənilməyə başlanmışdır.

C.Ə.Sadıqova  və  T.Ə.Ələsgərova  tərəfindən  araşdırılan  Hinduşah  Naxçıvaninin  «Sihah  əl-əcəmiyyə»

tədqiqat əsərində qeyd edilir: «Soyu Naxçıvandan olan bu görkəmli Azərbaycan aliminin həyatı haqqında əlimizdə

çox az məlumat var» (2, s. 6).



«Ya Rəbbi!

Ey məkan və zamanı yaradan,

Peyğəmbəri göndərən, 

Quranı göydən endirən Allah! 

Mən dərvişə güc bəxş et, 

Mən ürəyi yaralıya şəfa göndər.

Birdə ki, arzum var ki, 

Məni Naxçıvan torpağına çatdırasan» (3, s. 308).

Tarix boyu müxtəlif ictimai-siyasi mühitə düşmüş, qanlı döyüşlərin şahidi olmuş, ayrı-ayrı ideoloji, dini və

fəlsəfi  cərəyanların  toqquşması  sayəsində  mətinləşmiş  Naxçıvan  xalqı  dünya  mədəniyyəti  xəzinəsini

zənginləşdirməyə  qabil  böyük  şəxsiyyətlər  yetişdirmişdir.  Hazırda  Hinduşah  Naxçıvani,  Əkmələddin  Naxçıvani,

Hacı  Molla  Məhəmməd  Naxçıvani,  Məhəmmədəli  Naxçıvani,  Məhəmməd  Təqi  Sidqi,  Cəlil  Məmmədquluzadə,

Hüseyn  Cavid,  Məmməd  Səid  Ordubadi,  Məhəmmədağa  Şahtaxtlı və  Əbülqasim  Ordubadi  kimi  onlarca  alim  və

şairlərimiz  ədəbi  irsi  müstəqil  Azərbaycan  dirçəlişi  sayəsində  dünya  mədəniyyətinin  cahanşümul  inciləri  sırasına

düşmüşlər.

Naxçıvan tarixi və mədəniyyətinə dair əlyazma mətnləri üzrə Azərbaycan xalqının klassik irsinin tədqiqi və

nəşri  sahəsində  son  zamanlarda  böyük  canlanma  nəzərə  çarpır.  Naxçıvan  mətnşünaslıq  abidələrinin  öyrənilməsi

yalnız mətnşünas  filoloqları de yil,  bütün  ictimai  elmlərin  nümayəndələrini  də  maraqlandırır  və  nəticədə  isə  təbii

olaraq Naxçıvanın tarixi keçmişini və mədəniyyətini işıqlandırmaq üçün əsas mənbələr meydana çıxarır.



Azərbaycanın  ictimai-iqtisadi,  fəlsəfi  fikir,  ədəbiyyat  və  ədəbi  dil  tarixinə,  Naxçıvan  tarixinə  və

mədəniyyətinə  həsr  olunmuş  elmi  monoqrafiyalarda,  tədqiqat  və  oçerklərdə,  eləcə  də  çoxcildli  əsərlərdə  qədim

dövrlərdə və orta əsrlərdə yazıb-yaratmış yüzlərlə naxçıvanlı alimlərin,  filosof,  ədib  və  şairlərin  adları çəkilir,  bir

çoxlarının  əsərlərindən  nümunələr  verilir.  Naxçıvan  əlyazma  mətnləri  sahəsində  isə  bu  əsərlərin  sadəcə  xronoloji

ardıcıllıqla tərtib olunmuş siyahısı belə hər bir tədqiqatçının qəlbini iftixar hissi ilə doldurur.

Orta  əsr  Şərq  təzkirələrində  bir  çox  naxçıvanlı  müəlliflərin,  alim,  şair,  xəttat  və  rəssamların,  filosof  və

mütəfəkkirlərin  adları çəkilir  ki,  onların  yaratdıqları əsərlər  hələ  də  tədqiq  olunmamış  və  aşkara  çıxarılmamışdır.

Qeyd etmək lazımdır ki, orta əsr Şərq təzkirəçiləri bir qayda olaraq yalnız ən məşhur müəlliflər haqqında məlumat

verirdilər. İkinci dərəcəli müəlliflər təzkirələrə daxil edilmirdi. Bu baxımdan, Naxçıvan tarixinə və mədəniyyətinə

dair əlyazma mətnlərinin ciddi tədqiqata ehtiyacı var.

Naxçıvan  ədib  və  yazıçılarının,  ərəb  və  fars  dillərində  yazan  müəlliflərin  əsərləri  bəzi  səbəblərə  görə

nisbətən çox və dözümlü şəkildə mühafizə olunmuşlarsa da, Azərbaycan dilində yazan müəlliflərimizin əsərlərinin

tapılması sahəsində hələ xeyli iş görmək lazım gələcəkdir.

Zəngin  ədəbi  və  bədii  irsə  malik  Naxçıvan  əlyazma  mətnləri  xalq  ədəbiyyatının  ana  dilində  yaradılmış

abidələrinin  toplanması  və  öyrənilməsi  xalqımızın  bədii  təfəkkürü  və  ədəbi  dilini  tədqiq  etmək  sahəsində  əsas

problem kimi qarşıda durmaqdadır. Qeyd etmək lazımdır ki, doğma ana dilimizdə yazılmış şeir, bədii nəsr və xalq

yaradıcılığı  abidələri,  Naxçıvan  tarixi  və  mədəniyyətinə  dair  qədim  əlyazma  mətnləri  bu  vaxtadək  layiqincə

toplanıb  nəşr  edilməmiş  və  müasir  səviyyədə  tədqiq  olunmamışdır.  Uzun  əsrlərdən  bəri  zəngin  elmi  ənənələr

yaratmış  orta  əsr  Naxçıvan  tari xi  və  mədəniyyəti  haqqında  yalnız  Azərbaycanda  deyil,  eyni  zamanda,  dünya

şərqşünaslığında  da  indiyədək  heç  bir  monoqrafik  tədqiqat  aparılmamış  və  bu  elm  sahəsi  sistemli  şəkildə

işıqlandırılmamışdı.  Nəinki klassik Naxçıvan mətnləri, hətta çağdaş  mətnşünas  alimlərin klassik mətnlərin tədqiqi

və  nəşrə  hazırlanması  sahəsində  əldə  etdikləri  zəngin  təcrübə  ümumiləşdirilərək,  geniş  araşdırmalarla  müasir

Azərbaycan mətnşünaslığı və onun nəzəri problemləri də kompleks şəkildə öyrənilməmişdir. Bununla da, Naxçıvan

tari xi  və  mədəniyyətinə  dair  əlyazma  mətnlərini  öyrənməkdən  çox,  ayrı-ayrı  abidələrin  elmi-tənqidi  mətninin

tərtibinə  və  nəşrinə  daha  çox  yer  vermişlər.  Bu  tədqiqat  əsəri  də  müasir  Naxçıvan  tarixi  və  mədəniyyətinin  elmi,

onun metod və prinsiplərinin öyrənilməsi istiqamətində atılmış addımdır.

İstər  Naxçıvan  tarixi  və  mədəniyyətinə  dair  əlyazma  mətnlərinin  öyrənilməsi,  istərsə  də  onun  gələcək

inkişafı  perspektivlərinin  müəyyənləşdirilməsi  baxımından,  klassik  mətnlərdə  aşkar  edilmiş  təhriflərin  və  onları

doğuran səbəblərin müəyyənləşdirilərək sis temli şəkildə şərh edilməsi, eləcə də çağdaş  əlyazma mətnləri elminin

özülünü təşkil edən Naxçıvan tarix və mədəniyyətinin araşdırılması bu elmi sahənin öyrənilməsi baxımından böyük

əhəmiyyət  daşıyır.  Digər  tərəfdən  isə,  belə  araşdırmalar  orta  çağdaş  Azərbaycan  ədəbi-tənqidi  fikir  tarixinin

öyrənilməsinə də əvəzsiz yardım göstərəcəkdir.

Orta  əsr  Naxçıvan  əlyazma  mətnlərin  öyrənilməsində  naxçıvanlı  ədiblərin  əsərlərinin  XIX  əsrin  birinci

yarısından başlayaraq, Asiya və Avropanın bir sıra ölkələrinin mətbəələrində nəşr edilməsi faktı aşkarlanmışdır ki,

bu  da  onların  elm  və  ədəbiyyat  aləmində  böyük  maraq  doğurduqlarına  dəlalət  edir.  London,  Varşava,

Sankt-Peterburq,  Kazan,  İstanbul,  Bombey,  Laknau,  Tiflis,  Təbriz  və  başqa  şəhərlərdə  naxçıvanlı  müəlliflərin

əsərlərinin  istər  ana  dilində,  istərsə  də  ərəb,  fars,  rus  və  bəzi  Avropa  dillərində  nəşr  edilməsi,  əlbəttə  milli

mədəniyyətimizin nüfuzunu artırır.

Danılmaz  həqiqətdir  ki,  Ümummilli  Liderimiz  Heydər  Əliyev  tərəfindən  imzalanmış  2002-ci  il  7  avqust

Fərmanı ilə AMEA-nın Naxçıvan bölməsinin yaradılması nəticəsində elmi tədqiqat işlərinin daha da aktiv şəkildə

təşkil edilməsi  və  bölgə  maraqlarının gücləndirilməsi  istiqamətində  mühüm  nəticələr  əldə  olunmuşdur.  Bölmənin

Əlyazmalar  Fondu  Naxçıvan  əlyazmaları  mətnlərinin  aşkara  çıxarılması  istiqamətində  mühüm  işlər  görmüşdür.

Zəngin  tarixi  keçmişə  malik  XII  əsr  Atabəylər  yadigarı «Munisnamə»  əsəri  tərəfimizdən  tədqiq  edilərək  tərcümə

olunmuş və nəticədə elmi monoqrafiya kimi çap olunaraq mətnşünaslıq elmin’ yeni töhfə vermişdir.

Bununla  belə,  bəzi  naxçıvanlı  müəlliflərin,  eləcə  də  Naxçıvan  haqqında  yazıb  yaratmış  şair  və

yazıçılarımızın  elə  maraqlı  əsərləri  vardır  ki,  kifayət  qədər  öyrənilmədiyindən  həm  bu  əsərlər,  həm  də  onların

müəllifləri elm aləminə о qədər də məlum deyildir.

Azərbaycan  ədəbiyyatşünaslığı  tarixində  bu  tədqiqat  işində  Naxçıvan  tarixinə  və  mədəniyyətinə  dair

əlyazma mətnləri, ümumiyyətlə mətnşünaslıq elminin tarixi və fəlsəfi köklərinin, inkişaf yollarının, eləcə də çağdaş

əlyazma  mətnləri,  onun  metod  və  prinsiplərinin  kompleks  şəkildə  araşdırılması  bir  məqsəd  kimi  qarşıya

qoyulmalıdır.

ƏDƏBİYYAT

1. Kamandar Şərifli. Mətnşünaslığın əsasları (ali məktəblər üçün dərslik), Bakı, 2003, s.312.

2. Hinduşah Naxçıvani. Əs-Sihah əl-əcəmiyyə. Bakı, «Şərq-Qərb», 1993, s. 336.

3. Sadıqova C.Ə. və Ələsgərova.T.Ə. Məhəmmədibn Hinduşah Naxçıvani. Sihah al-furs, Tehran, 1341 h.ş.

4.  Möhsün  Nağısoylu.  Həzinin  «Hədisi-Ərbəin»  tərcüməsi  (filoloji-tekstoloji  araşdırma,  mətn).  Bakı,

«Nurlan», 2008, s. 432.

5.  Sənan  İbrahimov,  Səbuhi  İbrahimov.  Azərbaycan  Mətnşünaslığı,  Suli  Fəqih,  Yusif  və  Züleyxa.  Bakı,


«МВМ» nəşriyyatı, 2008, s. 400.

РЕЗЮМЕ

Рукописные тексты об истории и культуре Нахчывана

Очень  велики  заслуги  наших  ученых  в  области  текстологического  исследования  и  оформления

научно-критических  текстов, созданных  в  течение  долгих  столетий  памятников  Нахчыванской  истории  и

куль туры, обладающих  богатым  художественным  и научным  наследием.  В  результате  из  трудов  собраны

научно-критические  тексты  таких  классиков  Азербайджана  как  Аджами  Нахчывани,  Акмаледдин

Нахчывани,  Хиндушах  Нахчывани,  Мухаммед  ибн-Хиндушах  Нахчывани,  на  основе  их  текстов

опубликованы превосходные массовые издания.

SUMMARY

Manuscripts about history and culture of Nakhchivan

Services  of  our  scientists  in  the  field  of  textual  research  and  making  up  of  scientifically-critical  literary

monuments of the Nakhchivan history and culture which have been created during long centuries and possess rich

art and scien tific heritage are very great. As a result of their works scientifically-critical texts of such classics of

Azerbaijan asAjami Nakhchivan!, Akmaleddin Nakhchivan!, Hindushah Nakhchivan!, Mohammed ibn-Hindushah

Nakhchivan! are collec ted, excellent popular editions are published on the basis of these texts.



Yüklə 188,02 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin