Ə.Q.ABBASOV ƏMƏYİN MÜHAFİZƏSİ VƏ ELEKTRİK TƏHLÜKƏSİZLİYİ SUMQAYIT-2014
2
Əkbər Qəzənfər oğlu Abbasov ƏMƏYİN MÜHAFİZƏSİ VƏ ELEKTRİK TƏHLÜKƏSİZLİYİ Azərbaycan Respublikası Təhsil Nazirliyinin 2014-ci il tarixli, 1230 saylı əmri ilə dərs vəsaiti kimi təsdiq edilmişdir. Sumqayıt 2014
MÜQƏDDİMƏ Ali texniki məktəblər üçün nəzərdə tutulmuş bu dərslikdə
elektrik qurğularının, avadanlıqların istismarı zamanı
təhlükəsizlik texnikası
qaydalarını öyrənmək, qəzalar,
zədələnmələr, yanğınlar, əmək mühafizəsinin ümumi və
xüsusi məsələləri öyrənilir.
Tərtib edilmiş dərs vəsaiti ali məktəblərdə uyğun
fakultələrdə dərslik kimi istifadə oluna bilər. Əhatə edilən
proqram materialına görə dərsliyin həcminin kiçik olduğuna
baxmayaraq, müəllif özünün uzunmüddətli pedaqoji təcrübəsi
əsasında, dərsliyin ciddi əsaslarda qurulub, təlimin aydın
olmasını diqqət mərkəzindən qaçırmamışdır, bakalavr və
magistr tədris pillələri üzrə təhsil alan tələbələr və
magistrantlar üçün də faydalıdır.
Müəllif güman edir ki, göstərilən keyfiyyətlərinə görə bu
dərslik həmin fənni müstəqil öyrənənlər və təlim edənlər üçün
mükəmməl tədris ədəbiyyatı olacaqdır.
Müəllif bu işə rəy verən dosent, t.e.n Ə.Y.İsayev
(ADNA) və dosent, t.e.n K.S.Burziyevə (AzTu) öz
minnətdarlığını bildirir.