Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası



Yüklə 75,33 Kb.
tarix06.12.2022
ölçüsü75,33 Kb.
#72579
Abbas - Üzgüçülük



Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

Tələbə : Qulaməliyev Abbas


Fakulte : Məşqçilik-1
İxtisas : Üzgücülük
Qrup: 111A15
Müəllim : Babayev Azər
Mövzu : Üzgüçülük uşaqlar üçün idman növü kimi
Üzgüçülük uşaqlar üçün idman növü kimi
Uşaqların dənizə və ya hovuza girəndə düşündükləri son şey yəqin ki, nə isə öyrənməkdir. Çünki uşaqlar əsasən əyləncəyə fokuslanırlar. Bununla bərabər, bədən fərqində olsun, yaxud olmasın, fiziki və zehni inkişafını davam etdirir, eyni şey uşaqlar su məşqləri edəndə də olur.
Oyun bir uşağa rəhbərlik etmək və ona nə isə öyrətmək üçün ana yollardan biridir və beləliklə, uşaqlar möhtəşəm məlumatlar öyrənə bilirlər. Bununla birlikdə, uşaqların diqqəti qısa vaxt ərzində dağılır və bütün oyunlar onları cəlb etməyi bacarmır.

Su məşqləri ekstra bir cəlbetmə təmin edə bilər, çünki səth və ətraf dəyişir. Uşaqlar bunu yeni bir şey kimi görə bilərlər.


Öyrənərək əylənmələrinə kömək edən əyləncəli tərkibə sahib olduqları müddətdə, uşaqlar üçün fərqi su məşqləri hazırlaya bilərsiniz.


Fiziki imkanlarının inkişafı

Əsas fiziki imkanlar insanın erkən dövründə inkişaf edir. Buna görə də bu proseslərin çoxu uşaqlıqda meydana çıxır. Bu həyatınızın digər dövrlərində üzərində işləməməyiniz mənasını vermir. Lakin ilkin təməllər bu dövrdə atılır. Burada davamlı olaraq işləməyin əhəmiyyəti meydana çıxır.


Su səthində uşaq orqanizmlərinin koordinasiya, tarazlıq və güc kimi imkanları yenidən hesablamaları və şərtləndirmələri lazım olur. Bu onların davamlı olaraq xəbərdar edilməsinə və yaxşılaşmasına kömək edir.
Daha yaxşı nəticə əldə etmək üçün məşqlər hər uşağın ehtiyaclarına uyğun proqramlaşdırılmalıdır.


Mənalı öyrənmə

Bir çox insan yeni təcrübələrdən təsirlənir. Buna üzgüçülük hovuzunda üzmək də daxildir. Bu eyni zamanda hər şeydən əvvəl, hər zaman fərqli macəralar axtaran uşaqlar üçün də keçərlidir.


Fərqində olmadan, uşaqlar müəyyən zaman ərzində əsas yeni hərəkətlər öyrənəcək və təcrübələr qazanacaqlar. Buna əlavə olaraq, bu prosesə davam etmək istəyəcəklər və fərqində olmadan digər su məşqlərini etmək üçün motivasiya qazanmış olacaqlar.
Sosial münasibətlər
Uşaqlar üçün su məşqlərinin bir başqa böyük faydası da sosial münasibətlərin gücləndirilməsidir. Bu mühitdə fərqli yaş qrupundan uşaqlar məşq fasilələri zamanı bir araya gəlirlər və münasibət qururlar.
Yaradıcılığa kömək edir
Uşaqlarda su məşqlərinin əksəriyyəti əvvəlcədən planlanmaldır, lakin hər şey nöqtəsinə kimi tətbiq edilməli deyil. Burada fikir fəaliyyətləri etməkləri üçün düşündükləri kimi etməkləri üçün şərait yaradılmalıdır.
Beləliklə, xəyal gücü və yaradıcılıq da təşviq edilə bilər. Bir uşağa maneə olmaq xəyal qırılmalarına yol aça bilər və uşaqdan məsul şəxs kimi bunun əksini etməlisiniz.
Təhlükəsizlik olmadan heç bir faydası yoxdur
Uşaqlarla su məşqləri üzərində işləməzdən əvvəl, onların təhlükəsizliyini təmin etməlisiniz. İlk olaraq, sudan qorxurlarsa, bunu necə dəyişdirəcəyinizi bilməlisiniz.
Buna əlavə olaraq, lazımı təhlükəsizlik ünsürlərini bilin. Dəstəyə, yaxud müşahidəçiyə ehtiyacınız varsa, bunu tələb etməkdən çəkinməyin. Professionalların rəhbərliyi və müşahidəsi ilə bu təcrübəni inkişaf etdirə bilərsiniz.

Üzgüçülük suda sürətlə hərəkət etməyə əsaslanan idman növüdür. Bir çox heyvanlar doğulan andan üzə bilirlər, amma insan üzməyi təcrübəli təlimatçının köməyi ilə öyrənməlidir.


Üzgüçülər, bir qayda olaraq, üzgüçülüyün dörd əsas növünün birindən istifadə edirlər: bross, batterflyay, üzüyuxarı üzmə, kral. Üzgüçülük sağlamlıq üçün ən yaxşı fiziki məşğələdir, çünki su orqanizmə çox yaxşı təsir göstərir.
Köhnə Yunan və Roma sivilizasiyalarında üzgüçülük, əsgəri təhsillə birlikdə təməl təhsilin əhəmiyyətli bir parçası olaraq görülməkdə idi. Qədim Yunanıstanda zaman zaman üzgüçülük yarışmaları təşkil etmişlər; Romalılar , hamamlardan ayrı olaraq üzmə hovuzları etdirmişlər. Yaponiyada isə məktəblərdə üzmə təhsilini məcburi edən imperatorluq fərmanı nəşr etmişdir.
Qədim tarixi olan bu su idman növündən insanlar bir əyləncə kimi istifadə edərkən özləri də bilmədən onun xeyrindən yararlanırlar. İnsan üzərkən vücudun bütün əzələlərini hərəkət etdirərək onları möhkəmlədir və bədəni yaxşı formada saxlayır.
Bununla yanaşı üzgüçülüyün immunitet sistemini gücləndirdiyi, metabalizmanın müntəzəm qaydada işləməsinə şərait yaratdığı qan dövranı sistemini, ürəyin fəaliyyətini yaxşılaşdırdığı bildirilir.


Üzgüçülük elə bir idman növüdür ki uşaqdan böyüyə hər kəsi məşğul ola bilər. Erkən yaşlardan üzgüçülük ilə məşğul olmaq daha sağlam və gümrah olmaq deməkdir. Əgər siz övladınız üçün zərərsiz idman növü axtarışındasınızsa üzgüçülük əla seçimdir.

Üzgüçülük məşqlərinə 5 aylıq körpələri yazdırmaq olar. Lakin onu da bilməlisiz ki, bu yaşda uşaq üzməyi öyrənmir. Suda ilkin vərdişləri yaranır və suyu sevib sevmədiyini anlamış olursuz. Suda olan körpə isə gecə yuxusunu rahat yatmış olur.
2-3 yaşdan etibarən uşaqlara üzməyi öyrətmək olar lakin mütləq şəkildə bunu oyun şəraitində etmək lazımdır. 4 yaşa qədər məşqlər çox ciddi olmamalıdır. Qoyun uşaqlar suda istədikləri kimi oynayıb suyu sevsinlər. Hovuzda azad şərait yaratmaq və dayaz hovuz seçmək mütləqdir. Üzməyi bacarmayan uşaqları ilk məşqlərdən dərin hovuza girməyi məsləhət deyil. Bu zaman uşaq sudan qorxa və suya girmək istəməyə bilər. İlkin məşqlərdən uşaq hovuza valideyn ilə girsə daha yaxşı olar. Ona ən gözəl müəllim siz özünüz ola bilərsiz. Nəticədə hovuz uşaqlar üçün qorxulu bir təhlükəyə çevrilməz.
Peşəkar üzgüçülük dərslərinə isə 4-7 yaşdan etibarən uşaqları yazdıra bilərsiz. Bu yaşda uşaqların qavrama qabiliyyəti yaxşı inkişaf edir və məşqçinin ondan nə istədiyini anlamış olurlar.
Tibbi əks göstərişlər.
Üzgüçülük faydalı idman növü olmasına baxmayaraq bəzi insanlara əks təsir bağışlaya bilər. Kimlər üzgüçülük ilə məşğul ola bilməz?

• Dəri xəstəlikləri (dermatit, ekzema)
Viruslu infeksiyalar
• Onurğa xəsarətləri
• Anadan gəlmə və ya bəzi ürək xəstəliyi
• Astma
• Epilepsiya
• Sudurqa olan insanlara üzgüçülük ilə məşğul olmaq məsləhət görülmür.
Uşaqları üzgüçülük dərslərinə yazdırmamışdan qabaq mütləq həkim nəzarətindən keçirtməyiniz tələb olunur.
Müsbət cəhətləri.
• İmmuniteti gücləndirir. Güclü immunitetə sahib olan orqanizm ətraf mühitdəki dəyişiklərə daha tez adaptasiya olur və az xəstələnirlər.
• Fiziki inkişaf. Üzən zaman demək olar ki bütün əzələ qrupları işləyir. Bədən qaməti yaxşılaşır, düz və sağlam onurğaya sahib olmaq olur.
• Stressdan azad edir. Suda üzmək həmişə müsbət emosiya bəxş edir. Əgər sizin uşağınız çox aktiv və aqressivdirsə üzgüçülük enerji sərf etməyə imkan verəcək və sakitləşdirici təsir göstərəcək.
• Orqanizmə faydası. Ürək qan dövranı və sinir sistemini yaxşılaşdırır. Və bu da balaca idmançıların hərtərəfli sağlamlığını gücləndirir.
• Xarakterin formalaşması. Peşəkar şəkildə üzgüçülük ilə məşğul olan uşaq diqqətli, məsuliyyətli və çalışqan olmağı, qarşıya qoyulan məqsədlərə nail olmağı, məğlub olub və qalib gəlməyi öyrənəcəkdir.
 Mənfi cəhətləri.
• Daim üzgüçülük ilə məşğul olmaq immuniteti gücləndirsə belə idmana yeni başlayan uşaq soyuqdan qorunmasa xəstələnmə ehtimalı ola bilər.
• Soyuq havalarda məşqdən sonra yaxşıca qurulanb isti papaq, şərf və qalın üst geyim geyinməlidir. Məşqdən əvvəl ilıq su ilə yaxalanmalı və qızışma hərəkətləri etməlidir.
• Məşqlər bağlı hovuzlarda keçirildiyindən havalandirma sistemi olmayan hovuzlarda uşaq rütubətli xlorlu hava ilə nəfəs almış olur.Bu da alergiyaya meyilli uşaqlarda qıcıqlandırma hissi yarada bilər. 
Yüklə 75,33 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin