Ölü patogen amillərin təsiri ilə canlı orqanizmdə



Yüklə 445,77 Kb.
Pdf görüntüsü
tarix05.11.2019
ölçüsü445,77 Kb.
#29509
referat 6288 2


Nekroz

 

 



Nekroz ( yunanca : nekros - ölü )  - patogen amillərin təsiri ilə canlı orqanizmdə 

hüceyrə və digər toxuma strukturlarının həyat fəaliyyətlərini dayandırmaqla ölümünə 

deyilir.Nekroz prosesinə hüceyrəarası maddədəki lifli strukturlar , hüceyrənin bir 

hisəsi , hüceyrə , hüceyrələr qrupu , toxumanın bir hissəsi ,bütün orqan və ya 

bədənin bir hissəsi məruz qala bilər.Hüceyrədə nekrozun baş vermesi və omum 

ölümü mürəkkəb biokimyəvi proseslərdən ibarətdir.bu kimi nekrobikimyəvi 

dəyişikliklərə hüceyrə zülallarının ubixinonla birləşməsi,ATF sintezinin pozulması və 

azalması,kalsium homoestazinin pozulması və s aiddir.sitoplazmada zülallar 

denaturasiyaya uğrayır,orqanellərdə alterativ dəyişikliklər baş verir.Hüceyrədə zülal 

denaturasiyası üstünlük təşkil edəndə koaqulyasion və ya quru nekroz,fermentativ 

ərimə prosesi üstünlük təşkil rdəndə isə kollikvasion və ya yaş nekroz inkişaf edir. 

Nekroz öz inkişafında aşağıdakı mərhələlərini keçirir. 

1.Paranekroz - nekrozabənzər , lakin geridönə bilən morfoloji distrofik dəyişikliklərər 

deyilir. 



2.Nekrobioz - geridönməyən , yalnız nekrozla nəticələnəcək ağır distrofik 

dəyişikliklərə deyilir.Buna subletal dəyişikliklərdə deyilir. 



3.Ölüm - hüceyrə və ya digər morfoloji strukturun öz həyat fəaliyyətini tamamilə 

dayandırmasına deyilir. 



4.Autoliz - ölmüş hüceyrənin özünün və ya makrofaqların hidrlitik fermentlərinin 

təsiri ilə həmin hüceyrənin və digər morfoloji substratların əriyib dağılmasına deyilir. 

 

Nekrozun etioloji təsnifatı: 


1. Travmatik nekroz - fiziki və mexaniki amillərin toxumalara bilavasitə təsiri 

nəticəsində əmələ gəlir.Məsələn , yüksək hərarətin təsiri (yanıq) , aşağı hərarətin 

təsiri  (donma) ,mexaniki amillərin təsirləri,elektrikvurma,şüalanma və s. 

2. Toksiki nekroz - Bu növ nekroz bakterial mənşəli toksinlərin və ya qeyri- balterial 

mənşəli toksiki maddələrin təsirindən yaranır.Məsələn , difteriya ekzotoksinlərinin 

təsiri ilə kardiomiositlərin nekrozu,vərəm çöplərinin toksinlərinin təsiri ilə toxumada 

kazeoz nekrozun baş verməsi , süleymani maddəsinin təsiri ilə böyrəyin qıvrım 

kanalcıqlarının və yoğun bağırsağın selikli qişasının nekrozlaşması,sirkə turşusu 

içdikdə ağız,yemək borusu və mədənin selikli qişalarının nekrozlaşması və s. 



3.Trofonevrotik nekroz - Sinir trofikasının pozulması nəticəsində toxumalarda 

meydana çıxan nekroza deyilir. Məsələn, mərkəzi və ya periferik sinirsisteminin 

zədələnməsi zamanı və ya digər ağır xəstələrdə yataq yaralarının meydana 

çıxması,aşağı ətraflarda trofiki xoraların inkişaf etməsi və s. 



4.Allergik nekroz - Sensibilizə olunmuş orqanizmdə tez tipli hiper həssaslıq reaksiyası 

şəklində antigen - antitel reaksiyası şəklində baş verir.Belə nekroz adətən fibrinoid 

nekroz olur. Məsələn, Artyus fenomeni,infeksion-allergik və autoimmun xəstəliklər 

zamanı rast gəlinən fibrinoid  nekroz ocaqları və s. 



5. Damar mənşəli nekroz - Buna infarkt və ya işemik nekroz,və yaxud da angiogen 

nekrozda deyilir.Toxumanın qanla təchizatının tamamilə kəsilməsi nəticəsində baş 

verir.Bu zaman toxumaya gələn arterial qanın kəskin  şəkildə zəifləməsi və kəsilməsi 

nıticəsində həmin nahiyədə əvvəlcə kəskin işemiya və hipoksiya baş verir,daha sonra 

isə toxuma nekrozlaşır. 

Canlı  orqanizmin  hər  hansı  bir  üzvünün  toxuma  və  hüceyrələrinin  tam,  yaxud  qismən 

ölümünə nekroz deyilir. Nekrozlar quru və yaş olur.  

   Quru  nekroz  –  (yanıq,  quru  qanqrena)  məhdud  sahədə  toxumaların  arterial  qan 

təchizatının pozulması nəticəsində bədənin çəkisi aşağı olan – arıq şəxslərdə əmələ gəlir. 



Quru  nekrozda  ölmüş  hüceyrə  və  toxuma  tədricən  quruyur,  ölçüləri  azalır,  həyat 

qabiliyyətini  saxlamış  toxumadan  ayırıcı  xətlə  (demarkasion)  seçilir.  İnfeksiya  bu 

prosesdə iştirak etmir, intoksikasiya əlamətləri olmur.  

   Yaş nekroz – toxumanın böyük sahəsini əhatə edən kəskin işemiyası piy təbəqəsi artıq 

inkişaf  etmiş,  irinli  infeksiya  qoşulmuş  və  yanaşı  xəstəlikləri:  şəkərli  diabet,  immun 

çatışmazlığı  olan  xəstələrdə  də  təsadüf  olunur.  Yaş  nekrozda  (qələvi  ilə  yanıq,  yaş 

qanqrena) ölmüş hüceyrə və toxumaların ətrafı ödemləşir, dəridə hiperemiya, içərisi şəffaf, 

yaxud hemorragik maye ilə dolusuluqlar, bulanıq toxuma mayesi axan çatlar əmələ gəlir. 

İltihaba    uğramış  toxumalarla  sağlam  toxumaarasında  hüdud  qalmır.  İltihab  əlamətləri 

ölmüş  toxumadan  xeyli  aralı  sahələrə  yayılır.  İrinli  infeksiyanın  qoşulması  toxumaların 

ölümünü  daha  da  sürətləndirir  və  hüdudlarını  genişləndirir.  İntoksikasiya  artır,  yüksək 

hərarət,  üşütmə,  təngnəfəslik,  tərləmə, 

qanda  iltihab  və  toksikoz  əlamətləri 

meydana çıxır.  

Nekrozun müalicəsi – yerli və ümumi, 

konservativ və cərrahi üsullarla aparılır.  



Quru  nekrozun  müalicəsi  –  prinsipi 

ölmüş toxumaların sahəsini və sərhədini 

məhdudlaşdırmaq  və  imkan  daxilində  həyat  qabiliyyətini  itirməmiş  toxumaların  qorunub 

saxlanmasından ibarətdir.  



Yerli müalicə - nekroza uğramış sahəətrafı toxumalar antiseptiklərlə işlənib üzərinə quru 

aseptic  sarğı  qoyulmalıdır.  Sağlam  və  həyat  qabiliyyətini  itirmiş  toxumalar  hüdudu 

(demarkasionxətti) aydın təyin edildikdən sonra nekroza uğramış barmaqlar, yaxud pəncə 

sağlam toxumanın sərhədindən aralanıb xaric edilməlidir (nekrektomiya). Yara səthi açıq 

müalicə olunmalıdır.  

Ümumi  müalicə  -  nekrozu  törədən  səbəbin  aradan  qaldırılmasına  yönəldilməlidir.  əgər 

nekroz  magistral  damarların  keçməzliyi  ilə  əlaqədardırsa,  onların  mənfəzi  açılmaqla 

(trombendartrektomiya,  şuntlama)  səbəb  aradan  götürülüb  və  arterial  qan  dövranı  bərpa 

edilməlidir. Antikoaqulyantlar və antibiotiklər təyin edilməlidir.  



Yüklə 445,77 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin