3. Kənd həkim sahəsi
Kənd əhalisinə göstərilən tibbi xidmət şərti olaraq 3 etapda aparılsada, tibbi xidmətin əsas təşkilati forması sta-sionar və səyyari formada aparılır.
Birinci etap - kənd həkim sahəsidir. Radiusu 5-10-15 km məsafəni əhatə edən ərazidir. Kənd həkim sahəsinə daxil olan müalicə-profilaktika idarələrinə kənd sahə xəstəxanası, həkim ambulatoriyası, feldşer və feldşer mama tibb məntəqələri səhiyyə məntəqələri, kənddəki sənaye müəssisələrinda təsərrüfatı idarələrində körpələr evi, bağçalar və s. daxildir. Bu etapda kənd əhalisi ixtisaslaşdırılmış terapevtik, mama-ginekoloji, stomatoloji və pediatrik həkim yardımı alır. Belə şəraitin olması ümumi həkimlik praktikası və sosial xidmət prinsiplərinin gözlənilməsinə müvafiq gəlir.
İkinci etap - kənd əhalisinə tibbi xidmət göstərən tibb idarələridir. Buraya mərkəzi rayon xəstəxanası, Gigiyena epidemiologiya mərkəzi, doğum evi, qadın məsləhətxanası, uşaq poliklinikası, uşaq xəstəxanası, vərəm dispanser sanitar maarifı evləri və onkoloji dispanser daxildir.
Üçüncü etap - kənd əhalisinə tibbi xidmət, vilayət və respublika xəstəxanalarında göstərilir.
Belə bir etaplı tibbi xidmət sayəsində kənd əhalisi ixtisaslaşdırılmış müalicə-profilaktika xidməti alır. Hazırda şəhər və kənd əhalisinə göstərilən tibbi xidmətlər arasındakı fərqi aradan qaldırmaq üçün çox böyük işlər aparılır. Belə ki, kənd səhiyyəsnin maddi-texniki bazası möhkəmləndirilir, onlarda müasir səviyyədə tələbata uyğun yüksək keyfiyyətli və ixtisaslaşdırılmış tibbi yardım göstərmək qabiliyyətini yaratmaq günün əməli məsələsinə çevrilir. Az çarpayılı xəstəxanlar böyüdülür, çox profilli xəstəxanalar yaradılır, kənd sənaye müəssisələrində fəhlələrə tibbi xidməti istehsalat prinsipi üzrə təşkil etmək ən mühüm və vacib məsələ hesab olunur. Belə ki, bu zaman şəhərdə aprobasiya olunan tibbi xidmət sistemi həyata keçirilir. Böyük kəndlərdə kənd sahə xəstəxanalarının bazasında tibbi səhiyyə hissələri yaradılır. Belə işin əsasını sənaye müəssisəsi fəhlələrinə tibbi xidməti təşkil etməyin əsası sayılan sex prinsipi təşkil edir. Əlbəttə, belə hallarda kənd təsərrüfatı sahəsinin əsas xüsusiyyətləri nəzərə alınır. Hazırda şəhər xəstəxanalarında hospitalizə olunan xəstələrin 25%i kənd əhalisidir. Şəhər ambulator poliklinika idarələrində müraciət edib tibbi xidmət alan şəxslərin 10,0%-i kənd əhalisidir. Kənd həkim sahəsinin əhalisinin hər 1000 nəfərinə 0,25 həkim vəzifəsi ambulator qəbul üçün müəyyən edilir. Kəndlərin böyüklüyündən asılı olaraq, bu normativ 1000 nəfərə 0,75 həcmində normallaşdırılır. Diş həkimləri isə 1000 nəfər əhaliyə 0,2 ştat normativi həcmində müəyyən edilir. Stasionar müalicəsi üçün isə 25 çarpayıya 1 vəzifə normalaşdırılır.
Şəhər əhalisinə tibbi xidmətin təşkilində olduğu kimi kənd əhalisinə tibbi xidmət sahə prinsipi üzrə təşkil edilir. Belə ki bütün ərazi kənd həkim sahələrinə bölünür. Hazırda kənd sahəsi kənd əhalisinə göstəriləcək müalicə-profilaktik birləşdirən vahid, tam, kompleks bir tibb idarəsidir ki, əhalisinə 1-cili tibbi xidməti təşkil edir
Kənd həkim sahəsinə rəhbərlik edən həkimə kənd həkim sahəsinin baş həkimi deyilir. Kənd həkim sahəsinə daxil olan müalicə profilaktika idarələri vahid kompleks plan əsasında baş həkimin rəhbərliyi altında aparılır. Kənd həkim sahəsi əhalinin miqdarından və xidmət radiusundan asılı olaraq, təşkil edilir. Bir həkim sahəsində 5000-7000 əhali olur. Xidmət radiusu isə 5-10-15 km olmalıdır. Əhalinin sıxlığı hər 1 kv. km-ə 50-70 nəfər olmalıdır. Məntəqən 7 km-dən çox uzaqda yerləşdikdə isə FMM - feldşer mama məntəqəsi əhalinin miqdarı 300-500 nəfər olduqda belə təşkil edilir. Kənd həkim sahəsində başlıca müalicə profilaktika idarəsi kənd sahə xəstəxanasıdır. Kənd sahə xəstəxanasının həcmi əhalinin miqdarından, xidmət radiusundan, rayon xəstəxanasına qədər olan məsafədən, sənaye obyektlərindən, işin mövsümlü olmasından və ərazinin xarakterindən asılıdır. Kənd sahə xəstəxanası vahid kompleks plan əsasında sahə xəstəxanasının baş həkiminin rəhbərliyi altında fəaliyyət göstərir.
Kənd sahə xəstəxanasının və ya ambulatoriyasının yerləşdiyi kənd məntəqə adlanır. Ayrı-ayrı kəndlərin həmin məntəqədən olan ən uzaq məsafəsi sahənin xidmət radiusu adlanır. Ayrı-ayrı kəndlərdən məntəqəyə qədər olan məsafə isə kənd sahə xəstəxanasının xidmət radiusu adlanır. Tibbi xidmətin həcmi və xarakteri onun gücü, təchizatı, və ixtisas həkimlərinin olması ilə müəyyən edilir Kənd sahə xəstəxanasının ştatında onun gücündən, əhalinin miqdarından və mərkəzi rayon xəstəxanasına qədər olan məsafədən asılı olaraq müxtəlif ixtisaslı həkimlər ola bilər (terapevt, pediatr, stomatoloq, cərrah, mama-ginekoloq, infeksionist, ftiziatr və b).
Kənd sahə xəstəxanasının 4 kateqoriyası mövcuddur:
I kateqoriya - 75-100 çarpayılıq
II kateqoriya - 50-75 çarpayılıq
III kateqoriya - 35-50 çarpayılıq
IV kateqoriya - 25-35 çarpayılıq
I kateqoriya - kənd sahə xəstəxanasının tərkibində terapiya, cərrahiyə, mama-ginekoloqji, pediatrik, infeksion xəstəliklər və vərəm üzrə çarpayılar olur. Klinika-diaqnostik şöbə yaxşı təşkil olunur.
II kateqoriya - kənd sahə xəstəxanasının tərkibində terapiya, cərrahiyə, pedialriya, mama-ginekologiya, yoluxucu xəstəliklər üzrə çarpayılar olur.
III kateqoriya - kənd sahə xəstəxanasının tərkibində terapiya (yaşlılar və uşaqlar üçün), cərrahiyə, mama-ginekologiya və yoluxucu xəstəliklər üzrə çarpayılar olur.
IV kateqoriya - kənd sahə xəstəxanasının tərkibində terapiya, cərrahiyə, mamalıq üzrə çarpayılar olur.
Kənd sahə xəstəxanasının iş fəaliyyətini xarakterizə edən ən mühüm göstərici çarpayı fondundan istifadə edilməsi və ya hər bir çarpayının il boyu işlədiyi gün göstəricisidir. Bu keyfiyyət göstəricisi normada kənd xəstəxanaları üçün 300 gün olmalıdır. Lakin kənd sahə xəstəxanalarında bu göstərici 200-250 gündən artıq olmur. Bu kiçik həcmli xəstəxanalarda müasir dövrdə diaqnostik və müalicə yardımını göstərmək bir sıra çətinliklərlə üzləşir. Bu kiçik xəstəxanaların həm iqtisadi və həm də tibbi nöqteyi nəzərdən saxlanılması o qədər də vacıb deyildir. Bu nöqteyi nəzərdən nisbətən böyük rent kənd sahə xəstəxanaları saxlanılır, böyük olmayanlar isə ambulatoriyalarına və ümumi həkimlik praktikası mərkəzləri əvəz olunurlar (reorqanizasiya olunurlar). 25-35 çarpayıdan az olan xəstəxanalar o yerlərdə qala bilər ki, yerli şəraitdən və imkandan asılı olaraq, ona ehtiyac duyulsun - əhali az və çox olan uzaq yerlərdə təşkil olsun.
Kənd sahə xəstəxanasının vəzifələri.
1. Kənd əhalisinə müalicə-profilaktika xidmətini təşkil etmək
2. Sanitar əks-epidemik iş aparmaq
3. Kütləvi xidmət forması kimi ambulator xidmətini etmək
4. Dispanserizasiya işini aparmaq. Bu məqsədlə kənd xəstəxanasının həkimi dispanserizasiyanı aparmaq üçün tərtib edir, dispanser müşahidəsi üçün lazımi kontingenti seçir qeydə götürür, kompleks müalicə profılaktika işleəri aparır.
Feldşer mama məntəqəsi.
Feldşer mama məntəqəsi onn təhkim olunan ərazidə müalicə-profilaktika və əks-epidemik iş aparır. Feldşer mama məntəqəsi 300-800 nəfər əhalısı olan və 4-5 km məsafədə sahə xəstəxanası və ya ambulatoriyası olmayan yerdə təşkil olunur.
Feldşer, ambulator xəstələri qəbul edir, evdə olan xəstələrə yardım göstərir, həkimə qədər kəskin xəstəliklərdə bədbəxt hadisələrdə həkimin göstərişi ilə xəstələrə xüsusi kurs müalicəsi aparır. O, əhalinin dispanserizasiyası işini fəal iştirak edir. Kəskin yoluxucu və mühüm qeyri-epidemik xəstəliklərin erkən aşkara çıxarılması və onlara qarşı mübarizə tədbirlərinin aparılmasında iştirak edir. Hər hansı yoluxucu xəstəlik baş verdikdə 2 nüsxədən ibarət təcili məlumat vərəqəsi tərtib edir. Bunlardan birini gigiyena epidemiologiya mərkəzinə, o birini isə sahə xəstəxanasına göndərir. Yoluxucu xəstəlik baş vermiş ocaqda əks-epidemik iş aparır. Orada dezinfeksiya, kontaktda olanların izolyasiyasını və xəstənin hospitalizasiyasını təşkil edir.
Feldşer-mama məntəqəsinin iş planında eyni zamanda profilaktik peyvəndlərin aparılması da əsas yerlərdən birini tutur.
Feldşer-mama məntəqəsində işi həkim yardımı ilə əvəzləyə imkan verilməməlidir. Sahə həkimi mütəmadi olaraq feldşer-mama məntəqəsinin işini nəzarətdən qaçırmamalı, gündəlik iş fəaliyyəti üçün yardım göstərməlidir. Müəyyən təyin olunmuş günlərdə sahə həkimi feldşer mama məntəqəsinə getməli, onun fəaliyyətini izləməli, verdiyi tərişlərin yerinə yetirilməsini yoxlamalıdır.
Belə günlər əvvəldən təyin olunduğu üçün istər feldşer istərsə də mama lazım olan xəstələri xəbərdar edib, onları həkimə göstərməyi təşkil etməlidir və əhali özü də bilavasitə həmin günlərdə həkimə müraciət edə bilər. Feldşer mama məntəqəsində təxirəsalınmaz tibbi yardımı etmək üçün lazımi miqdarda təsdiq edilmiş tabel əsasında ləvazimat və avadanlıq olmalıdır. Burada hətta əhaliyə satış üçün hazır dərmanlar, gigiyena və sanitariya ləvazimatı olur.
Dostları ilə paylaş: |