“Mərkəzi Klinika” Bakı Ambulatoriyası
Ünvan: Zərifə Əliyeva küç. 5, Az1005
“Mərkəzi Klinika” Bakı Xəstəxanası
Ünvan: Parlament pr. 76, Az1006
MƏRKƏZİ KLİNİKA
“Müasir səhiyyə elmi əsaslarla dünyada əldə edilmiş təcrübə əsasında və bir də səhiyyə
sahəsində elmi-texniki tərəqqinin, bu istiqamətdə dünyada yaranmış imkanlar əsasında qurulur.”
Heydər Əliyev
BÜLLETEN-1 | NOYABR 2014
“Azərbaycanda keyfiyyətli, səviyyəli tibbi xidmətin
göstərilməsi üçün bütün imkanlar var!”
İlham Əliyev
Tariximiz
Mərkəzi Klinika yarım əsrlik tarixə malik nü-
fuzlu bir səhiyyə ocağıdır. Xəstəxananın bi-
nası 1963-cü ildə layihələşdirilmiş və 1965-ci
ilin oktyarbrın 1-də tikintisi sona çatdırılaraq
istifadəyə verilmişdir. Həmin dövrdə baş-
qa ünvanda fəaliyyət göstərən Azərbaycan
SSR Səhiyyə Nazirliyinin IV Baş İdarəsinin
1 saylı Xəstəxanası bu binaya köçürülmüş
və 1999-cu ilədək fəaliyyət göstərmişdir.
Xəstəxananın ilk baş həkimi görkəmli səhiyyə
işçisi və təşkilatçısı Məcid Ələsgər oğlu Ha-
cıyev olmuşdur. 300 çarpayılıq bu xəstəxana
xüsusi bir kontingentə, o cümlədən yüksək
dövlət və ictimai xadimlərə, vəzifəli şəxslərə
tibbi xidmət göstərərək, xalq arasında “Leç-
komissiya” adı ilə məşhurlaşmışdır. Respub-
likamızın ilk müstəqillik illərində bir müddət
Səhiyyə Nazirliyinin Reabilitasiya şöbəsinin 1
saylı xəstəxanası kimi fəaliyyət göstərdikdən
sonra, Ümummilli liderimiz Heydər Əliyevin
şəxsi təşəbbüsü ilə xəstəxananın binası qısa
müddətdə (01.05.1999-01.03.2001-ci illər)
beynəlxalq standartlara uyğun rekonstruk-
siya edilmiş və 24 aprel 2001-ci il tarixindən
Türkiyə Cümhuriyyətinin AHSEL Holdinq
Şirkətinə 10 il müddətinə idarəetməyə ve-
rilmişdir. Həmin dövrdən də Səhiyyə Nazir-
liyinin tam təsərrüfat hesablı Mərkəzi Klinik
Xəstəxanası adı ilə fəaliyyətə başlamışdır.
2007-ci ildə möhtərəm prezidentimiz İlham
Əliyev cənabları tərəfindən xəstəxananın
fəaliyyətinə ən ali səviyyədə yüksək etimad
göstərilmiş və Mərkəzi Klinika adı altında
Azərbaycan Respublikasının Prezidentinin
Xüsusi Tibb Xidmətinin tabeçiliyinə verilmiş-
dir. 2009-cu il iyunun 25-də Mərkəzi Klinika-
nın inkişafının məntiqi davamı kimi başqa bir
ünvanda Ambulatoriya fəaliyyətə başlamışdır.
Hazırda Mərkəzi Klinika Bakı şəhərində iki ün-
vanda - Parlament prospekti 76 ünvanında
Xəstəxana, Zərifə Əliyeva 5 ünvanında isə, Am-
bulatoriya kimi xalqımıza tibbi xidmət göstərir.
Yaranma zərurəti və vacibliyi
Sovet İttifaqının dağılması və müstəqil respub-
likanın elan edilməsi ilə əlaqədar keçid dövrü-
nün sosial-iqtisadi problemləri bütün sahələrdə
olduğu kimi, səhiyyə sahəsində də çətin
vəziyyət yaratmışdı. Səhiyyə müəssisələrinin
texnika və texnologiyaları fiziki və mənəvi aşın-
maya məruz qalmış, köhnəlmiş, bu səbəbdən
də xalqa lazımi səviyyədə tibbi xidmət göstərə
bilmirdi. Vətəndaşlarımız ən adi xəstəliklərin
diaqnoz və müalicəsi üçün xarici ölkələrə üz
tuturdu. Belə hallar vətəndaşlarımıza nara-