Ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı Fəsil 1 Giriş



Yüklə 0,6 Mb.
səhifə1/9
tarix06.03.2017
ölçüsü0,6 Mb.
#10424
  1   2   3   4   5   6   7   8   9


Azərbaycan Respublikası Prezidentinin

2008-ci il 15 sentyabr tarixli

3043 nömrəli Sərəncamı ilə

təsdiq edilmişdir


2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun

azaldılması və davamlı inkişaf Dövlət Proqramı
Fəsil 1

Giriş
2000-ci ilin sentyabrında Nyu-Yorkda BMT-nin təşkilatçılığı ilə 147 ölkənin başçısı Minilliyin sammitinə toplaşaraq, Minilliyin İnkişaf Məqsədlərini (MİM) əks etdirən birgə Bəyannamə imzalamış və bununla da yoxsulluğun azaldılması məsələlərini özlərinin 2015-ci ilə qədər öhdəlikləri kimi müəyyənləşdirmişlər. Bəyannamədə göstərilən vəzifələri həyata keçirmək üçün 18 hədəfi və 48 göstəricini özündə əks etdirən 8 qlobal məqsəd müəyyənləşdirilmişdir. Həmin qlobal məqsədlərdən birincisi məhz ifrat yoxsulluq və aclıq içində yaşayan dünya əhalisinin sayının yarıyadək azaldılmasını nəzərdə tutur.

Minilliyin Bəyannaməsini Azərbaycan Respublikası adından xalqımızın ümummilli lideri Heydər Əliyev imzalamışdır.

Minilliyin Bəyannaməsinə qoşulan bir ölkə kimi, Azərbaycan Respublikasında da bu öhdəliyin ölkə şəraitinə uyğun şəkildə həyata keçirilməsini təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 20 fevral tarixli 854 nömrəli Fərmanı ilə “2003-2005-ci illər üçün Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı” təsdiq edilmişdir.

Həmin Dövlət Proqramının həyata keçirilməsi nəticəsində 2003-2005-ci illərdə Respublikada ümumi makroiqtisadi sabitlik qorunub saxlanılmış, dinamik iqtisadi artımın davamlılığı təmin edilmiş, inflyasiya və milli valyutanın məzənnəsi məqbul səviyyədə saxlanılmışdır. Bu isə ölkədə mövcud olan sosial problemlərin, o cümlədən yoxsulluq probleminin həlli istiqamətində təsirli tədbirlərin həyata keçirilməsinə imkan yaratmışdır. Belə ki, 2005-ci ildə yoxsulluq səviyyəsi 2002-ci ildəki 46,7%-dən 29,3%-ə enmişdir.

Əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində əldə olunan müsbət meylləri davam etdirmək məqsədilə “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı” (YADİDP) hazırlanmışdır.

Fəsil 2
Azərbaycanda yoxsulluq
2.1. Yoxsulluğun profili, səviyyəsi və göstəriciləri
2002-2007-ci illər üzrə statistik məlumatlardan və ev təsərrüfatlarının tədqiqatının (ETT) nəticələrindən istifadə etməklə, ölkədə yoxsulluq səviyyəsi üzrə ümumiləşdirilmiş göstəricilər 2.1 nömrəli cədvəldə təqdim edilir.

Cədvəl 2.1. Azərbaycan Respublikası üzrə yoxsulluq səviyyəsi





2002

2003

2004

2005

2006

2007

Yoxsulluq həddi, manat

35

35,8

38,8

42,6

58

64

Yoxsulluq səviyyəsi, faizlə

46,7

44,7

40,2

29,3

20,8

15,8

Cədvəldən göründüyü kimi, 2007-ci ildə yoxsulluq səviyyəsi 15,8 %-ə enmişdir.

ETT məlumatlarının təhlili ölkədə yoxsulluq riskinin aşağıdakı amillərlə bağlı olduğunu göstərir:


  • şəhər və kənd yerlərində yaşayan əhalinin yoxsulluq səviyyələri arasında fərqlərin az olmasına baxmayaraq, ötən dövr ərzində şəhər yerlərində yoxsulluğun azalma tempi kənd yerlərinə nisbətən daha yüksək olmuşdur;

  • iqtisadi rayonlar üzrə adambaşına aylıq gəlirlərin ən aşağı səviyyəsi Yuxarı Qarabağ, Aran, Dağlıq Şirvan zonalarında olmuşdur. Lakin əsas fərq Bakı şəhəri ilə regionların arasındadır (Bakı şəhəri ilə Yuxarı Qarabağ və Aran zonasındakı fərq müvafiq olaraq 25,9 və 19,7 manat təşkil edir);

  • ev təsərrüfatlarının tərkibinin (ailə üzvlərinin sayı) böyük olması yoxsulluq riskini artırır; dörd uşaqlı ailələrdə adambaşına aylıq gəlir uşaqsız ailələrdən 1,5 dəfə, bir uşaqlı ailələrdən 1,3 dəfə azdır. Tək yaşayan şəxslər üzrə adambaşına gəlir uşaqlı ailələrə nisbətən 2 dəfə çoxdur;

  • ev təsərrüfatı başçısının təhsil səviyyəsi yüksəldikcə, xüsusilə ali təhsilə malik olduqda, onların yoxsulluq riski azalmış olur;

  • ailə başçısı 30-39, 40-49 və 60-dan yuxarı yaş qruplarında olan ev təsərrüfatlarında adambaşına aylıq gəlir orta göstəricidən aşağı olduğu halda, ailə başçısı 18-29 və 50-59 yaş qruplarında olan ev təsərrüfatlarında bu göstərici orta göstəricidən yuxarıdır.

Gəlirlər əhalinin yaşayış səviyyəsinin yaxşılaşdırılmasında mühüm vasitə olsa da, yoxsulluğun azaldılmasına təsir edən yeganə amil deyildir. Ölkədə yoxsulluq probleminin həll edilməsi əhalinin gəlir səviyyəsinin artırılması ilə yanaşı, sosial sahədə göstərilən xidmətlərin də inkişaf etdirilməsini zəruri edir. Bu baxımdan, körpə və uşaq ölümü, ana ölümü, ərzaq təhlükəsizliyi və uşaqların qidalanması, yoluxucu xəstəliklərin yayılması, məktəbdə davamiyyət və qeydiyyat səviyyələri, habelə təlim nailiyyətləri kimi göstəricilərin monitorinqinin aparılması mühüm əhəmiyyət kəsb edir.

Yoxsulluğun yuxarıda sadalanan aspektlərinin monitorinqi üçün göstəricilərin müəyyənləşdirilməsində bir sıra çətinliklər olsa da, mövcud məlumatlar əsasında aşağıdakıları ümumiləşdirmək olar:



    • müasir dövrdə atmosferin ozon qatının dağıdılması, iqlimin pisləşməsi, bioloji müxtəlifliyin kəskin azalması, aramsız təbii fəlakətlər, ətraf mühitin çirklənməsi müxtəlif xəstəliklərin geniş yayılmasına gətirib çıxarır. Respublikanın əhalisi arasında tənəffüs orqanlarının xəstəlikləri, yoluxucu və parazitar xəstəliklər, qan dövranı sisteminin xəstəlikləri, həzm orqanlarının xəstəlikləri üstünlük təşkil edir;

    • vərəm və malyariya kimi qarşısı asanlıqla alına bilən yoluxucu xəstəliklərə tutulma halları azalsa da, onların nəzarətdə saxlanılması vacibdir. Bunun üçün isə, ictimai səhiyyə xidmətlərində profilaktik tədbirlərin maliyyələşdirilməsi və uşaqların immunlaşdırma proqramları ilə tam əhatə olunması üçün müvafiq dövlət investisiyaları tələb olunur;

    • məcburi köçkünlərlə yanaşı, əhalinin digər həssas qrupları arasında da az qidalanma və düzgün qidalanmama problemləri mövcuddur. Bu baxımdan, həmin qruplar üçün bu sahədə xüsusi proqramların həyata keçirilməsi məqsədəuyğundur;

    • məktəblərdə qeydiyyat səviyyəsi yüksək olsa da, təhsilin keyfiyyətində fərqlər qalmaqdadır. Bu fərqlərin aradan qaldırılması və bütün uşaqlar üçün bərabər imkanların təmin edilməsi məqsədilə dövlət büdcəsində təhsil sektoruna ayrılan xərclərin artırılması davam etdirilməlidir;

    • əhalinin həssas təbəqələrinin yaşayış şəraitinin qənaətbəxş olmaması onların sağlamlığına mənfi təsir göstərir. Sıx məskunlaşma, təmiz olmayan yanacaqdan istifadə, fasiləsiz elektrik enerjisi təchizatının və mərkəzləşdirilmiş su təchizatının olmaması məcburi köçkünlərin geniş kütləsinin və digər həssas qrupların qarşılaşdığı əsas problemlərdəndir. Həmin qrupların sosial infrastrukturunun yaxşılaşdırılması dövlət investisiya qoyuluşunun prioritet istiqamətlərindən olmalıdır.


2.2. Siyasətin formalaşdırılmasında əhəmiyyət kəsb edən məsələlər
Siyasət prioritetlərinin formalaşdırılması zamanı ETT nəticələrinə uyğun olaraq aşağıdakı məsələlər nəzərə alınmalıdır.

        1. Ölkənin digər şəhər və kənd yerlərinə nisbətən Bakıda gəlir əldə etmək imkanları kifayət qədər yüksək olmuşdur. Bakıya nisbətən digər regionlarda əhalinin yaşayış səviyyəsi aşağı, məşğulluq imkanları isə məhduddur. Bu baxımdan, regionlarda davamlı iqtisadi inkişafın təmin edilməsi, o cümlədən, yerli xüsusiyyətlər nəzərə alınmaqla müxtəlif sahələrin inkişaf etdirilməsi zərurəti mövcuddur.

        2. Əmək qabiliyyətli yaşda olan əhalinin yoxsulluq riskinin yüksək olması (pensiya yaşında olanlarda isə risk daha yüksəkdir) göstərir ki, mövcud məşğulluq ev təsərrüfatlarını və fərdləri yoxsulluqdan kifayət qədər qoruya bilmir. Bu baxımdan, məşğulluğun yüksək gəlirli və səmərəli olmasını təmin etmək, yəni yüksək əlavə dəyər tutumu olan sahələri inkişaf etdirmək və geniş əhali kütləsinin natamam məşğulluğunu tam səmərəli məşğulluqla əvəz etmək vacibdir.

        3. Uşaqlar, çoxuşaqlı ailələr ən yüksək yoxsulluq riskinə malikdir. Ev təsərrüfatlarında uşaqlarla əlaqədar əlavə xərclər tələb olunduğundan həmin ailələrdə böyüklərin gəlir əldə etmək imkanlarını yaxşılaşdırmaqla yoxsulluq riskini azaltmaq mümkündür. Eyni zamanda aztəminatlı uşaqlı ailələrin zəruri yardımlarla təmin edilməsi məqsədilə onların sosial müdafiəsinin gücləndirilməsi tədbirləri həyata keçirilməlidir. Çoxuşaqlı ailələrdə yoxsulluq riskinin daha yüksək olması sosial xərclərin nisbətən aşağı yaş qrupunda olanlara və uşaqlı ailələrə istiqamətləndirilməsini zəruri edir.

        4. Son zamanlar planetar miqyasda ərzağa olan tələbatın durmadan artması, enerji resurslarının qiymətlərinin kəskin surətdə yüksəlməsi, habelə əkin torpaqlarından bioenerji xammalı yetişdirilməsində istifadə olunması ərzaq məhsullarının qiymətlərinin artmasına səbəb olmuşdur. Bu isə ölkədə əhalinin aztəminatlı hissəsinin ərzaqla təminatına və ümumilikdə həyat səviyyəsinə mənfi təsir göstərir. Dünyada və respublikada mövcüd olan vəziyyət ərzaq təhlükəsizliyi məsələlərinə yeni prizmadan baxılmasını tələb edir.



Fəsil 3

YADİDP – ümumi icmal
3.1. Strateji məqsədlər

2008-2015-ci illərdə YADİDP-nin aşağıdakı əsas doqquz strateji məqsədi müəyyənləşdirilmişdir:

  1. makroiqtisadi sabitliyi saxlamaqla və qeyri-neft sektorunu tarazlı inkişaf etdirməklə davamlı iqtisadi artımın təmin edilməsi;

  2. əhalinin gəlir əldə etmək imkanlarının genişləndirilməsi, yoxsul əhalinin sayının əhəmiyyətli dərəcədə azalmasına nail olunması;

  3. səmərəli sosial müdafiə sistemini inkişaf etdirməklə yaşlı əhalinin, aztəminatlı ailələrin və sosial cəhətdən xüsusilə həssas qrupların sosial riskinin azaldılması;

  4. qaçqınların və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması tədbirlərinin sistemli şəkildə davam etdirilməsi;

  5. təhsil və səhiyyə sahəsində əsas xidmətlərin keyfiyyətinin yüksəldilməsi və onları əldə etmək üçün bərabər imkanların yaradılması;

  6. sosial infrastrukturun inkişaf etdirilməsi, kommunal xidmətlər sisteminin təkmilləşdirilməsi;

  7. ekoloji vəziyyətin yaxşılaşdırılması, ətraf mühitin davamlı idarə olunmasının təmin edilməsi;

  8. gender bərabərliyinin dəstəklənməsi;

  9. institusional islahatların davam etdirilməsi və dövlət idarəetməsinin təkmilləşdirilməsi.
3.2. Spesifik cəhətlər

YADİDP-nin spesifik xüsusiyyətləri aşağıdakı kimi ümumiləşdirilə bilər:



    • MİM-lərə tam uyğunlaşdırılmışdır və ölkə üzrə müvafiq siyasətin məqsədlərini və konkret hədəfləri müəyyənləşdirir;

    • həmin məqsədlər eyni zamanda tam metodoloji varislik prinsipi gözlənilməklə, “2003-2005-ci illər üçün Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə” Dövlət Proqramının (YAİİDP) məntiqi davamını ehtiva edir;

    • hazırda həyata keçirilən digər dövlət proqramları ilə uzlaşdırılmışdır;

    • hökumət, beynəlxalq təşkilatlar və vətəndaş cəmiyyətinin cəlb olunduğu iştirak və monitorinq prosesinə əsaslanır.

Əvvəlki bölmədə təqdim edilən strateji məqsədlərə nail olmaq məqsədilə həyata keçiriləcək tədbirlər 4 funksional istiqamətdə qruplaşdırılmış və Dövlət Proqramının müvafiq olaraq 4 - 7-ci Fəsillərində açıqlanmışdır:

  1. makroiqtisadi sabitlik və iqtisadi artım (Fəsil 4);

  2. məşğulluq siyasəti və əhalinin sosial müdafiəsi (Fəsil 5);

  3. insan kapitalının inkişafı və sosial tərəqqi (Fəsil 6);

  4. institusional siyasət və səmərəli idarəetmə (Fəsil 7).

YADİDP-in sonuncu, 8-ci Fəslində (“İştirak və monitorinq”) onun uğurla həyata keçirilməsində vacib amil olan hökümət, vətəndaş cəmiyyəti və beynəlxalq təşkilatların birgə fəaliyyətinə yönəldilmiş iştirak prosesi, habelə Dövlət Proqramı üzrə həyata keçirilən tədbirlərin və ümumi nəticələrin monitorinq mexanizmləri ilə bağlı məsələlər öz əksini tapmışdır.

YADİDP çərçivəsində prioritetlər və hədəflər 2008-2015-ci illəri əhatə etməklə, səkkizillik dövr, sahələr üzrə tədbirlər isə Dövlət Proqramının ilk üç ili – 2008-2010-cu illər üçün müəyyənləşdirilmişdir (Dövlət Proqramına 1 nömrəli əlavə). Eyni zamanda, bu tədbirlərin icrasının nəticələrinə görə 2011-2015-ci illər üçün yeni tədbirlər planının təsdiq edilməsi nəzərdə tutulur.

Dövlət Proqramının maliyyə təminatını dövlət büdcəsinin, Dövlət Neft Fondunun və Dövlət Sosial Müdafiə Fondunun bu məqsədlər üçün nəzərdə tutulmuş maliyyə vəsaitləri, həmçinin Azərbaycan Respublikasının qanunvericiliyinə zidd olmayan digər mənbələr təşkil edir.

YADİDP üzrə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsini təmin etmək üçün maliyyə mənbələri və zəruri vəsaitlərin həcmi hər il dövlət büdcəsinin və büdcədənkənar fondların, habelə OMXS-nin tərtibatı zamanı nəzərə alınmaqla müəyyənləşdiriləcəkdir. Eyni zamanda, YADİDP-in icrasına yönəldilmiş vəsaitlərin istiqamətlər və tədbirlər üzrə məbləği, YADİDP-in uzlaşdırılmış olduğu digər strategiya, dövlət proqramları, konsepsiya, fəaliyyət və tədbirlər planlarının (Dövlət Proqramına 2 nömrəli əlavə) maliyyə təminatına uyğunlaşdırılacaq, həmçinin beynəlxalq maliyyə qurumları ilə bağlanılan əməkdaşlıq sazişlərinə müvafiq olaraq dəqiqləşdiriləcəkdir.



3.3. Məqsədlərin, hədəflərin və göstəricilərin icmalı

Dövlət Proqramının doqquz əsas strateji məqsədi üzrə müvafiq hədəf və göstəricilərin ümumiləşdirilmiş sistemi 3.1 nömrəli cədvəldə verilmişdir.



Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin