Ümümi cərrahiyə ixtisası üzrə nümunəvi test sualları
1. Cərrahiyyə yardımının təşkili və sosial gigiyena
1) Xəstəlik ilə əlaqədər məzuniyyət kim tərəfindən verilir?
A) Həkim Məsləhət Komissiyası
B) Baş həkim
C) Şöbə müdiri
D) Tibbi-sosial ekspertiza Komissiyası
E) Müalicə həkimi
Ədəbiyyat: Клиническая гастроэнтерология. Руководство для врачей. Под ред.
Н.И. Дегтерева М., 2004, 578 с.
2) Hiperkapniya (hipoventilyasiya ) zamanı nə baş verir?
A) Beyinin qan həcminə və KDT dəyişmir
B) Beynin qan həcm artır və KDT dəyişmir
C) Beynin qan həcmi azalır və KDT azalır
D) Beynin qan həcmi artır və KDT yüksəlir
E) Beynin qan həcmi azalır və KDT yüksəlir
Ədəbiyyat: В.В.Лебедев,В.В.Крылов.Неотложная нейрохирургия.
Москва,2000,437 с.
3) Kəllə-beyin travmasının kəskin dövründə qlukokortikoidlərdən istifadə nəyə
səbəb olur?
A) İmmun sistemi aşağı salır
B) Beyin ödemini azaldır
C) Mədə-bagırsaq qanaxmalarını artırır
D) İrinli fəsadların inkişafına səbəb olur
E) Hiperqlikemiyaya səbəb olur
Ədəbiyyat: В.В.Лебедев,В.В.Крылов.Неотложная нейрохирургия.
Москва,2000,437 с.
4) Üz nahiyyəsinin yuxarı hissəsinin fleqmonalarının ciddi fəsadlaşmasına hansı
aiddir?
A) Mediastenit
B) Yumşaq toxumaların hematoması
C) Künc damarının venasının flebiti
D) Üz sinirinin parezi
E) Parotit
Ədəbiyyat:Руководство по челюстно-лицевой хирургии и хирургичеслой
стомотологии.А.А.Тимофеев.Москва,2002,317с.
5) Ağız boşluğu dibinin fleqmonasını aşağıdakılardan hansı ilə differensasiya
etmək lazımdır?
A) Almacıq nahiyyəsinin fleqmonası
B) Trizm
C) Yanaq nahiyyəsinin fleqmonası
D) Lüdviq anginası
E) Alt dodağın karbunkulu
Ədəbiyyat:Руководство по челюстно-лицевой хирургии и хирургичесkой
стомотологии.А.А.Тимофеев.Москва,2002,317с.
Dostları ilə paylaş: |