Nekroloq aza Həsən qızı Rəhmanova



Yüklə 213,55 Kb.
Pdf görüntüsü
tarix23.12.2016
ölçüsü213,55 Kb.

  

TARİXİ                      ИСТОРИЧЕСКАЯ                   HISTORICAL 

SƏHİFƏ                         СТРАНИЦА                                PAGE 

 

 

 

NEKROLOQ 

Aza Həsən qızı Rəhmanova 

 

18  noyabr  2015-ci  ildə  uzun  müddətli  xəstəlikdən  sonra  həmyerlimiz  – 

tibb  elmləri  doktoru,  professor,  Rusiya  Federasiyasının  əməkdar  elm  xadimi 

Aza Həsən qızı Rəhmanova 84 yaşında vəfat etmişdir. 

A.H.Rəhmanova  1932-ci  ildə  Bakı  şəhərində  ziyalı  ailəsində  anadan 

olmuşdur.  Atası  Həsən  Paşa  oğlu  Rəhmanov  Azərbaycan  atıcı  diviziyasının 

komissarı,  sonralar  Azərbaycan  SSR-nin  mədəniyyət  üzrə  xalq  komissarı,  Xəzər 

gəmiçiliyinin  siyasi  şöbəsinin  rəisi,  Naxçıvan  vilayət  Kommunist  partiyasının 

birinci  katibi  kimi  məsul  vəzifələrdə  çalışmışdır.  O,  1937-ci  ildə  repressiya 

olunmuş  və  1  il  sonra  həbsdə  vəfat  etmişdir.  Anası    Həvva  xanım  Rəhmanova, 

həkim  idi,  Semipalatinsk  vilayətinin  baş  terapevti,  sonralar  ömrünün  sonunadək 

Azərbaycan  Dövlət  Həkimləri  Təkmilləşdirmə  İnstitutunun  terapiya  kafedrasının 

dosenti vəzifəsində çalışmışdır. 



1941-ci  ildə  onun  ailəsi  Altay  vilayətinə,  oradan  isə  Qazaxıstana  sürgün 

olunur.  A.Rəhmanova  orta  məktəbi  Semipalatinsk  şəhərində  bitirir.  1949-cu  ildə 

Aza Rəhmanova akademik İ.P.Pavlov adına 1-ci  Leninqrad  Tibb İnstitutuna daxil 

olur  və  1955-ci  ildə  fərqlənmə  ilə  buranı  bitirərək  yoluxucu  xəstəliklər 

kafedrasının klinik ordinaturasında təhsil alır. 

Ordinaturanı bitirdikdən sonra Qazaxıstana qayıdaraq Semipalatinsk Dövlət 

Tibb  İnstitutunda  yoluxucu  xəstəliklər  kafedrasının  assistenti  vəzifəsində  çalışır. 

1959-cu  ilin  noyabrında  A.Rəhmanova  anası  və  bacıları  ilə  birgə  uzunmüddətli 

sürgündən  sonra  Bakıya  qayıdır.  Burada  onun  ailəsi  içtimai-siyası  xadim  Əziz 

Əliyev və onun həyat yoldaşı Leyli xanım tərəfindən himayəyə götürülür. 

Aza  Rəhmanova  xatırlayırdı:  «O  dövrdə  də  elə  insanlar  var  idi  ki,  dostluq, 

şərəf və ləyaqət kimi mənəvi prinsipləri yaddan çıxartmırdılar. Bu insanlardan biri 

də,  atamın  yaxın  dostu  olmuş  Əziz  Əliyev  idi.  Atam  tutularaq  Kolımaya 

göndərilməmişdən  öncə  Bayıl  həbsxanasında  olarkən  Əziz  Əliyev  həyatı  üçün 

təhlükəyə  baxmayaraq  onunla  görüşə  gəlmişdi.  Ailəmiz  Qazaxıstan  çöllərindən 

uzun  müddətli  sürgündən  qayıtdıqdan  sonra  o,  həyat  yoldaşı  Leyli  xanımla  birgə 

bizi,  «xalq  düşməninin»  ailəsini  öz  himayəsinə  götürdü.  O  vaxtlar  Ə.Əliyev 

Azərbaycan  Dövlət  Həkimləri  Təkmilləşdirmə  İnstitutunun  rektoru  idi  və  onun 

sayəsində anam Həvva xanım İnstituta dosent vəzifəsinə qəbul olundu, mən isə bir 

qədər  sonra  aspiranturaya  daxil  oldum.  Bundan  əlavə  Əziz  Əliyev  öz  ailəsi  ilə 

qonşuluqda  bizə  yaşayış  sahəsinin  verilməsinə  nail  oldu.  Mən  əminliklə  deyə 

bilərəm ki, əsl dostluğun nə olduğunu bilirəm, ona görə ki, bu ailə ilə tanış idim». 

1959-1961-ci  illərdə  A.H.Rəhmanova  P.Caparidze  adına  3  saylı  klinik 

xəstəxanada  və  11  saylı  şəhər  poliklinikasında  həkim-infeksionist  vəzifələrində 

çalışmışdır.  1961-1963-cü  illərdə  AzDHTİ-nin  yoluxucu  xəstəliklər  kafedrasında 

aspiranturaya daxil olur və 1963-1965-ci illlərdə kafedra assistenti vəzifəsinə irəli 

çəkilir.  1965-ci  ildə  o,  AzDHTİ-da  «Botkin  xəstəliyinin  sarılıqsız  və  silinmiş 

formaları»  mövzusunda  namizədlik  dissertasiyasını  müdafiə  edir.  Onun  tətbiq 

etdiyi uşaqlarda və böyüklərdə qaraciyərspesfik fermentlərin qan zərdabında təyini 

metodu  hazırki  dövrdə  də  virus  hepatitlərinin  bütün  formalarının  ilkin 



diaqnostikasında  öz  əhəmiyyətini  itirməyib.  O,  həmçinin  fulminant  virus 

hepatitlərinin  bəzi  aktual  aspektlərini  öyrənib  və  onun  tövsiyə  etdiyi  müalicə 

üsulları indiyə kimi tətbiq olunur. 

1965-ci  ildə  A.H.Rəhmanova  ərinin  iş  yeri  ilə  əlaqədar  yenidən  Leninqrad 

şəhərinə  qayıdır.  Bu  zamandan  etibarən  o,  akademik  İ.P.Pavlov  adına  1-ci 

Leninqad  Tibb  İnstitutunda  yoluxusu  xəstəliklər  kafedrasında  əvvəl  baş  laborant, 

elə  həmin  ildən  1974-cü  ilədək  yoluxucu  xəstəliklər  kafedrasının  assistenti 

vəzifəsində  çalışır.  1974-cü  ildə  A.H.Rəhmanova  «Virus  hepatitində  qaraciyər 

koması»  mövzusunda  doktorluq  dissertasiyasını  müdafiə  edir  və  bundan  sonra 

kafedranın  dosenti  vəzifəsinə  irəli  şəkilir.  1982-ci  ildə  o,  kafedranın  professoru 

vəzifəsinə seçilir və 2 ildən sonra ona professor elmi adı verilir. 

1986-cı  ildə  o,  Leninqrad  Səhiyyə  Komitəsinin  baş  infeksionisti  vəzifəsinə 

irəli çəkilir. A.H.Rəhmanova yeni elmi istiqamətə rəhbərlik edirdi. Yeni yaratdığı 

təşkilatı struktur şəraitində (cərrahiyyə, doğum, reanimasiya və yoluxucu-parazitar 

şöbələri  olan  çoxprofilli  stasionarlarda)  daha  çox  yayılmış  ləng  infeksiyaların  və 

epidemioloji  cəhətdən  önəmli  olan  xəstəliklərin  proqressivləşmə  faktorlarının 

öyrənilməsi,  eləcə  də  bu  xəstəliklərin  mualicə  üsullarının  təkmilləşdirilməsini 

təklif  etmişdir.  Onun  təşəbbüsü  ilə  Russiyada  ilk  dəfə  S.P.Botkin  adına 

xəstəxanada  intensiv  terapiya  palataları  təşkil  olunmuşdur  (1973).  1986-ci  ilin 

noyabr  ayında  müsabiqə  yoli  ilə  seçilərək,  Leninqrad  Dövlət  Həkimləri 

Təkmilləşdirmə İnstitutunun “Yoluxucu xəstəliklər” kafedrasının müdiri vəzifəsinə 

təyin  olunmuşdur.  1986-2000-ci  illərdə  onun  rəhbərliyi  altında  bu  kafedra  HİV- 

infeksiyası və virus hepatitləri üzrə ölkənin aparıcı kafedrası olmuşdur. 2000-ci ilin 

oktyabr  ayından  A.H.Rəhimova  HİV-in  laborator  diaqnostikası  kursu  ilə  

Yoluxucu  xəstəliklər  kafedrasının  professoru,  2007-ci  ildən  Sankt-Peterburq 

Dövlət  Tibb  İnstitutunun  HİV-təbabət  kursu,  Yoluxucu  xəstəliklər  və 

Epidemiologiya  kafedrasının  müdiri,  2013-cü  ildə  isə  sosial  əhəmiyyətli 

infeksiyalar  kafedrasının  professoru  olub.  A.H.Rəhimovanın  rəhbərliyi altında  17 

doktorluq  və  55  tibb  elimlərı  namizədi  dissertasiyaları  müdafiə  olunub.  Bunların 

arasında  həmçinin  professor  Nisa-xanım  Mirişli  (ADHTİ-nin  “Yoluxucu 



xəstəliklər” kafedrasının müdiri) və digərləri  vardır. O, 11 kitab, 7 kitabda  bir sıra 

fəsillərin,  50-yə  yaxın  metodik  vasaitin  və  330-dan  çox  məqalənin  müəllifidir. 

1991-ci  ildən  çap  olunan,  HİV/QİÇS  probleminə  həsr  olunmuş  “QİÇS,  Seks, 

Sağlamlıq”  jurnalının  baş  redaktoru  olub.  Bir  ictimai  xadim  kimi,  baş  redaktor 

statusunda  olaraq,  bu  jurnalın  çap  nəşrində  təşkilatı  forum  yaratmışdır.  Ekologiya 

və  Həyat təhlükəsizliyi  beynalxalq  akademiyasının  akademiki,  Nyu-York  Elimlər 

akademiyasının  akademiki  (1997),  Sankt-Peterburq,  Türkmənistan,  Azərbaycan 

elmi cəmiyyətinin üzvü idi.”HİV infeksiya və immunosupressiyalar“ jurnalının baş 

redaktorunun  muavini  olub.  Aza  xanım  Rəhmanova  onun  rəhbərliyi  altında 

aspiranturanı  bitirən  və  həmçinin  adlı-sanlı  Azərbaycan  mütəxəsissləri  ilə  sıx 

əməkdaşlıq  edirdi.  Bunlar  –  Aytən  Ağamalıyeva  –  ATU-nun  müəllimi,  Zakir 

Qarayev  –  ATU-nun  professoru,  kafedra  müdiri  və  digərləridir.  Professor 

A.Rəhmanova  Bakiya  gəlişi zamanı Tibb  Universitetinin  tələbələrinə  mühazirələr 

oxuyar,  kolleqaları  ilə  konsultasiyalarda  iştirak  edər  və  hepatitin  müxtəlif 

formalarından  əziyyət  çəkən  xəstələrlə  görüş  keçirərdi.  Bu  görüşlər 

A.Rəhmanovanın  tələbəsi  olan  ADHTİ-nin  yoluxucu  xəstəliklər  kafedrasının 

müdiri, professor Nisa-xanım Mirişli tərəfindən təşkil olunurdu. 

Aza  Rəhmanova  gözəl  insan,  xeyirxah  həkim,  istedadlı  elm  xadimi  kimi 



daima tələbələrinin xatirində qalacaqdır. 

Eyvazov Təyyar Həşim oğlu, t.ü.f.d., dosent, 

Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun I 

prorektoru, yoluxucu xəstəliklər kafedrasının müdiri 


Yüklə 213,55 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə