Üçün dünyada hər şeydən əziz həyatdır, həyatda ən əziz şey isə



Yüklə 12,6 Kb.
Pdf görüntüsü
tarix22.04.2017
ölçüsü12,6 Kb.
#15391

İnsan

 

üçün dünyada hər şeydən əziz həyatdır, həyatda ən əziz şey isə 



sağlamlıqdır.  

Hamıya bəllidir ki, sağlamlıq ilk növbədə insanın özündən asılıdır. Xüsusən də 

uşaq orqanizmi xarici mühitə qarşı olduca həssasdır.  

 

Bəs sağlam həyat tərzi nə deməkdir? 



 

Sağlamlıq nədir -  insanın təkcə xəstə olmaması ilə ölçülmür, həm də onun 

fiziki, psixoloji və sosial rifahının öz qaydasında olması ilə müəyyən olunur.  

 

Fiziki sağlamlıq – bu fiziki və daxili orqanların 

mövcuq vəziyyəti ilə ölçülür.  

Fiziki sağlamlığa təsir edən  əsas amillər 

bunlardır: sistemli qidalanma, tənəffüs, fiziki 

fəaliyyət, gigiyena və s. 

Psixi sağlamlıq – insanın psixi durumu, onun 

davranışlarının tənzimlənməsi, eyni zamanda sosial 

və bioloji amillərin təsiri ilə xarakterinin düzgün 

formalaşması ilə xarakterizə olunur. Psixi sağlamlıq 

insanın özünə  və  ətrafdakı insanlara olan 

münasibətdə, ümumilikdə bütün həyat boyu olan 

münasibətlərində özünü biruzə verir. 

 

 



Sosial ruhi sağlamlıq – ailə içindəki 

münasibətlərlə yanaşı, həm də ailənin sosial 

vəziyyəti, cəmiyyətlə insan arasında olan sosial 

və psixoloji uyğunluqlardan asılıdır.  

Sadaladığımız bütün komponentlər ümumilikdə 

insan sağlamlığına böyük təsir göstərir.  

 

Sağlam həyat tərzi yaşamaq istəyən insanlar 



müəyyən davranış qaydalarına riayət etməlidir. 

Bu ilk növbədə valideyn və övlad arasındakı 

düzgün münasibətlərdən başlayır: 

 

♦ Düzgün qidalanma – insanın vaxtı-vaxtında 

qidalanması orqanizmin fasilələrlə, düzgün 

rejimdə  işləməsinə, insan sağlamlığı üçün zəruri olan maddələrin normal 

mübadiləsinə səbəb olur. Insan sağlamlığına müsbət təsir edən maddələr, ət, süd, 

tərəvəz, yumurta, balıq, meyvə kimi qidalarda toplanmışdır. Bizə isə sadəcə onlarla 

düzgün qidalanmaq qalır. 

 

♦  İş vaxtından və asudə vaxtdan səmərəli istifadə - Bu zaman əsas məsələ 

insanın beyin hüceyrələrinin, həm də  bədənin fiziki cəhətdən istirahətini təmin 


etməkdir. Bu xüsusən də məktəbəqədər və məktəb yaşlı uşaqlar üçün mühümdür. 

Belə ki, bu işdə valideynlərin üzərinə böyük öhdəliklər düşür.  

 

♦  Uşaqlar saat 9-dan gec olmayaraq hər gün müəyyən edilmiş eyni vaxtda 

yatmalıdır. 

 

♦ Müntəzəm qidalanmalıdır 

   


♦  Uşaq məktəbdən evə  gəldikdən sonra dincəlməli, daha sonra ev tapşırıqlarını 

etməlidir.  

 

♦  İstirahət vaxtının düzgün seçilməsi, idmanla məşgul olmaq. 

 

  



SAĞLAM HƏYAT TƏRZİ UŞAQ SAĞLAMLIĞININ 

ƏSASIDIR 

 

 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Yüklə 12,6 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin