SƏYAHƏT SIĞORTASININ
QAYDALARI
Ölkədən xaricə səfər edən şəxslərin bədbəxt hadisələrdən və tibbi xərclərinin sığortası (səfər
sığortası) Qaydaları (bundan sonra mətndə «Qaydalar» adlandırılacaq) Azərbaycan Respublikası
qanunlarının və digər normativ-hüquqi aktlarının tələblərinə müvafiq işlənib hazırlanmışdır və
ölkədən xaricə səfər edən şəxslərin bədbəxt hadisələrdən və tibbi xərclərinin sığortası (səfər
sığortası) müqaviləsinin (bundan sonra mətndə «sığorta müqaviləsi» adlandırılacaq) ayrılmaz
tərkib hissəsidir.
Bu Qaydalar, Sığorta Şəhadətnaməsi, müvafiq Əlavələr və zəruri hallarda Sığortalı / Sığorta
olunan tərəfindən doldurulmuş Ərizə forması bütövlükdə bir müqavilə hesab edilirlər.
Bu Qaydalarla müəyyən olunan sığorta növü səfər sığortası sinfinə aiddir. Sığortaçı hazırkı
qaydalar əsasında bu sığorta siniflərinin biri və ya bir neçəsi üzrə sığorta müqaviləsi bağlaya
bilər.