Sözü ingiliscədən tərcümədə



Yüklə 49,39 Kb.
səhifə9/11
tarix11.05.2023
ölçüsü49,39 Kb.
#111205
1   2   3   4   5   6   7   8   9   10   11
əməliyyat sistemləri

FAT16 fayl sisteminə uyğun formatlaşdırılmış disklərdə klasterlərin ölçüsü diskin ölçüsündən asılı olaraq 512 baytla 64 Kbayt arasında dəyişə bilər.
FAT16 fayl sistemi maksimum 4Gb həcmi olan disklərdə və həm də ən çoxu 2Gb həcmi olan fayllarla işləyə bilir. Yəni FAT16 fayl sisteminin tətbiq olunduğu disklərin həcmi 4096 Mbayt-ı aşmır. Hazırda FAT16 fayl sistemi yalnız fləş - yaddaş tipli mobil daşıyıcılarda və kompakt disklərdə istifadə edilir.
Faylı verilənlər sahəsində yerləşdirmək üçün istifadə olunan ən kiçik vahid klasterdir. Klasterin ölçüsü məntiqi diskin ölçüsündən asılı olaraq dəyişə bilir.
FAT cədvəlinin hər sətri bir klasterə uyğun gəlir və orada aşağıdakı əlamətlər qeyd olunur:

  • istifadə olunmayan klaster;

  • istifadə olunan klaster (bu halda həmin sətirdə faylın sonrakı klasterinin nömrəsi yazılır);

  • xarab olmuş klaster;

  • faylın sonuncu klasteri.

FAT32 fayl sistemi. İnformasiya daşıyıcılarında saxlanılan verilənlərin həcminin artması, həmçinin texnologiyanın inkişafı və 4Gb-dan böyük həcmli disklərin buraxılması ilə əlaqədar olaraq FAT16 fayl sisteminin təkmilləşdirilmiş yeni versiyası olan 32 mərtəbəli FAT32 fayl sistemi yaradıldı. Əməliyyat sisteminin Windows 95 OS/2-dən sonrakı bütün versiyalarında FAT32 fayl sistemindən istifadə edilmişdir. Yeni fayl sisteminin adından göründüyü kimi bu sistemdə faylın ünvanı iki baytla yox, dörd baytla (və ya 32 bitlə) yazılır. Bu halda ünvanların sayı artır və buna uyğun olaraq da klasterlərin həcmi xeyli azalır. Doğrudan da 16 mərtəbəli FAT16 fayl sisteminə uyğun formatlaşdırılmış diskdə ən çoxu 216 sayda müxtəlif ünvan, yəni yalnız 216 sayda klaster ola bilər. Bundan fərqli olaraq 32 mərtəbəli FAT32 fayl sisteminə uyğun formatlaşdırılmış diskdə isə maksimum 232 sayda ünvan və deməli, 232 sayda klaster ola bilir. Ona görə də eyni disk üçün birinci halda hesablanan klasterlərin həcmi böyük, ikinci halda isə kiçik olur. Buna müvafiq olaraq da kiçik həcmli klasterlərdə istifadəsiz qalan boş yerlərin həcmi xeyli azalır.
Əvvəlki versiyalarla müqayisədə FAT32 fayl sisteminin üstünlüyü ondan ibarətdir ki, həcmi 8Tb olan sərt disklərlə işləyə bilir və klasterlərin həcminin kiçik olması hesabına informasiya disklərdə daha kompakt yerləşdirilir və bununla da sərt diskdə on faizdən on beş faizə qədər yaddaş sahəsinə qənaət edilir. Bu fayl sistemi həm də 4Gb həcmində fayllarla işləyə bilir. Həmçinin əvvəlki versiyalara nisbətən stabildir və fayllarla bağlı əməliyyatlar daha sürətlə yerinə yetirilir.
FAT32 fayl sisteminin əsas üstünlüyü əvvəlki fayl sistemləri ilə müqayisədə böyük həcmli məntiqi diskləri dəstəkləməsidir.

Yüklə 49,39 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin