Nekroz
Nekroz ( yunanca :
nekros - ölü ) - patogen amillərin təsiri ilə canlı orqanizmdə
hüceyrə və digər toxuma strukturlarının həyat fəaliyyətlərini dayandırmaqla ölümünə
deyilir.Nekroz prosesinə hüceyrəarası maddədəki lifli strukturlar , hüceyrənin bir
hisəsi , hüceyrə , hüceyrələr qrupu , toxumanın bir hissəsi ,bütün orqan və ya
bədənin bir hissəsi məruz qala bilər.Hüceyrədə nekrozun baş vermesi və omum
ölümü mürəkkəb biokimyəvi proseslərdən ibarətdir.bu kimi nekrobikimyəvi
dəyişikliklərə hüceyrə zülallarının ubixinonla birləşməsi,ATF sintezinin pozulması və
azalması,kalsium homoestazinin pozulması və s aiddir.sitoplazmada zülallar
denaturasiyaya uğrayır,orqanellərdə alterativ dəyişikliklər baş verir.Hüceyrədə zülal
denaturasiyası üstünlük təşkil edəndə koaqulyasion və ya quru nekroz,fermentativ
ərimə prosesi üstünlük təşkil rdəndə isə kollikvasion və ya yaş nekroz inkişaf edir.
Nekroz öz inkişafında aşağıdakı mərhələlərini keçirir.
1.Paranekroz - nekrozabənzər , lakin geridönə bilən morfoloji distrofik dəyişikliklərər
deyilir.
2.Nekrobioz - geridönməyən , yalnız nekrozla nəticələnəcək ağır
distrofik
dəyişikliklərə deyilir.Buna subletal dəyişikliklərdə deyilir.
3.Ölüm - hüceyrə və ya digər morfoloji strukturun öz həyat fəaliyyətini tamamilə
dayandırmasına deyilir.
4.Autoliz - ölmüş hüceyrənin özünün və ya makrofaqların hidrlitik fermentlərinin
təsiri ilə həmin hüceyrənin və digər morfoloji substratların əriyib dağılmasına deyilir.
Nekrozun etioloji təsnifatı:
1. Travmatik nekroz - fiziki və mexaniki amillərin toxumalara
bilavasitə təsiri
nəticəsində əmələ gəlir.Məsələn , yüksək hərarətin təsiri (yanıq) , aşağı hərarətin
təsiri (donma) ,mexaniki amillərin təsirləri,elektrikvurma,şüalanma və s.
2. Toksiki nekroz - Bu növ nekroz bakterial mənşəli toksinlərin və ya qeyri- balterial
mənşəli toksiki maddələrin təsirindən yaranır.Məsələn , difteriya ekzotoksinlərinin
təsiri ilə kardiomiositlərin nekrozu,vərəm çöplərinin toksinlərinin təsiri ilə toxumada
kazeoz nekrozun baş verməsi , süleymani maddəsinin təsiri ilə böyrəyin qıvrım
kanalcıqlarının və yoğun bağırsağın selikli qişasının nekrozlaşması,sirkə turşusu
içdikdə ağız,yemək borusu və mədənin selikli qişalarının nekrozlaşması və s.
3.Trofonevrotik nekroz - Sinir trofikasının pozulması nəticəsində toxumalarda
meydana çıxan nekroza deyilir. Məsələn, mərkəzi və ya periferik sinirsisteminin
zədələnməsi zamanı və ya digər ağır xəstələrdə yataq yaralarının meydana
çıxması,aşağı ətraflarda trofiki xoraların inkişaf etməsi və s.
4.Allergik nekroz - Sensibilizə olunmuş orqanizmdə tez tipli hiper həssaslıq reaksiyası
şəklində antigen - antitel reaksiyası şəklində baş verir.Belə nekroz adətən fibrinoid
nekroz olur. Məsələn, Artyus fenomeni,infeksion-allergik və autoimmun xəstəliklər
zamanı rast gəlinən fibrinoid nekroz ocaqları və s.
5. Damar mənşəli nekroz - Buna infarkt və ya işemik nekroz,və yaxud da angiogen
nekrozda deyilir.Toxumanın qanla təchizatının tamamilə kəsilməsi nəticəsində baş
verir.Bu zaman toxumaya gələn arterial qanın kəskin şəkildə zəifləməsi və kəsilməsi
nıticəsində həmin nahiyədə əvvəlcə kəskin işemiya və hipoksiya baş verir,daha sonra
isə toxuma nekrozlaşır.
Canlı orqanizmin hər hansı bir üzvünün toxuma və hüceyrələrinin tam, yaxud qismən
ölümünə nekroz deyilir. Nekrozlar quru və yaş olur.
Quru nekroz – (yanıq, quru qanqrena) məhdud sahədə toxumaların arterial qan
təchizatının pozulması nəticəsində bədənin çəkisi aşağı olan – arıq şəxslərdə əmələ gəlir.
Quru nekrozda ölmüş hüceyrə və toxuma tədricən quruyur, ölçüləri azalır, həyat
qabiliyyətini saxlamış toxumadan ayırıcı xətlə (demarkasion) seçilir. İnfeksiya bu
prosesdə iştirak etmir, intoksikasiya əlamətləri olmur.
Yaş nekroz – toxumanın böyük sahəsini əhatə edən kəskin işemiyası piy təbəqəsi artıq
inkişaf etmiş, irinli infeksiya qoşulmuş və yanaşı xəstəlikləri: şəkərli diabet, immun
çatışmazlığı olan xəstələrdə də təsadüf olunur. Yaş nekrozda (qələvi ilə yanıq, yaş
qanqrena) ölmüş hüceyrə və toxumaların ətrafı ödemləşir, dəridə hiperemiya, içərisi şəffaf,
yaxud hemorragik maye ilə dolusuluqlar, bulanıq toxuma mayesi axan çatlar əmələ gəlir.
İltihaba uğramış toxumalarla sağlam toxumaarasında hüdud qalmır. İltihab əlamətləri
ölmüş toxumadan xeyli aralı sahələrə yayılır. İrinli infeksiyanın qoşulması toxumaların
ölümünü daha da sürətləndirir və hüdudlarını genişləndirir. İntoksikasiya artır, yüksək
hərarət, üşütmə, təngnəfəslik, tərləmə,
qanda iltihab və toksikoz əlamətləri
meydana çıxır.
Nekrozun müalicəsi – yerli və ümumi,
konservativ və cərrahi üsullarla aparılır.
Quru nekrozun müalicəsi – prinsipi
ölmüş toxumaların sahəsini və sərhədini
məhdudlaşdırmaq və imkan daxilində həyat qabiliyyətini itirməmiş toxumaların qorunub
saxlanmasından ibarətdir.
Yerli müalicə - nekroza uğramış sahəətrafı toxumalar antiseptiklərlə işlənib üzərinə quru
aseptic sarğı qoyulmalıdır. Sağlam və həyat qabiliyyətini itirmiş toxumalar hüdudu
(demarkasionxətti) aydın təyin edildikdən sonra nekroza uğramış barmaqlar, yaxud pəncə
sağlam toxumanın sərhədindən aralanıb xaric edilməlidir (nekrektomiya). Yara səthi açıq
müalicə olunmalıdır.
Ümumi müalicə - nekrozu törədən səbəbin aradan qaldırılmasına yönəldilməlidir. əgər
nekroz magistral damarların keçməzliyi ilə əlaqədardırsa, onların mənfəzi açılmaqla
(trombendartrektomiya, şuntlama) səbəb aradan götürülüb və arterial qan dövranı bərpa
edilməlidir. Antikoaqulyantlar və antibiotiklər təyin edilməlidir.