Ölkəmizdə yaşayan əcnəbi və vətəndaşlığı olmayan şəxslərin maarifləndirilməsi



Yüklə 18,45 Kb.
tarix01.01.2022
ölçüsü18,45 Kb.
#50385
çıxış


Miqrasiya könüllüsü layihəsinə 2019-cu ildə Dövlət Miqrasiya xidmətinin rəisi Vüsal Hüseynovun təşəbbüsü ilə başlanılıb.Belə ki 1 il ərzində bizim ilk və ən yaxından olan tərəfdaşımız və dəstəkçimiz də məhz Dövlət Miqrasiya Xidmətidir. Miqrasiya sahəsi üzrə

  • gənclərin bilik ve bacarıqlarının artırılması,

  • ölkəmizdə yaşayan əcnəbi və vətəndaşlığı olmayan şəxslərin maarifləndirilməsi,

  • eyni zamanda gənclərin şəxsi inkişafına təkan vermek onlarin asyde vaxtlarinin semereli teshkili

Miqrasiya konullusu ictimai birliyinin əsas fəaliyyət istiqamətləridir.

Hazırda ictimai birlik 7 departament ve 27 gənc könüllü ile təmsil olunur.

Miqrasiya könüllüsü olmaq istəyən16-25 yaş aralığında olan gənclər dövlət miqrasiya xidmətinin rəsmi internet sehifesinde miqrasiya könüllüsü pəncərəsinə daxil olaraq müvafiq elektron ərizə anketi doldurmalıdır.

Buna əsasən gənclər müsahibələrə dəvət olunur və müsahibə şərtlərini uğurla keçmiş gencler artıq sıralarımıza qoşulmaq hüququna malik olurlar.

(Soruşulsa şərtlər nədir:

Sosial aktivlik

Öyrənməyə meyilli

Dünya görüş

Vətənpərvər

Dil biliyine malik

Gənclər müsahibədə üstünlük qazanırlar.

deyərdik ki ictimai birlik üçün kifayet qədər uğurlu və məhsuldar il olaraq yadda qaldı.

Öncə onu qeyd edim ki,yarandığımız ilk aylarda artıq miqrasiya könüllüləri Dost agentliyinin keçirdiyi intellektual yarişmasında iştirak eden ölkənin qabaqcıl gənclər təşkilatları arasında birinciliyi əldə etmişdir. Bununla yanaşş ictimai birlik bir sıra uğurlu layihələrə də imza atmışdır. (Gənclik İnkişaf Forumu, spelling bee, 2 Cahan layihəsi,layihələrin yalnız adları sadalansın)

Tərəfdaşlıq istiqamətindən bir sıra dövlət və özəl təsisatlar ilə anlaşma memorandumları imzalamış, birgə layihələr həyata keçirmişdir.

2020- ci il (tarixinə baxın) 30 dekabr ölkə başçısı tərəfindən könüllülər ili elan olunması bütün təşkilatlar kimi bizim təşkilat üçün də əlamətdar bir gün oldu.

Bunu rəhbər tutaraq ictimai birlik ilin əvvəlindən artıq 1 illik tədbirlər planını təsdiqlədi.

Xüsusilə vurğulamaq istərdim ki, bu il ərzində Dövlət Miqrasiya Xidməti ilə yanaşı Azərbaycan Respublikasının Gənclər Fondu bizə yaxından dəstək olub.

Beləki elə ilin ilk aylarından etibarən Fondun maliyyə dəstəyi ilə biz fəaliyyət istiqamətlərimizə əsasən 4 layihə həyata keçirdik.

Layihələrin adından da göründüyü kimi bütün layihələrin özünə məxsus istiqamətləri var.

Hazırdada ictimai birlik olaraq fond ilə sıx əməkdaşlıq edirik

Bildiyiniz kimi bütün dünyanı necə deyərlər öz cənginə alan koronavirus pandemiyası bizim ölkədən də yan keçmədi

Və ölkəmizdə fəaliyyət göstərən Nazirlər Kabinetinin operativ qərargahının tələb və təkliflərini rəhbər tutaraq ictimai birlik olaraq bütün istiqamətlər üzrə keçirilən layihələri sosial izolyasiya qaydalarına tam uyğun olaraq həyata keçiririk

Ölkəmizdə xüsusi karantin rejiminin həyata keçirildiyini nəzərə alaraq 27 Mart tarixində Azərbaycan Könüllülərinin əlaqələndirmə mərkəzi yaradıldı və bu təsisatın 18 təşkilat , könüllü hərəkatları və proqramları ilə yanaşı Miqrasiya Könüllüsü ictimai birliyi də həmtəsisçi oldu.

Son 3 ay ərzində mərkəz tərəfindən bir sıra sosial maarifləndirici aksiyalar həyata keçirildi. Miqrasiya Könüllüləri də burada fəal iştirak edib.

Pandemiya dövründə ölkədə xüsusi karantin rejimində Miqrasiya Könüllülərinin fəal iştirak etdiyi aksiyalarından biri də “Böyüklərimizi qoruyaq” aksiyası idi. Beləki ölkəmizdə yaşayan aztəminatlı əcnəbi vətəndaşlığı olmayan və qaçqın statusu verilmiş şəxslər yaşayır.

Miqrasiya könüllüləri bu qəbildən olan 83 ailəyə gündəlik məişətdə istifadə olunan ərzaq sovqatlarını çatdırıb.

Dövlət Miqrasiya Xidməti Gənclər Fondu və AKƏM in birgə təşkilatçılığı ilə məhz miqrasiya könüllülərinin təşəbbüsü ilə şərəfli tariximiz adlı onlayn tədbir həyata keçirilib ardında gətirirsiniz nələr olub.

Yekun - biz Dövlət Miqrasiya Xidmətinin dəstəyi ilə növbəti 1 il ərzində daha böyük uğurlara imza atacağımıza inanırıq və bizi izləyən gəncləri layihələrimizdə yaxından iştirak etməyə çağırırıq.



Layihələrimiz haqqında ətraflı məlumat əldə etmək üçün gənclər ictimai birliyin rəsmi facebook instagram twitter səhifələrini izləyə bilərlər.
Yüklə 18,45 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin