Burada "paralel" və "ardıcıl" terminləri informasiyanın ötürülmə üsuludur.
Bu adlara hər hansı genişlənmə əlavə etdikdə MS DOS əməliyyat sistemi bunu qurğulara müraciət kimi başa düşür. Məsələn, CON.TXT faylına müraciət CON qurğusuna müraciətlə eynidir. Ona görə də CON.TXT–dən disk faylının adı kimi istifadə etmək olmaz. Amma faylların adlarının genişlənməsində .PRN, .AUX, .CON və .NUL –dan istifadə etmək olar. Məsələn, ALFA.PRN faylından istifadə etmək olar.
Kataloqların (qovluqların) yaradılması və onların adlandırılması. Kataloqfayllarhaqqındainformasiyanıözündəsaxlayanxüsusifayldır.Kataloq həmçinin direktoriya da (ingiliscə directory – arayış kitabçası) adlanır. Windowsəməliyyatsistemindəkataloqqovluqadlandırılıb. Kataloqda faylların tam adı, ölçüsü, yaradılma və ya sonuncu düzəliş vaxtı və tarixi, atributu və s. məlumatlar saxlanılır. Kataloqun daxilində başqa bir kataloq qeyd olunarsa, buna altkataloq deyilir. Kataloqun adına olan tələbat fayllardakı kimidir, amma burada genişlənmədən istifadə olunmur.
Hər bir diskdə bir baş kataloq olur. Bu kataloqda fayl və altkataloqlar qeyd olunur. Diskdə kataloqlar ağacvari – iyerarxik struktura malikdirlər. İstifadəçi işləyən kataloq cari kataloq adlanır. Yeni formatlaşmış diskdə sadəcə bir kataloq var – baş kataloq (root directory) və bu proqram vasitələri ilə silinə bilməz. Başkataloq \ (əkssleş) simvoluiləişarəolunur. Hər bir məntiqi diskdə bir baş kataloq olur. Baş kataloqun bir elementi disk nişanı üçün ayrılır. Hər bir kataloqda onun ana kataloqunun elementi olur. Baş kataloqdan başqa hər bir kataloqda "." və ".." xüsusi adları üçün bir element yerləşir. Bu elementlər uyğun olaraq kataloqun özü və onun ana kataloqu üçün FAT-dakı zəncirin başlanğıcını göstərir. Kataloqların bu cür sistemlə təsviri ana kataloqdan keçən fayl yolunun qısa yazılışını təmin edir. Kataloqda fayllara aid olan klasterlərin yerləşməsi haqqında informasiya yoxdur. Bildiyimiz kimi bu informasiya FAT-da yerləşir.