NəZDİNDƏ Qİda sənayesi kolleci



Yüklə 29,78 Kb.
səhifə1/4
tarix14.12.2022
ölçüsü29,78 Kb.
#74594
  1   2   3   4
İqtisadiyyat. Sərbəst iş. Həbibova ülviyyə İt 019


AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİNİN
NƏZDİNDƏ
QİDA SƏNAYESİ KOLLECİ

SƏRBƏST İŞ

Fənn: Müəssisələrin iqtisadiyyatı və idarəedilməsi
Mövzu: Müəssisədə maddi-texniki təminat
Qrup: İT 019
Kurs: IV
İxtisas: İaşə məhsullarının texnologiyası
Tələbə: Həbibova Ülviyyə
Müəllim: Məmmədova səba

Bakı 2022


Plan :

  1. Giriş

  2. Müəssisədə maddi-texniki təminat

  3. Ədəbiyyat siyahısı



  1. Giriş

Təbii sərvətlərdən istifadə olunması, cəmiyyət üçün faydalı olan istehlak mallarının yaradılması və bazar tələbatının ödənilməsi, işçinin bilavasitə istehsal vasitələri ilə təması müəssisələrlə bağlıdır. İstehsalın bütün həlqələrində ən başlıca amil və ən əsas özək müəssisədir. Müəssisə - mülkiyyət formasından asılı olmayaraq ictimai tələbatın ödənilməsi və qazanc əldə edilməsi məqsədilə məhsul istehsal edən və satan, işlər görən və xidmətlər göstərən, qanuna müvafiq yaradılan hüquqi şəxs olan müstəqil təsərrüfatçılıq subyektidir.
Müəssisə, onun növləri və təşkilati – hüquqi formalarıbarədə aşağıdakıları bilmək vacibdir.
Təsərrüfat fəaliyyətinin növü və xarakterinə görə bütün müəssisələr aşağıdakı beş qrupa ayrılır:
a) Sənaye müəssisələri - sənayenin müxtəlif sahələrində yaradılır və fəaliyyət göstərir;
b) ticarət müəssisələri – əmtəələrin alqı – satqısı üzrə əməliyyatları həyata keçirir;
c) nəqliyyat müəssisələri – yüklərin daşınması ilə məşğul olur;
ç) nəqliyyat – ekspeditor müəssisələri isə məhsulların istehlakçılara çatdırılması ilə məşğul olurlar;
d) sığorta müəssisələri - əmlakın və yüklərin sığortalaşması ilə məşğul olur.
Məlumdur ki, müəssisə hüquqi şəxsdir, müəyyən əmlaka malikdir, ondan istifadə və onu idarə edir, müstəqil balansı var, istehsal – təsərrüfat fəaliyyətinin nəticəsi olan mənfəəti və ziyanı aşkar edə biləcək mükəmməl uçot və hesabat aparır. Müəssisə dövlət və istehlakçıların sifarişi, tapşırıqları və müqavilələri əsasında öz planlarını işləyib hazırlayır və onu həyata keçirir.

Yüklə 29,78 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin