“AZƏrbaycan xəZƏr dəNİz gəMİÇİLİYİ” qsc “AZƏrbaycan döVLƏt dəNİz akademiyasi” phş



Yüklə 211,83 Kb.
tarix21.03.2023
ölçüsü211,83 Kb.
#89003
pls


AZƏRBAYCAN XƏZƏR DƏNİZ GƏMİÇİLİYİ” QSC



AZƏRBAYCAN DÖVLƏT DƏNİZ AKADEMİYASI” PHŞ



Gəmi Mexanikası və Elektromexanikası__________________ kafedrası

Proqramlaşdırılan məntiqi kontrollerlər_____________fənnindən

SƏRBƏST İŞ № 5
OR (VƏ YA), ON ( VƏ YA YOX) əmrləri, birdən çox əmr bloku arasında (ALD) VƏ funksiyası.

Qrup 070A_________



Tələbə ____Ələkbərov İlkin____

Müəllim b.m Fərhadov V.Q


BAKI 2023
Məntiqi elementlər, əmrlər


Məntiqi element — Bul funksiyasını yerinə yetirən fiziki qurğudur. O, bir və ya bir neçə məntiqi girişlərdə məntiqi əməliyyatı yerinə yetirir və sadə məntiqi çıxışları göstərir. Məntiq elementləri ilk növbədə elektron açarlar kimi fəaliyyət göstərən tranzistorlar və diodlar istifadə edərək yerinə yetirilir, həmçinin molekullar,optika, elektromaqnit relelər və hətta mexaniki elementlər istifadə edərək qurula bilər.
yapışdırıcı məntiq — (ing. glue logic, ru. связующая логика) – kompüterin bir əsas hissəsini başqa bir hissə ilə birləşdirmək üçün zəruri olan nisbətən sadə məntiqi sxemlər. Məsələn, mikroprosessorların bir çoxu mərkəzi prosessor (CPU) ilə yaddaş (MEMORY) arasında yapışdırıcı məntiqin olmasını tələb edir.




Gündəlik həyatda bir çox yerdə istifadəsi ilə qarşılaşa biləcəyimiz , istifadə etdiyimiz bütün elektronika cihazlarının ( komputer , fotoabarat , notebuk , telefon və s.) əsasını təşkil edən , rəqəmsal elektronikada ilk ağlımıza gələn məntiq elementlərinin işləmə prinsipinə baxaq. Rəqəmsal elektronika dedikdə ağlımıza 1 –lər , 0 – lar , məntiqi dövrələr və ya digər adı ilə məntiq elementləri gəlir. İnteqral sxem olaraq istehsal olunan bu tip dövrələr tranzistor , diod və rezistor kimi əsas elektronik komponentlərlə hazırlanmış dövrələrlə hazırlanırlar. Məntiqi 1 və məntiqi 0 məntiqli ifadələr üzərindən əməliyyatlar edilir. 1 məntiq ifadəsinin qarşılıqı 5 V , 0 məntiq ifadəsinin qarşılıqı isə 0 V olaraq tanıtılır.
Məntiq elementlərinin pinlərinin ( ayaqlarının ) necə nömrələndiyinə baxaq. İnteqral sxemi yazını oxunacaq şəkildə tutduğda inteqral sxemin sol tərəfində bir deşik olduğunu görürük. Bu deşikdən başlayaraq ayaqlar nömrələnir. Məntiq elementləri əsasən 14 ayaqlı olur. Məntiq elementləri işləmək üçün giriş və çıxışa malikdir. Əsasən iki girişli olur , lakin , dörd və sekkiz girişli xüsüsi məntiq elemtləri də var. Əsas məntiq elementləri 7 növdür.



YAXUD (OR) məntiq elementi
A

şağıda YAXUD məntiq elementinin simvolunu , 74HC32 YAXUD məntiq elementi və onun iç quruluşunu görürük.
Bir çıxış və iki və daha çox girişi ola bilər. A və B giriş pinləri , Q çıxış pini olarsa riyazi ifadəsi belə olur : Q = A + B İç quruluşuna baxdıqda bu mikrosxemin dörd ədəd YAXUD məntiq elementindən qurulduğunu görə bilərik.




YAXUD məntiq elementinin həqiqilik cədvəli aşağıdaki kimi olur. Elektrik dövrəsi kimi bir-birinə paralel olan iki elektrik açarı kimi düşünə bilərik. Ledin yanması üçün girişlərdən birinin 1 vəziyyətində olması yəni bir butonun basılması kifayətdir.



Ədəbiyyat:

  • İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.

Yüklə 211,83 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin