1 noyabr 2013-cü il tarixində Yaponiya hökümətinin “Ot kökləri və İnsan Təhlükəsizliyi Qrant Yardımı Proqramı”
çərçivəsində aşağıdakı layihələr üzrə imzalanma mərasimi keçirilmişdir.
1.
Gəncə şəhərinin Təcili Tibbi Yardım Xəstəxanasının Cərrahiyə Şöbəsinin Abadlıq Layihəsi
Layihənin əsas məqsədi Gəncə şəhəri və Gəncə şəhərinin yaxınlıqda yerləşən 9 rayonun yurisdiksiyasını üzərində daşıyan
Gəncə Təcili Tibbi Yardım Xəstəxanasının Cərrahiyə Şöbəsinin sökük binasını təmir etmək və həmin şöbənin funksiyasını
təkmilləşdirməklə yerli sakinlər üçün müvafiq təcili tibbi xidmətlərini təmin etmək.
Ayrılan qrantın ümumi məbləği
121, 813 dollar təşkil edir.
2.
Hacıqabul Rayonunun Nəvai İnzibati Ərazisində Tibb Məntəqəsinin Tikinti Layihəsi
Layihənin əsas məqsədi yeni tibb məntəqəsi tikməklə Hacıqabul Rayonunun Nəvai İnzibati Ərazisinin sakinləri üçün tibb
xidmətinin keyfiyyətini yüksəltməkdir. Yaponiya hökümətinin ayırdığı qrantın ümumi məbləği 121, 504 dollar təşkil edir.
Müqavilənin imzalanma mərasimi
Səfir Şusuke Vatanebinin nitqi
Azərbaycan Uşaqlar Birliyin müdiri, xanım Kəmalə
Ağazadə ilə müqavilənin imzalanma mərasimi
“Gənc liderlər” Təhsil -Təlim və İnkişaf İctimai Birliyinin
sədri, xanım Səbinə Ələkpərova
ilə müqavilənin
imzalanma mərasimi