Sözü ingiliscədən tərcümədə


Fayl və kataloqların adlarının dəyişdiril­məsi



Yüklə 49,39 Kb.
səhifə5/11
tarix11.05.2023
ölçüsü49,39 Kb.
#111205
1   2   3   4   5   6   7   8   9   10   11
əməliyyat sistemləri

Fayl və kataloqların adlarının dəyişdiril­məsi. Bir çox hallarda fayl kata­loq­ların adlarının dəyişdiril­məsi lazım olur. Bu əməliyyatların komanda əməliyyat sistemlərində yerinə yetiril­məsi üçün əmrlər sətrinə müvafiq əmr daxil edilir. Məsələn, MS DOS əməliyyat sistemində bu əməliyyatları yerinə yetir­mək üçün ren (Rename) əmrlərindən lazımi qaydada istifadə olunur.
Fayl kataloqların kopyalanması yerdəyiş­mələri. Qrafiki olmayan əmə­liy­yat sistemlərində fayl və kata­loqların kopyalanması və yerdəyişmə­lə­ri­nin yerinə yetiril­məsi üçün əmrlər sətrinə əmr daxil edilir. Bu zaman əmrin adı və fayl–kataloqa müraciətin yolu göstərilir. Məsələn, MS DOS əməliy­yat sistemində bu əməliyyatları yerinə yetirmək üçün uyğun olaraq, COPYMOVE əmrlərindən istifadə olunur.
Qrafiki əməliyyat sistemlərində isə bu əməliyyatları yerinə yetirmək üçün bir çox üsullar və vizual iş prinsipləri mövcuddur.
Fayl və kataloqların silinməsi. Hər bir disk daşı­yı­cısı sonsuz ölçüyə malik olmadığından, verilənlərin silinməsi vasitələrinin rolu böyükdür. Verilənlərin silinməsinin üç rejimi mövcuddur: çıxartmaq, ləğv etmək sil­mək. Birinci iki rejim əməliyyat sistemləri vasitəsi ilə yerinə yetirilir. Verilənlərin silinməsi isə xüsusi proqram vasitələri ilə həyata keçirilir.
Faylların silinməsi müvəqqəti xarakter daşıyır. Windows əməliyyat sistemlərində bu xüsusi qovluğun köməyi ilə həyata keçirilir ki, bu da Səbət adlandırılır. Fayl və qovluqlar silindikdə yerini dəyişərək bir növ Səbət”–ə düşür. Bu əməliyyat siste­minin fayl strukturu səviyyəsində baş verir. Sərt diskin fayl sistemi səviyyəsində isə heç bir şey baş vermir. Yəni, prinsipcə fayl hansı sektora yazılıbsa, orada qalır.

Yüklə 49,39 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin