İnsan
üçün dünyada hər şeydən əziz həyatdır, həyatda ən əziz şey isə
sağlamlıqdır.
Hamıya bəllidir ki, sağlamlıq ilk növbədə insanın özündən asılıdır. Xüsusən də
uşaq orqanizmi xarici mühitə qarşı olduca həssasdır.
Bəs sağlam həyat tərzi nə deməkdir?
Sağlamlıq nədir - insanın təkcə xəstə olmaması ilə ölçülmür, həm də onun
fiziki, psixoloji və sosial rifahının öz qaydasında olması ilə müəyyən olunur.
Fiziki sağlamlıq – bu fiziki və daxili orqanların
mövcuq vəziyyəti ilə ölçülür.
Fiziki sağlamlığa təsir edən əsas amillər
bunlardır: sistemli qidalanma, tənəffüs, fiziki
fəaliyyət, gigiyena və s.
Psixi sağlamlıq – insanın psixi durumu, onun
davranışlarının tənzimlənməsi, eyni zamanda sosial
və bioloji amillərin təsiri ilə xarakterinin düzgün
formalaşması ilə xarakterizə olunur. Psixi sağlamlıq
insanın özünə və ətrafdakı insanlara olan
münasibətdə, ümumilikdə bütün həyat boyu olan
münasibətlərində özünü biruzə verir.
Sosial ruhi sağlamlıq – ailə içindəki
münasibətlərlə yanaşı, həm də ailənin sosial
vəziyyəti, cəmiyyətlə insan arasında olan sosial
və psixoloji uyğunluqlardan asılıdır.
Sadaladığımız bütün komponentlər ümumilikdə
insan sağlamlığına böyük təsir göstərir.
Sağlam həyat tərzi yaşamaq istəyən insanlar
müəyyən davranış qaydalarına riayət etməlidir.
Bu ilk növbədə valideyn və övlad arasındakı
düzgün münasibətlərdən başlayır:
♦ Düzgün qidalanma – insanın vaxtı-vaxtında
qidalanması orqanizmin fasilələrlə, düzgün
rejimdə işləməsinə, insan sağlamlığı üçün zəruri olan maddələrin normal
mübadiləsinə səbəb olur. Insan sağlamlığına müsbət təsir edən maddələr, ət, süd,
tərəvəz, yumurta, balıq, meyvə kimi qidalarda toplanmışdır. Bizə isə sadəcə onlarla
düzgün qidalanmaq qalır.
♦ İş vaxtından və asudə vaxtdan səmərəli istifadə - Bu zaman əsas məsələ
insanın beyin hüceyrələrinin, həm də bədənin fiziki cəhətdən istirahətini təmin
etməkdir. Bu xüsusən də məktəbəqədər və məktəb yaşlı uşaqlar üçün mühümdür.
Belə ki, bu işdə valideynlərin üzərinə böyük öhdəliklər düşür.
♦ Uşaqlar saat 9-dan gec olmayaraq hər gün müəyyən edilmiş eyni vaxtda
yatmalıdır.
♦ Müntəzəm qidalanmalıdır
♦ Uşaq məktəbdən evə gəldikdən sonra dincəlməli, daha sonra ev tapşırıqlarını
etməlidir.
♦ İstirahət vaxtının düzgün seçilməsi, idmanla məşgul olmaq.
SAĞLAM HƏYAT TƏRZİ UŞAQ SAĞLAMLIĞININ
ƏSASIDIR