Nazir S. Həsənova



Yüklə 17,84 Kb.
səhifə1/5
tarix02.01.2022
ölçüsü17,84 Kb.
#2512
  1   2   3   4   5

Azərbaycan Respublikası

 Ədliyyə Nazirliyi tərəfindən

"27" avqust 1998-ci il

 tarixdə qeydiyyata alınmışdır.

 

Qeydiyyat N 121



 

Nazir              S.Həsənova                 

Azərbaycan Respublikası

Əmək və Əhalinin Sosial

Müdafiəsi Nazirliyi Kollegiyasının

"19" avqust 1997-ci il tarixli

19-5 nömrəli qərarı ilə təsdiq

edilmişdir

 

Nazir               prof. Ə.Nağıyev

 


Razılaşdırılmışdır:

 Azərbaycan Respublikası

 Səhiyyə Naziri          

   ___________ Ə.İnsanov

 

05.08.1998                               



Razılaşdırılmışdır:

Azərbaycan Respublikası

Müdafiə Naziri

_____________S. Əbiyev

 

13.08.1998



 

 

Keçmiş hərbi qulluqçulara hərbi xidmətlə əlaqədar əlillik səbəblərinin müəyyən edilməsi barədə



TƏLİMAT

 

1. Ümumi müddəalar

Bu Təlimat Azərbaycan Respublikasının Silahlı qüvvələrində, keçmiş SSRİ-nin Silahlı Qüvvələrində xidmət etmiş hərbi qulluqçulara hərbi xidmətlə əlaqədar əlillik səbəblərinin təyin edilməsi qaydalarını müəyyən edir,

Keçmiş hərbi qulluqçular - Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, keçmiş SSRİ-nin Silahlı Qüvvələrində xidmət etmiş və hərbi xidmətdən tərxis edilmiş Azərbaycan Respublikasının vətəndaşıdır. Hərbi xidmətlə əlaqədar əlillik müəyyən edilməsi məqsədilə Tibbi-Sosial Ekspert Komissiyasına müraciət edən keçmiş hərbi qulluqçular aşağıdakı kateqoriyalara bölünür:

-   hərbi xidmətdən səhhəti ilə əlaqədar tərxis edilmiş və hərbi-tibbi sənədləri olan şəxslər;

-   hərbi xidmətdən səhhəti ilə əlaqədar tərxis edilmiş lakin hərbi tibbi sənədləri olmayan şəxslər;

-   hərbi xidmətdən səhhəti ilə əlaqədar olmayan digər səbəblərdən tərxis edilmiş şəxslər.

Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət etmiş keçmiş hərbi qulluqçu hərbi xidmətlə əlaqədar əlillik müəyyən edilməsi məqsədilə “Tibbi-Sosial Ekspert Komissiyasına müraciət etdikdə, Tibbi-Sosial Ekspert Komissiyaları barədə Əsasnamə"də nəzərdə tutulmuş sənədlərlə yanaşı, onun hərbi xidmətdən tərxis edilməsi haqqında Müdafiə Nazirliyinin və ya Silahlı Qüvvələr Baş Qərargah rəisinin əmrinin sayı, tarixi göstərilmiş və möhürlə təsdiq edilmiş qeydi olan hərbi vəsiqəsini (sıravi heyət) yaxud şəxsi vəsiqəsini (zabit heyəti) təqdim etməlidir.




Yüklə 17,84 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin