Sözü ingiliscədən tərcümədə



Yüklə 49,39 Kb.
səhifə1/11
tarix11.05.2023
ölçüsü49,39 Kb.
#111205
  1   2   3   4   5   6   7   8   9   10   11
əməliyyat sistemləri


§5.4. Fayllar. Faylların əsas xarakteristikaları. Fayl sistemləri

Bir qayda olaraq, kompüterin yaddaşında saxlanılan istənilən informasiya tipindən asılı olmadan konkret bir ad altında qeydiyyata alınır.


Yaddaşın müəyyən hissəsində bir ümumi ad altında qeyd olunaraq saxlanılan verilənlər yığımı fayl adlanır.
File” sözü ingiliscədən tərcümədə fayl adlandırılaraq, müəyyən informasiya toplusu, verilənlər, materiallar, sənəd, vərəq və s. mənasını ifadə edir. Bəzən faylı – ümumi adı olan məntiqi əlaqəli verilənlər yığımının yerləşdiyi yaddaş hissəsi ilə eyniləşdirirlər və qəbul edirlər ki, fayl dedikdə, bir ümumi ada malik olan yaddaş hissəsi (baytlar ardıcıllığı) başa düşülür.
Fayllarda proqram mətnləri, sənədlər, qrafiki informasiyalar və s. məlumatlar saxlanılır. Başqa sözlə desək, kompüterdə yazılıb saxlanılan və istifadə edilən bütün mümkün informasiyalar – proqram, mətn, cədvəl, qrafik, şəkil, verilənlər bazası, səs, video və s. fayllarda saxlanılır.
Fayllar müxtəlif tipli olur və bunları həm kompüter və həm də istifadəçilər bir-birindən səhvsiz olaraq fərqləndirə bilməlidir.
Məsələn:
icra olunan fayllar – sadəcə olaraq müəyyən bir əməliyyat yerinə yetirən proqramlar;
sənədlər – istifadəçilər tərəfindən kompüterdə müəyyən proqramın köməyi ilə yaradılan hər hansı informasiya toplusu, mətnlər və s.
konfiqurasiya faylları – proqramların işi üçün zəruri olan xüsusi parametrləri saxlayır və s.
Faylları bir-birindən fərqləndirmək üçün çox sadə bir vasitədən – onların unikal adlandırılmasından istifadə edilir.
Disklərdə yerləşən fayl və qovluqlara (kataloqlara) müraciət etmək üçün disk apa­rı­cı­sının adından istifadə olunur. Müasir disk aparıcıları C:, D:, E:, F: və s. kimi adlandırılır. Əslində bunlar disk aparıcılarının yox, məntiqi disklərin adıdır. Sərt diski (vinçestr) iki və daha çox hissəyə bölməklə bir neçə məntiqi disk yaratmaq olar.
İstifadəçilər tətbiqi proqramlarda fayl yaradaraq onu adlandırır və müvafiq informasiya daşıyıcılarında yerləşdirirlər.
Fayllar 2 hissədən ibarət ada malik olur. Birinci hissə faylın adının əsas hissəsi (name), ikinci hissə isə faylın adının genişlənməsi (name extension) adlanır.
Faylın adı çox vaxt istifadəçilər tərəfindən ixtiyari qaydada seçilir. Bu halda faylın məzmununa müvafiq adların seçilməsi daha məqsədəuyğun hesab edilir.
Əməliyyat sistemlərinin və başqa proqramların fayla müraciəti üçün fayllar işarələnməlidirlər. Belə işarələmə faylın adını təyin edir. Faylın adlandırılmasında «qısa» və «uzun» adlardan istifadə olunur. Windows 95 əməliyyat sisteminə kimi IBM PC kompüterlərində faylların adlan­dırıl­ma­sın­da 8.3 formatındın istifadə olunurdu. 8.3 formatı MS DOS əməliyyat sistemində qəbul olunub və «qısa» ad adlanır.

Yüklə 49,39 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin