Fakültə: Təbiətşünaslıq və kənd təsərüffatı İxtisas: Torpaqşünaslıq və aqrokimya



Yüklə 209,05 Kb.
Pdf görüntüsü
tarix24.05.2020
ölçüsü209,05 Kb.
#31486
Torpaqda humusun miqdarı


 

 

Fakültə:Təbiətşünaslıq 

və 

kənd 

təsərüffatı 

İxtisas:Torpaqşünaslıq və aqrokimya 

Şöbə:Əyani 

Fənn:Torpaq biokimyası 

Kurs:

 

II 



Müəllim:Xudaverdiyev Fərman Paşa 

Tələbə:Əhmədov İntiqam İlqar oğlu 

 

 

 

 

 


Mövzu:Torpaqda humusun miqdarı 

Əgər, torpaq hissəciklərinə lupa altında baxmalı olsaq, 

orada müxtəlif bitki və heyvan qalıqlarını görmək 

mümkündür. Pinset vasitəsi ilə bu qalıqları torpağın 

mineral hissəsindən asanlıqla ayırmaq olur. Sonra 

kimyəvi yolla torpaqda olan humusun və yaxud 

çürüntünün miqdarını təyin etmək olar. Belə ki, 

götürülmüş torpaq nümunəsi üzərinə qələvi məhsul əlavə 

edilməklə, qara maddəni humusu ayırmaq mümkündür.

 

Bütün torpaqlarda eyni iki proses gedir. 



1.  Birinci prosesdə mürəkkəb üzvi birləşmələr axıra 

qədər parçalanır. Bu proses üzvi maddələrin 

minerallaşması adlanır. 

2.  İkinci proses humusəmələgəlmə prosesidir. 

Humusəmələgəlmə prosesi çox mürəkkəb bir 

prosesdir. Humusun əmələgəlmə mənbəyini 

bitkilərin məhv olan kök və budaqları, tökülən 

yarpaqları (meşədə) torpaqda yaşayan və tələf olan 

müxtəlif heyvan və mikroorqanizmlər təşkil edir. 

Üzvi qalıqların torpaqda parçalanmasının bir hissəsini 

atmosfer amilləri təşkil edirsə, digər bir hissəsini isə 

torpaqda yaşayan soxulcanların, həşərat və yereşən 

qurdların fəaliyyəti təşkil edir. Lakin üzvi maddələrin 

parçalanaraq torpaq humusuna çevrilməsində əsas amil 

olaraq mikroorqa¬nizmlər, bakteriyalar və göbələklərin 

fəaliyyəti hesab olunur. Torpağın hər qramında 

mikroorqanizmlərin sayının 2 milyardı keçməsi sübuta 


yetirilmiş¬dir. Məhz mikroorqanizmlərin həyat fəaliyyəti 

nəticəsində torpaqda humus əmələ gəlir, toplanır və 

çevrilir. 

Humusun kimyəvi tərkibi çox mürəkkəb olduğu üçün, 

onu bir və bir neçə birləşmə şəklində göstərmək mümkün 

deyildir. Bir sıra yeni tədqiqat¬lar torpağın üzvi 

maddəsindən çoxlu miqdarda xüsusi və dəqiq müəyyən 

edilmiş azotlu və azotsuz kimyəvi birləşmələr ayırmağa 

imkan vermişdir. Ancaq onların heç birini humus 

adlandırmaq olmaz. 

orpaqda olan çürüntü maddələr həllolma və ekstraksiya 

qabiliyyətinə görə iki əsas qrupa bölünür: 

 

Humin turşuları 



Fulvo turşular (əvvələr kren və apokren adlanırdı). 

Humin turşular 

Humin turşular - aerob şəraitdə əmələ gəlir. O, zəif 

qələvidə həll olur, lakin suda və turşuda həll olmur. 

Humin turşularının məhlulu tünd rəngdə olur. Çöllər 

zonasının qara torpaqlarının çürüntü hissəsində humin 

turşusu-nun element tərkibi aşağıdakılardan ibarətdir: 

karbon 52-62 %, oksigen 31- 39 %, azot 2,6-5,1 % 

hidrogen 2,5-5,8 %. Bunlardan əlavə 10 %-ə qədər Si, P, 

S, Fe, Ca, К və s. ibarət kül elementləri olur. Humin 

turşuları torpağın mineral hissələrilə qarşılıqlı təsirə 

girdikdə humatlar əmələ gətirir. İki və üç valentli 



kationların Ca, Mq, Fe, Al humatları suda həll olmur. 

Onlar kolloid çöküntülər (gellər) əmələ gətirir. Bir 

valentli kationların - K, Na, NH4 humatları isə suda həll 

olur və Kolloid məhluludur (zol). Torpaqda humin 

turşuların çox hissəsi gel, az hissəsi mütəhərrik kolloid və 

çox cüzi bir hissəsi isə molekulyar məhlul halında olur. 

Əsasən qara, şabalıdı, bəzən boz - meşə torpaqlarda 

üstünlük təşkil edir. Azərbaycanda dağqara (meşə 

altından çıxmış), dağ boz-qəhvəyi (şabalıdı), çəmən-boz 

torpaqlarında humin turşusu fulvoturşulara nisbətən 

üstünlük təşkil edir. 

 

Fulvoturşular 



Fulvoturşular - kolloid maddələr olmaqla, torpaq 

hissəciklərini yüksək udma qabiliyyətinə malikdir. Onun 

udma qabiliyyəti hər 100 qr maddəyə 200-60 ml ekv. 

miqdarı ilə ölçülür. Fulvoturşuların podzol torpaqlarda 

elementar tərkibi 45,3 % karbon, 5 % hidrogen, 47,3 % 

oksigen və 2,4 % azotdan ibarətdir. Humin turşuları ilə 

müqayisədə oksigen n miqdarı çox, azot və karbonun 

miqdarı nisbətən azdır. Humin turşulardan fərqli olaraq 

onlar suda, turşuda və qələvidə yaxşı həll olur. 

Fulvoturşuların məhlulu açıq-qonuru rəngdə, quru 

preparatı isə qonuru rəngdə olur. Meşə döşənəyində turş 

mühitdə podzoləmələgəlmə prosesi aktiv gedir. 

Fulvoturşuların tərkibində humin turşularından fərqli 

olaraq C, H, O elementləri çox olur. Fulvoturşuların 

külündə Al, Fe üstündür. Onların sulu məhlulunda pH-ı 


2,5-3-dür. Azərbaycanın dağ-çəmən, qonur dağ-meşə, 

şoranlı, şorakətli torpaqlarında fulvoturşuları humin 

turşularından üstündür. Yer kürəsində müxtəlif 

torpaqlarda təbii şəraitdən asılı olaraq humusun miqdarı 

da fərqlidir. Mərkəzi Asiyanın boz torpaqlarında humus 

daha az olub, 1-2%-ə bərabərdir. Aparılmış 

hesablamalara görə ayrı-ayrı torpaqlarda humusun 

ehtiyatın da fərqlidir. Məsələn, mülayim qurşağın boz-

meşə torpaqlarının 100 m-lik qatında bir hektara 175 ton 

təşkil edir. Bu göstərici tipik qara torpaqlarda 700 tona 

çatır, Mərkəzi Asiyanın boz torpaqlarında 70 tona duşur. 

Torpağın humuslu horizontunda işığın inteqral 

əksetdirmə tərəddüdlərinin hüdudu və orta qiymətləri 

 

 



 

Torpaqlar 

İnteqral 

əksetdirmənin 

orta arifmetik 

kəmiyyəti % 

 

Orta 

arifmetik 

səhvlər 

Tərəddüdlərin 

ehtimal 

hüdudları 

P

=0,95 

Dağ-çəmən 

9,3 

0,31 


6,9-11,7 

Torflu 


7,9 

0,49 


4,7-11,1 

Çəmən və 

çəmən-bataqlıq 

13,1 


0,52 

9,5-16,7 

Çimli-podzol 

16,9 


0,78 

10,5-23,3 

Açıq-boz meşə 

21,1 


0,57 

17,2-25,0 

Boz meşə 

18,1 


0,54 

13,9-22,3 

Tünd-boz meşə 

7,4 


0,41 

4,1-10,7 

Tipik 

qaratorpaqlar 



8,2 

0,25 


6,4-10,0 

Adi 

qaratorpaqlar 

7,9 

0,18 


6,4-9,4 

Qafqazyanı 

qaratorpaqlar 

11,6 


0,32 

8,9-14,3 

Şabalıdı 

13,2 


0,21 

11,6-14,8 

Açıq-şabalıdı 

21,8 


0,32 

19,3-24,3 

Boz torpaqlar 

27,7 


0,28 

25,7-29,7 

Qırmızı 

torpaqlar 

18,6 

0,17 


17,4-19,8 

Sarı torpaqlar 



16,6 

0,45 


13,4-19,8 

 

Document Outline

  • Torpağın humuslu horizontunda işığın inteqral əksetdirmə tərəddüdlərinin hüdudu və orta qiymətləri

Yüklə 209,05 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin