Dövlət Vergi Xidmətinin rəsmi saytında kommersiya qurumlarının dövlət qeydiyyatı və uçot vahidləri ilə bağlı yeni bölmənin yaradılması barədə
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi internet səhifəsində (www.taxes.gov.az) Azərbaycan və ingilis dillərində “Kommersiya qurumlarının dövlət qeydiyyatı və vergi ödəyicilərinin uçotu” adlı yeni bölmə yaradılmışdır.
“Kommersiya qurumlarının dövlət qeydiyyatı və vergi ödəyicilərinin uçotu” adlı bölmədə kommersiya qurumlarının dövlət qeydiyyatı və uçot vahidlərinin uçota alınması ilə bağlı zəruri məlumatlar yerləşdirilmişdir.
Qeyd edilən bölmədə kommersiya qurumlarının qeydiyyatı üzrə qanunvericilik, müvafiq qeydiyyat prosedurlarının həyata keçirilməsi ilə bağlı məlumatlar, ərizə formaları, izahedici çarxlarla tanış olmaq mümkündür.
Həmçinin, kommersiya qurumlarının dövlət qeydiyyatının üsulları, qeydiyyat üçün tələb olunan sənədlərin siyahısı, ərizələrin doldurulması qaydaları, uçot vahidlərinin uçota alınması ilə bağlı sənədlərin siyahısı, “İqtisadi fəaliyyət növləri üzrə vergi münasibətlərinin vahid standartları”, “Vergi ödəyicilərinə göstərilən xidmətlərin vahid standartları”, “Fin-kod + mobil nömrə ilə qeydiyyat prosesinin təsviri” və “Qeyri-rezidentlərə ASAN imzanın onlayn təqdim edilməsi” mövzularında videotəlimatlar və s. əks etdirilmiş, vergi ödəyicilərinə göstərilən xidmətlərin vahid standartlarının PDF formatla yanaşı, “html” üzərindən açılması imkanı və axtarış funksiyası yaradılmışdır.
Əlavə olaraq bölmədə “Vergi ödəyiciləri üzrə axtarış”, “Məlumat dəyişikliyi və ləğv edilmə proseduru”, “Lisenziyaların verilməsi”, “Qeydiyyat orqanları ilə əlaqə” kimi alt bölmələrə də keçid etmək mümkündür.
Ətraflı məlumat əldə etmək üçün www.taxes.gov.az/az/page/qeydiyyat internet ünvanı ilə tanış ola bilərsiniz.
Vergi qanunvericiliyi və inzibatçılığı, sığorta haqlarının hesablanmasına və ödənilməsinə münasibətdə sosial sığorta, işsizlikdən sığorta və tibbi sığorta qanunvericilikləri ilə bağlı əlavə məlumat almaq üçün İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə (195), Dövlət Vergi Xidmətinin internet saytına (www.taxes.gov.az) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti