Sözü ingiliscədən tərcümədə



Yüklə 49,39 Kb.
səhifə7/11
tarix11.05.2023
ölçüsü49,39 Kb.
#111205
1   2   3   4   5   6   7   8   9   10   11
əməliyyat sistemləri

R, H S atributlu faylları dəyişdirməyə və silməyə cəhd etdikdə sistem istifadəçiyə faylın xassəsində atributların dəyişdirilməsinin vacib olması haqqında xəbərdarlıq edir.
Windows əməliyyat sistemində bir çox proqramlarla işləyərkən hər hansı fayl genişlənməsindən istifadə etmək haqqında fıkirləşməyə ehtiyac yoxdur. Belə ki, həmin proqramlar faylların adlarının genişlənməsini avtomatik olaraq özləri təyin edir.
Adətən, istifadəçilər iki tip fayllarla – proqramsənədlərlə daha çox işləyirlər. Bunlardan birincisinin istifadə olunması nəticəsində ikincisi yaradılır. Yəni, əslində bu iki qrup fayllarla demək olar ki, hər yerdə hamı işləyir, bu və ya digər proqram icra olunur və müəyyən bir sənəd yaradılaraq redaktə edilir.
Qeyd etmək lazımdır ki, faylların adları düzgün seçilərsə, bu, kompüterin yaddaşında cürbəcür çoxsaylı fayllarla iş prosesində istifadəçiyə konkret hərəkət istiqaməti müəyyən etməyə yardımçı ola bilər. Eyni zamanda, bu bir həqiqətdir ki, kompüterin intensiv şəkildə istifadə olunması ilə bağlı olaraq faylların sayı hədsiz surətdə artır və diskdə onların nizamlı yerləşməsini izləmək məsələsi mürəkkəbləşir. Odur ki, faylların yaddaşda saxlanılması üçün daha səmərəli olan kataloqlaşdırılmış strukturdan istifadə edilir. Yəni fayllar kompüter yaddaşında kataloqlarda saxlanılır. Kataloq diskdə müəyyən meyara görə birləşmiş fayllar qrupuna deyilir. Windows ailəsindən olan əməliyyat sistemlərində bu termin əvəzinə “folder (папка/qovluq)” terminindən istifadə edilir.
Beləliklə, Windows əməliyyat sistemində faylların ən əlverişli formada saxlanılması və nizama salınması üçün qovluqlardan istifadə olunur.
Fayllar kimi qovluqların da adları olur. Qovluqlara adlar verilərkən faylların adları üçün nəzərdə tutulan qaydalara əməl edilməlidir.
Beləliklə, qovluq müəyyən fayllar qrupuna deyilir. Hər bir diskdə çoxlu sayda qovluq ola bilər. Qovluq daxilində yalnız fayllar yox, həmçinin başqa qovluqlar da saxlanıla bilər. Yəni, qovluqlar bir-birinin içərisində yerləşdirilə bilər və bu proses davam etdirildikcə bir-birinin daxilində olan qovluqlar ardıcıllığı alınır. Bununla da qovluqların ağac şəkilli – iyerarxik strukturu yaranır. Deməli, fayllar məntiqi olaraq kompüter yaddaşında ağac şəkilli struktura malik olan qovluqlarda və ya diskin kök kataloqunda saxlanılır. Fayl və qovluğu bir-birindən çox asanlıqla fərqləndirmək olur. Belə ki, qovluqların adında genişlənmə olmur və onlar Windows əməliyyat sistemində xüsusi işarə ilə – piktoqramla əks olunur.

Yüklə 49,39 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin