Tədqiqatın elmi yeniliyi



Yüklə 18,11 Kb.
tarix28.06.2020
ölçüsü18,11 Kb.
#32173
kse

Tədqiqatın elmi yeniliyi. Aparılmış statistik analiz əsasında müəyyənləşdirilmişdir ki,:

  1. Cənubi Xəzər hövzəsində qeyd olunan əksolunan dalğaların orta kvadratik və əksolunma əmsallarının meyilliyi qiymətləri, digər seysmik dalğa atributlarına nisbətən, məhsuldar qatın kollektorluq xüsusiyyətlərilə səciyyələnən süxurlardan təşkil olunmuş laylarının qumluluq əmsalı və ərazinin paleocografiyası ilə daha sıx əlaqəlidir;

  2. Atribut analiz tədqiqatları əsasında geoloji kəsilişin optimallaşdırılmış proqnozlaşdırılma metodikası.

Tədqiqatın nəzəri-praktiki əhəmiyyəti. Əldə edilmiş nəticələr terrigen çöküntü kompleksindən ibarət geoloji mühit üçün yararlıdır. Bu səbəbdən onlardan Cənubi Xəzər çökəkliyində, Aşağı Kür (kəlaməddin, mişovdağ, kürsəngi), Şamaxı-Qobustan (duvannı quru) və Abşeron neftli-qazlı rayonlarında (pirallahı, gürgan dəniz, buzovna, lökbatan, puta, qaradağ, quşxana) neft yataqlarının geoloji-geofiziki parametrlərinin hesablanmasında və konseptual modellərin tərtib edilməsi üzrə tədqiqatlarda istifadə edilə bilər. Karbonat mənşəli çöküntü kompleksindən ibarət geoloji mühit üçün eyni mənalı məsələnin həlli tamamilə fərqli yanaşmalar tələb edir.

Konseptual modelləşdirmə. İstənilən yatağın istismara hazırlanması onun daxili və xarici quruluşunu səciyyələndirən konseptual modelinin hazırlanmasını tələb edir. Konseptual model çöküntü kompleksinin geoloji quruluşunu, quyu geofiziki tədqiqatları (QGT) əsasında hesablanmış petrofiziki xüsusiyyətlərini və seysmik məlumatlar əsasında təyin edilmiş fasiyaların modellərini ümumiləşdirərək onları tədqiqat sahəsinin 3D geoloji-geofiziki modelində birləşdirir. Konseptual modelin qurulmasında məqsəd yatağın işlənilməsi üçün vahid konsepsiyanın hazırlanmasıdır. Konseptual modelləşdirmə rezervuarların əsas parametrlərini səciyyələndirən dəyərləri və onların sərhədlərini dəqiqləşdirməyə, habelə sahənin ehtiyatlarının qiymətləndirilməsinə əsas yaradır. Konseptual modelləşdirmə süxurların litoloji və süzüm-tutum xassələrinin (STX) dəyişikliklərini proqnozlaşdırmağa imkan verən və onun səmərəli istismarı üçün əsasların hazırlanmasına xidmət edir. Ümumiyyətlə, modelləşdirmə üzrə tədqiqatlar müxtəlif atribut növlərinin istifadəsilə tədqiqat sahəsində mövcud olan bütün geoloji, geofiziki və seysmik məlumatların təhlili və şərhinin inteqrasiyasına əsaslanır.

Atribut keyfiyyətcə qiymət. Seysmik zaman kəsilişlərində görünməyən müxtəlif anomaliyaların müəyyənləşdirlməsinə imkan verir. Kinematik və dinamik atributların xüsusiyyətlərinin təhlili tektonik pozulmalarla sərhədlənmiş (parçalanmış) blokların həndəsi parametrlərini təyin etməyə, müxtəlif mənşəli geoloji cisimlərin fəzada yayılma areallarının və s. müəyyənləşdirilməsinə imkan verir.

Atribut kəmiyyətcə qiymət. Quyulararası məkanda süxurların petrofiziki xüsusiyyətlərinin reqressiya asılılıqları əsasında interpolyasiyasını və ya proqnozunu nəzərdə tutur. Seysmogeoloji şəraitin əlverişli olduğu bir sıra hallarda reqressiya asılılıqları əsasında süxurların petrofiziki xüsusiyyətlərinin quyularla əhatə olunmamış sahələrə ekstrapolyasiyası da mümkündür. Bu məsələ 3D seysmik kubu formalaşdıran dalğa sahəsinin QGT materialları ilə birgə korrelyasiyası nəticəsində təyin edilmiş reqressiya tənliklərinin tətbiqilə həll edilir.

İstifadə olunmuş geoloji-geofiziki məlumatlar. Sahənin geoloji quruluşu haqqında fikirlərin formalaşmasında müxtəlif dəqiqlikli, ölçülü və fiziki mahiyyətə aid məlumatlardan istifadə olunur. Geoloji-geofiziki məlumatların birgə istifadəsi ilə etibarlı nəticələrin əldə edilməsi üçün bir-birilə əlaqəsi olan statistik məlumatlardan istifadə olunmalıdır. Dissertasiya işi seysmik tədqiqatların nəticələrindən əldə edilmiş iki və üçölçülü geofiziki məlumatların və müxtəlif təyinatlı quyularda aparılmış geofiziki tədqiqat (QGT) nəticəsində əldə edilən birölçülü quyu məlumatlarının müqayisəsi əsasında aparılmış tədqiqatların nəticələrini əks etdirir. Bu məqsədə çatmaq üçün əsas statistik tədqiqat üsullarından biri olan reqressiya təhlilindən istifadə edilmişdir. Tədqiqat obyekti kimi Qalmaz qaz anbarı qəbul edilmişdir. İş prosesində orada qeydə alınmış seysmik məlumatlardan və qazılmış çoxsaylı quyularda aparılmış karotaj işlərinin nəticələrindən istifadə edilmişdir. Bir sıra məsələlərin həlli prosesində Azərbaycan ərazisində aparılmış geofiziki işlərin nəticələrindən də istifadə edilmişdir. Tədqiqatın məqsədi kollektorların atribut təhlil əsasında orta məsaməlik, qumluluq əmsalı və effektiv qalınlıq kimi parametrlərinin qiymətləndirilməsindən ibarət olmuşdur.

Atribut analizin fiziki və nəzəri əsasları. Seysmik atribut deyildikdə əksolunan dalğanın: həndəsi (amplitudu, uzunluğu, periodu), kinematik (orta, orta kvadratik, lay və s. sürətlər), dinamik (enerji, spektr və s.) parametrlərinin konkret qiymətləri (ölçüləri) və onun müxtəlif riyazi çevirmələri əsasında alınmış statistik qiymətlər, başqa sözlə, törəmələri başa düşülür.

Qeyd edilməlidir ki, əks olunan seysmik dalğa sahəsindən alınan müəyyən atributlarla yanaşı digər, o cümlədən diffraksiya, mübadilə, səpələnmiş, təkrar və s. dalğalardan da faydalı atributlar hesablanır.

Lakin dissertasiya işinin yerinə yetirilməsi müddətində yalnız əksolunan dalğa sahəsindən hesablanmış bir qrup atributdan istifadə edilmişdir.

Aparılmış tədqiqatlar əsasında müəyyən edilmişdir ki, çoxsaylı atributlar arasında 5-10 ədədi daha effektlidir. Əvvala təhlillər gostərir ki, bir çoxunun riyazi bazasının çox oxşar olması səbəbindən nəticələri eynidir. Digər tərəfdən müxtəlif yollarla hesablanan atributlar eyni nəticəni verir və belə də olmalıdır.

Dinamik atributların hesablanmasında məqsəd seysmik yazıların dinamik xüsusiyyətlərinin və quyu geofiziki tədqiqat məlumatlarının arasında kəmiyyət və keyfiyyət əlaqələrinin müəyyənləşdirilməsindən və bu asılılığın analitik ifadəsindən potensial məhsuldar obyektlərin petrofiziki xüsusiyyətlərinin proqnozlaşdırılmasından ibarətdir.

Atribut analiz aşağıdakı ardıcıllıqla aparılır:

- atributların əsasında atribut kublarının hesablanması;

- geoloji kəsilişin axtarış obyekti kimi qiymətləndirilmiş intervallarını səciyyələndirən atribut xəritələrinin hesablanması;

- tərtib edilmiş atribut xəritələrinin keyfiyyət səviyyəsində təhlili və zay məlumatların çıxdaş edilməsi;

- seçilmiş atribut xəritələrinin kəmiyyət səviyyəsində təhlili.

Nəticələrin aprobasiyası və tətbiqi. RF-nın Moskva şəhərində nəşr edilən «Геология, Геофизика и разработка нефтяных и газовых месторождений» adlı elmi-texniki jurnalın 2019-cu il nömrəsində «Грязевой вулканизм и миграция углеводородов», İki elmi konfransda məqalə müzakirə olunmuşdur: Gənc alim və mütəxəsislərin II Beynəlxalq elmi konfransı/ Qalmaz sahəsində kollektorların çöküntü toplama xüsusiyyətləri və eyniadlı qaz anbarının hermetikliyinin qiymətləndirilməsi; “Neft və Geoekologiya” I Beynəlxalq Gənc Tədqiqatçıların və Tələbələrin Məktəb-Seminarı/ Quyu geofiziki tədqiqatlar (QGT) əsasında Qalmaz qaz yatagındakı kollektor layların petrofiziki modellərinin proqnozlaşdırılması. Ukrayna Milli Elmlər Akademiyasının S.İ.Subbotin adına Geofizika İnstitutunda nəşr edilən «Geophysical Journal»da “Седиментационные особенности формирования коллекторов и оценка герметичности подземного газохранилища Галмаз” adlı məqalə nəşr üçün müsbət rəy almışdır.
ƏDƏBİYYAT

Юсубов Н.П. Kurt Marfurt. Seismic Attribute Mapping of Structure and Stratigraphy/2006



Kurt J. Marfurt, Satinder Chopra. Seismic Attribute for Prospect Identification and Reservoir Characterization 2007

Юсубов Н.П. Гулиев И.С., Асланов В.Д. Закревский К.Е. Никитин А.А., Хмелевской В.К.
Yüklə 18,11 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin