Referat elmi rəhbər: prof Abbasov Vahid Tələbə: Roza İbrahimova Plan Giriş



Yüklə 22,95 Kb.
tarix22.04.2022
ölçüsü22,95 Kb.
#56075
növüReferat
Roza İbrahimova Makroiqtisadiyyat


BAKI BİZNES UNİVERSİTETİ

Fakultə: Biznes və menecment

İxtisas: Marketinq

Qrup: 420as

Kurs: 2

Fənn: Makroiqtisadiyyat

Mövzu:Dövlət büdcəsinin formalaşma və istifadə yolları,büdcə kəsiri və dövlət borcunun ümumi xarakteristikası

REFERAT

Elmi rəhbər: prof Abbasov Vahid

Tələbə:Roza İbrahimova

Plan


Giriş

1. Maliyyənin mahiyyəti və müasir cəmiyyətdə rolu.

2. Dövlət maliyyələrinin nəzəri konsepsiyaları və onların təkamülü.

3. Dövlət büdcəsi: formalaşma və istifadə yolları.

4. Vergiqoymanın və dövlət xərclərinin iqtisadi nəzəriyyəsi. Fiskal siyasət.

5. Büdcə kəsiri və dövlət borcunun ümumi xarakteristikası.

Nəticə

Ədəbiyyat


Giriş


Maliyyə sistemi dövlətin öz siyasi və iqtisadi funksiyalarını yerinə yetirməsini təmin etməyə təyinatlanmış maliyyə hissələrinin məcmusudur. O, dörd əsas hissədən - dövlət büdcəsi, yerli maliyyələr, dövlət müəssisələrinin maliyyələri və xüsusi hökumət fondlarından ibarətdir. Hər bir hissə üzvi surətdə bir-biri ilə əlaqləndirilmiş və dövlətin maliyyə siyasətinin həyata keçirilməsinə yönümlənmiş maliyyə elementlərinin məcmusudur. Maliyyə sisteminin əsas hissəsi hökumətin sərəncamında olan ən iri mərkəzləşdirilmiş pul fondu olan dövlət büdcsidir. Büdcə hər bir dövlətə onun iqtisadi, sosial və siyasi funksiyalarmın yerinə yetirilməsinə xidmət edən pul fonduna olan obyektiv tələbatını ödəmək üçün lazımdır.

1. Maliyyənin mahiyyəti və müasir cəmiyyətdə rolu

Müasir cəmiyyətin təsərrüfat mexanizminin ən mühüm elementi pulun bir sahibkardan digərinə hərəkəti ilə bağlı olan və deməli, təsərrüfat subyektlərinin iqisadi münasibətlərini əks etdirən maliyyədir. Bölüşdürücü funksiya maliyyənin ümumi daxili məhsulun və milli gəlirin ictimai istehsalın iştirakçıları, istehsal sahələri, regionlar, maddi istehsal sahəsi və sosial-mədəni sahə arasında bölgü və təkrar bölgüdə fəal iştirak etməsində ifadə olunur.

Nəzarət funksiyası cəmiyyət tərəfindən iqtisadi məhsulun istehsalı, bölgüsü və tədavülü üzərində nəzarətdə təzahür edir.Nəzarət funksiyası vasitəsilə pul vəsaitlərinin bölgüsündə proporsiyaiarın necə formalaşdığını, maliyyə vəsaitlərinin müxtəlif təsərrüfat subyektlərinin sərəncamına nə qədər vaxtında daxil olduğunu, onların nə qədər qənaətlə və səmərəli istifadə olunduğunu öyrənmək olur. Allokativ funksiya maliyyə resursları hesabına cəmiyyətdə daxili və xarici təhlükəsizliyin (polisin və ordunun saxlanılması), ictimai nəqliyyat sektoru (yollar, işıqlandırma), müxtəlif növ kommunikasiyalar, rabitə vasitələri, sosial sistem kimi müəyyən xidmətlərlə (ictimai nemətlərin) təmin edilməsidir.

Sabitləşdirici funksiya dövlətin tam məşğuiluğun, qiymətlərin sabitliyinin, dayanıqlı iqtisadi artımın təmin edilməsinə yönümlənmiş məqsədlərin həyata keçirilməsindən ibarətdir.

Maliyyənin mahiyyəti, onun inkişaf qanunauyğunluqları və rolu cəmiyyətin iqtisadi quruluşu, həmçinin dövlətin mahiyyəti və funksiyaları ilə müəyyənləşir.Maliyyə tarixi kateqoriyadır. O, əmtəə-pul münasibətləri şəraitində dövlətin funksiya və tələbatlarının inkişafının təsiri altında yaranmışdır. Maliyyənin rus və Avropa dillərinin əksəriyyətində işlədilən qarşılığı «finansı» məfhumu «gəlir», «ödəniş» mənası vərən italyan sözü finansia sözündən yaranmışdır. «Pul ödənişi» mənasında o, ilk dəfə XII-XV əsrlərdə Florensiya, Vənesiya, Genuya kimi bir sıra şəhərləri həmin dövrdə Avropanın iri ticarət və bank mərkəzləri olan İtaliyada istifa-də olunmağa başlayıb. Sonralar məfhum beynəlxalq aləmdə yayılmış və pul münasibətləri sistemi, dövlətin öz siyasi və iqtisadi funksiyalarının yerinə yetirilməsinə cəlb etdiyi pul resurslarının əmələ gəlməsi ilə bağlı olan məfhum kimi işləilməyə başlamışdı.

Kapitalizməqədərki quruluşlarda gəlirlər əsasən natural xarakterli olurdu. Dövlətin tələbatlarınm çox hissəsi natural yığımlardan müxtəlif növ mədaxillər hesabına təmin edilirdi. Feodal quruluşu dağıldıqca və onun daxilində kapitalist münasibətləri inkişaf etdikcə dövlətin pul gəlirləri və xərcləri get-gedə daha böyük əhəmiyyət kəsb etməyə başlamışdı. Bu proses əmtəə-pul münasibətləri genişləndikcə, dövlətin funksiyaları artdıqca və mürəkkəbləşdikcə güclənirdi. Dövlət xəzinəsinin hökmdarm şəxsi xəzinəsi və mülkiyyətindən ayrılmasından sonra "dövlət maliyyəsi" və "dövlət büdcəsi" anlayışları yaranır. Müasir şəraitdə maliyyə anlayışı bir tərəfdən dövlət maliyyəsini, digər tərəfdən isə müəssisə və korporasiyaların maliyyələrini ehtiva edir. Dövlət maliyyəsi bu, iqtisadi münasibətlərin dövlətə öz funksiyalarını həyata keçirtmək üçün lazım olan pul fondlarının yaradılması məqsədilə ümumi ictimai məhsulun bir hissəsinin təkrar və həm də ilkin bölgüsü və istehlakı ilə bağlı olan xüsusi sahəsidir. Onların maddi məzmunu dövlət və yerli büdcələrdə, xüsusi fondlarda, dövlət müəssisələrinin maliyyələrində əks olunur. Xüsusi müəssisə və korporasiyaların maliyyələri onların iqtisadi fəaliyyətinin gedişində yaranan və istehsal prosesini və mənfəət götürülməsini təmin edən pul münasibətlərini ifadə edirlər. Onlar müəssisələrin pul kapitalı, müxtəlif pul fondları şəklində maddiləşiriər.

Müasir maliyyənin səciyyəvi xüsusiyyətləri aşağıdakılardır:

natural münasibətlərdən fərqli olaraq pul formasında olmaları;

münasibətlərin bölgü səciyyəli olması, yəni burada ekvivalent mübadilə yoxdur;

ümumi ictimai məhsulun və milli gəlirin, qiymət bölgüsündan fərqli olaraq, real pul fondları vasitəsilə bölgüsü.
2. Dövlət maliyyələrinin nəzəri konsepsiyaları və onların təkamülü.

Müasir Qərb dövlət maliyyələri konsepsiyalarının nəzəri köklərinin XIX əsr və XX əsrin əvvəlləri qərb iqtisadçıla- rınm əsərlərində axtarmaq lazımdır. Onların inkişafı bazar iqtisadiyyatınm ümumi hərəkət qanunları ilə bağlıdır və

Qərb dövlətlərinin təsərrüfat inkişafmda əsaslı dəyişiklikləri əks etdirir. XX əsrin 20-ci illərinin sonuna qədər bu dövlətlərin maliyyə siyasətinin əsasında neoklassik məktəbin konsepsiyaları dayanırdı. Onların əsas istiqaməti dövlətin iqtisadiyyata müdaxilə etməməsi, azad rəqabətin saxlanılması, bazar mexanizmindən təsərrüfat proseslərinin əsas tənzimləyicisi kimi istifadə idi. 20-ci illərin sonu - 30-cu illərin əvvəllərinin iqtisadi gerçəkliyi artıq həyatın real tələblərinə cavab vərməyən bu kursu dəyişməyə vadar etdi. başladılar. C.M.Keynsin maliyyə konsepsiyası aşağıdakı əsas müddəalardan çıxış edir:

Geniş təkrar istehsalın bütün mühüm probiemləri sələflərin etdikləri kimi resurs təklifinin öyrənilməsi mövqeyindən deyil, resursların realizə olunmasmı təmin edən tələb mövqeyindən həll etmək lazımdır. Kapitalist iqtisadiyyatı tamamilə özütənzimlənə bilmir. Əməyin və kapitalın hədsiz böyük ictimailəşməsi şəraitində dövlət müdaxiləsi qaçılmazdır. Dövlət tənzim-ləməsi iqtisadiyyatın qiymətlərin köməkliyi ilə avtomatik tənzimlənməsi mexaniz-mini xeyli tamamlamalıdır.

Ifrat istehsal böhranları hadisələrin səthində tələbin çatışmazlığı kimi görünür, buna görə də iqtisadiyyatda tarazlıq problemi tələb baxımından həll olunmalıdır. Bunun üçün Keyns «səmərəii tələb» məfhumunu tətbiq edir ki, o da istehlakla istehsal, gəlirlə məşğulluq arasındakı tarazlığı ifadə edir.

Iqtisadiyyatın tənzimlənməsinin əsas aləti büdcə siyasətidir. Bütövlükdə iş qüvvəsinin və istehsal avadanlığının məşğulluğunun təmin edilməsi məsələsi dövlət büdcəsi üzərinə düşür.

«Səmərəli tələb» ideyası əsasında bütün maliyyə konsepsiyası yenidən nəzər-dən keçirilmişdi. Tsiklik inkişafa və böhranlarm aradan qaldırılmasma hökumət müdaxiləsinin əsas aləti dövlət xərcləridir. Onlar ın formalaşması, strukturu və artımmı Keyns «səmərəli tələb»ə çatılmasmm olduqca mühüm amili hesab edirdi. Vergilər və istiqrazlarla təmin edilən hökumət tələbi sahibkarlıq fəaliyyətini canlandırmalı və milli gəlirin və məşğulluğun artması ilə nəticələnməlidir. Keyns makrogöstəricilərin hərəkətinə dövlət xərcləri ilə yanaşı vergiləri də əlavə edir və hesab edirdi ki, vergi siyasətindəki dəyişikliklər tələbin əsas komponentlərinə: şəxsi tələbə və investisiya istehlakına - ciddi təsir göstərir. Keynsin dövlət maliyyələri nəzəriyyəsinə gətirdiyi borclar hesabına maliyyələşdirilən dövlət xərclərinin artmasınm zəruriliyi haqqında kı müddəa da yenidir. C.Keynsin davamçıları bunu «kəsirlə maliyyələşdirmə prinsipi» adlandırmışdılar. C.Keynsin fikrincə, dövlət investisiyalarmı və cari xərcləri borca maliyyələşdirmək olar.

Borclar hesabına maliyyələşdirilən hökumət investisiyaları «invəstiya qoyuluşuna meyilin» genişlənməsinə, eyni qaydada maliyyələşdirilən cari xərclər isə «istehlaka meyilin» artmasma səbəb olur. Keynsin dövründən büdcə xərcləri və gəlirlərinin mütləq bir-birinə uyğun gəlməsi köhnəliyin qalığı hesab olunmağa başladı, «sağlam maliyyə» konsepsiyasma son qoyuldu. Borc kapitalları bazarı «səmərəli tələbə» çatmağın alətlərindən birinə çevrilir, dövlət büdcəsinin kəsiri isə dövlət tənzimləməsi üsullarından biri olur. Iqtisadiyyatın sonrakı inkişafı, ETl şəraitində iqtisadi artımın intensiv növünə keçid və təsərrüfat həyatının bey- nəlmiləlləşməsi Keynsin dövlət maliyyələrinin fəaliyyət modelinin yeni şəraitdə özünü doğrultmadığını göstərdi. Dövlət tənzimləməsinin başqa nəzəriyyələri lazım oldu. Geniş təkrar istehsal şəraitlərinin dəyişməsinin təsiri altında "neoklassik sintez" konsepsiyası - natamam məşğulluq şəraitində tarazlıq nəzəriyyəsi formalaşır ki, buna pul amili də əlavə olunur. Keynsçi nəzəriyyənin bu vərsiyası Nobel mükafatı iaureatları ingiltərəli C.Xiks və amerikalı P.Samueisonun əsərlərində inkişafını tap-mışdır. Keynsçi fiskalizm ideyaiarı neoklassiklərin iqtisadiyyatın pul-kredit siyasətinin köməkliyi ilə tənzimlənməsini (uçot dərəcəsinin dəyişdirilməsi, açıq bazarda əməliyyatların aparılması və s.) nəzərdə tutan konsepsiyası ilə birləşdilər. P.Samuelson ictimai əmtəə məfhumunu işlətməyə başlayır və bu məfhum altında dövlətin cəmiyyətin üzvlərinə təqdim etdiyi əmtəə və xidmətləri başa düşür. "İctimai əmtəə" özündə üç keyfiyyəti birləşdirir: cəmiyyət üzvləri arasında bölünməzlik, ümumi əlyetərlik və dövlət tərəfindən təqdim olunma (yəni bazardan yan keçməklə - məsələn, informasiya). "Ictimai əmtəə" ideyasında resursların dövlət və xüsusi bölmələr arasında bölgüsü məsələsi qoyulur - dövlət bölməsinin öhdəsinə iqtisadi və sosiai infrastrukturun maliyyələşdirilməsi vərilir ki, bu da son nəticədə mənfəəti maksimallaşdırır. P.Samuelsonun fikrincə, maliyyə siyasətinin qarşısında duran məsələ "ictimai əmtəə" təklifi bölməsi üçün tənzimləyici tədbirlərin təmin edilməsindən ibarətdir. Dövlətin mikroaləmə müdaxiləsinin əsas məqsədi hökumət xərclərində optimaliığa, resursların hökumət, müəssisələr və cəmiyyətin ayrı- ayrı üzvləri arasında səmərəli bölgüsü və təkrar bölgüsünə nail olmaqdır.


3. Dövlət büdcəsi: formalaşma və istifadə yolları.

Maliyyə sistemi dövlətin öz siyasi və iqtisadi funksiyalarını yerinə yetirməsini təmin etməyə təyinatlanmış maliyyə hissələrinin məcmusudur. O, dörd əsas hissədən - dövlət büdcəsi, yerli maliyyələr, dövlət müəssisələrinin maliyyələri və xüsusi hökumət fondlarından ibarətdir. Hər bir hissə üzvi surətdə bir-biri ilə əlaqləndirilmiş və dövlətin maliyyə siyasətinin həyata keçirilməsinə yönümlənmiş maliyyə elementlərinin məcmusudur. Maliyyə sisteminin əsas hissəsi hökumətin sərəncamında olan ən iri mərkəzləşdirilmiş pul fondu olan dövlət büdcsidir. Büdcə hər bir dövlətə onun iqtisadi, sosial və siyasi funksiyalarmın yerinə yetirilməsinə xidmət edən pul fonduna olan obyektiv tələbatını ödəmək üçün lazımdır. Hər bir dövlətin büdcəsinə eyni kateqoriyalar: vergilər, borclar, xərclər və s. daxildir ki, onların da məzmunu bir ictimai iqtisadi quruluşdan digərinə keçdikdə dəyişmir. Bu məqam büdcəni iqtisadi kateqoriya adlandırmağa əsas verir. Büdcə maliyyə sisteminin mərkəzi hissəsi olduğundan maliyyənin bütün əsas keyfiyyət əlamətlərini özündə əks etdirir. "Maliyyə" gedişi prosesində dövlətin mərkəzləşdirilmiş pul fondlarınm yarandığı və istifadə olunduğu pul münasibətləri sistemi olduğundan "büdcə" pul münasibətləri sistemidir.

Buna görə də büdcə gedişi prosesində büdcə fondunun yarandığı və istifadə olunduğu imperativ pul münasibətləri sistemidir. Əhəmiyyətinə görə ikinci maliyyə hissəsi yerli maliyyə sistemidir. ETT-nin təsiri altında yerli hakimiyyət orqanlarının rolu və təsirinin artması baş verir. Yerli təsərrüfatm miqyası böyüyür, yerli hakimiyyətin funksiyaları genişlənir və mürəkkəbləşir. Bütün bunlar dövlət quruluşu və dövlətin müvafiq inzibati bölgüsü ilə müəyyən edilən yerli maliyyələrin əhəmiyyətini güciəndirir. ABŞ-da, məsələn, maliyyələrə ştatlarm, qraflıqiarm və taunşiplərin maliyyəiəri daxildir. Federativ dövlətlərdə (ABŞ, AFR, Kanada) ümumdövlət maliyyə sisteminin bütün resurslarının 40% -dən 50% -nə qədəri, unitar dövlətlərdə isə 30% -ə qədəri yerli büdcələrin payına düşür. Sərəncamlarında əsas və dövriyyə kapitalı olan, müstəqil smetaya malik, dövlət büdcəsi ilə qarşılıqlı münasibətləri qanunla tənzimlənən dövlət müəssisələrinin maliyyələri müstəqil maliyyə hissəsi əmələ gətirirlər. Dövlət müəssisələri müxtəlif dərəcədə muxtariyyata, istehsal və maliyyə müstəqilliyinə malikdirlər.

Müəyyən müstəqilliyə malik olub döviət büdcəsindən ayrılmış və bilavasitə mərkəzi hakimiyyət tərəfindən idarə olunan xüsusi hökumət fondları xüsusi maliyyə hissəsini əmələ gətirirlər. Onlara sosial sığorta fondiarı, müxtəlif məqsədli fondlar, həmçinin dövlət və yarıdövlət maliyyə-kredit təşkilatları aiddir. Bu fondlar ilkin olaraq ayrı-ayrı məqsədli tədbirləri maliyyələşdirməli idilər, lakin xüsusi fondların funksiyaları genişləndi, onlar tədricən hökumətin maliyyə çətinlikləri üz vərəndə müraciət etdikləri ehtiyata çevrilməyə başlayırlar, yəni maiiyyə sisteminin bütöv-lükdə mütəhərrikliyinin artırılması üçün istifadə olunurlar.

Dövlət büdcəsi (RF-də federal büdcə adlanır) özündə bütün əsas maliyyə institutlarını - xərcləri, müxtəlif növ gəlirləri, dövlət borclarını birləşdirir. Onun ən mühüm funksiyaları maliyyə siyasətinin həyata keçirilməsi, hökumətin maliyyə proqramının yerinə yetirilməsini təşkil etməkdir. Biidcə əsas etibarilə vergilər hesabına yığılan və dövlət tərəfindən öz qarşısında duran məsələlərin həll edilməsi üçün istifadə olunan mərkəzləşdirilmiş pul fondudur. Hazırda dövlət büdcələri yeni yaradılmış dəyərin 40% -ə qədərini, bəzi ölkələrdə isə bundan da çoxunu təkrar bölürlər. Dövlətin əlində cəmlənən iri maliyyə resursları onun fəaliyyətinin maddi əsası olub, təsərrüfat həyatma müdaxilə etmək üçün geniş imkanlar yaradırlar.
4. Vergiqoymanın və dövlət xərclərinin iqtisadi nəzəriyyəsi. Fiskal siyasət.

Müasir vergi sistemi sivilizasiyanın uzunmüddətli inkişafının nəticəsidir. O, həm iqtisadiyyatın, həm də dövlətin inkişafı ilə sıx bağlı olan mürəkkəb sosial hadisədir. Vergilər- dövlət tərəfindən fiziki və hüquqi şəxslərdən tutulan məcburi ödəmələrdir. Onlar tarixən cəmiyyətin siniflərə ayrılması və dövlətin yaranması ilə meydana gəlmişlər: bu, kütləvi hakimiyyətin saxlanılması üçün "vətəndaşların ödənişləri" dir. Vergilər uzunmüddətli yol keçmişlər. Quldarlıq, daha sonra isə feodal dövləti vergilərdən öz xəzinəsini doldurmaq üçün istifadə etmişdir. Əmtəə-pul münasibətləri inkişaf etdikcə vergilər pul şəkli almışlar. Ilk pul vergilərindən biri y.e. II əsrində Roma imperiyasında bütün vətəndaşlardan tutulan nəfərbaşı vergi - tribut olmuşdur. Pul vergiləri tədricən bütün dövlət vergisi növlərinin hamısını sıxışdırıb aradan qaldırır və dövlətin maliyyə resurslarında aparıcı yeri tuturlar. Hazırda onlar dövlətin bütün gəlirlərinin 8/10-9/10 həssəsini təmin edirlər. Vergilərə tərif vərildikdə bəzən onun qanuni səciyyə daşıdığını vurğulayırlar: vergi - fiziki və hüquqi şəxslərin mülkiyyətinin icbarilik, fərdi təmənnasızlıq, qaytarılmazlıq, dövlətin məcbur etməsi ilə təmin olunmuş, cəza və ya kontribusiya xarakteri daşımayan, kütləvi hakimiyyət subyektlərinin ödənişqabiliyyətliliyinin təmin edilməsi məqsədilə alınmasının yeganə qanuni (qanun tərəfindən müəy- yənləşdirilən) formasıdır.

Bundan başqa, bəzi müasir müəlliflər vergi anlayışmı nəzərdən keçirəndə kateqoriya yanaşmasının zəruriliyini və onun çoxcəhətliliyini qeyd edirlər. A.V.Buzqalin hesab edir ki, vergi kompleks kateqoriyadır, iqtisadiyyatla hüququn simbiozudur. L.V.Dukaniç hesab edir ki, vergi cəmiyyətin real həyatının özündə iqtisadi və sosial-siyasi münasibətləri cəmləyən mürəkkəb çoxcəhətli hadisəsidir. RF-nin Vergi Məcəlləsində vergi "təşkilatlardan və fiziki şəxslərdən onlara mülkiyyət, təsərrüfat hesabında və ya operativ idarəetmə qismində məxsus olan pul vəsaitlərinin dövlətin və (və ya) bələdiyyə qurumlarının fəaliyyə tinin maliyyə cəhətdən təmin edilməsi məqsədilə yığılan mütləq, fərdi təmənnasız ödəniş" kimi müəyyənləşdirilmişdir. Vergi kateqoriyası cəmiyyətin iqtisadi, sosial, siyasi tələbatlarınm daha dolğun ödənilməsi üçün onun resurslarınm ictimailəşdirilməsinin obyektiv zəruriliyini ifadə edir. Cəmiyyət inkişaf etdikcə vergilər institusional xarakter alır.Vergi təkrar bölgüsü mülkiyyətin təkrar bölgüsünü ifadə edir ki, bunu da prinsip etibarilə müvafiq xərclərlə müşayiət olunan müəyyən "transaksiya" forması ilə eyniləşdirmək olar.
5. Büdcə kəsiri və dövlət borcunun ümumi xarakteristikası.

Dövlət büdcəsi gəlirləri və onun xərcləri prinsip etibarilə balanslaşdırıla bilər-lər ki, bu halda iqtisadiyyatda büdcənin balansı yaranır, lakin belə vəziyyət reallıqda praktik olaraq rast gəlinmir. Yeni Rusiyanm tarixində kəsirsiz büdcə 2001-ci ildə 1,193 trilyon rubl səviyyəsində qeydə almmışdı.

Gəlirlərin xərcləri üstələməsi büdcə profisiti əmələ gətirir ki, o da müxtəlif məqsədlərə: dövlət borcunun ödənilməsinə və maliyyə ehtiyatınm artırıimasına xərclənilir. Federal büdcənin profisiti dövlət maliyyələrinə və pul tədavülünə sabitlik verir. XX əsrin ortalarından Qərb ölkələrinin çoxunun büdcəsi kəsirlə, yəni xərclərin gəlirləri üstələməsi ilə başa vurulub.

Dövlət büdcəsi defisitini daha geniş mənada xərclərin və təmiz kreditləşmənin gəlirlərin və dövlət maliyyələrinin müəyyən edilmiş formalaşma prinsiplərinə və xərclərin və gəlirlərin təsnifatına müvafiq olaraq rəsmi almmış transfertlərin məb-ləğini üstələməsi kimi müəyyənləşdirmək olar. Kəsirin olması çox vaxt hər şeyin qaydasmda olmadığının göstəricisidir və təhlil olunmağı tələb edir.

Böyük büdcə kəsirlərinin əsas səbəbləri sırasına aşağıdakıları aid etmək oları iqtisadiyyatın inkişafının tsiklik xarakteri - tənəzzül fazasında bir tərəfdən ev təsər-rüfatlarının və müəssisələrin gəlirlərinin azalması ilə əlaqədar olaraq vergi məda-xilləri azalır, digər tərəfdən isə əlavə sosial müavinətlərin ödənilməsinin zəruriliyi ilə əlaqədar olaraq dövlət xərcləri artır ki, bu da büdcə kəsirinin artmasına səbəb olur;

iqtisadiyyatın stimullaşdırılması üçün fiskal metodlardan istifadə, hansılar ki firmaların investisiya fəaliyyətini fəallaşdırmaq və dövlət xərclərini artırmaq üçün vergilərin azaldılmasmı nəzərdə tutur;

siyasi amillər, o cümlədən hökumət üzvləri və qanunvericilik hakimiyyəti orqanlarınm tərkibi, partiya mənsubiyyəti.

Büdcə kəsirinin təhlili zamanı belə bir sual doğur: büdcə kəsirindən qaçmaq və daim balanslaşdırılmış büdcəyə malik olmaq olarmı və ümumiyyətlə, büdcə kəsirinin və ya artıqlığmm olmasına fikir vərmək lazımdırmı? İqtisadi nəzəriyyədə bu problemə üç əsas konseptual yanaşma mövcuddur:

Hər il balanslaşdırılan büdcə.

İqtisadi tsikl daxilində balanslaşdırılan büdcə.

Funksional maliyyələr.

Bu metodlarm hər birinin həm müsbət, həm də mənfi cəhətləri var. Hər il ba-lanslaşdırılan büdcə büdcə kəsirinin (kəsir olmadığı üçün) maliyyələşdirilməsi problemini yaratmır. Lakin o, iqtisadiyyatın özündə olan sabitliyi xeyli azaldır və tsiklik artıb-azalmaları gücləndirir. Bu onunla əlaqədardır ki, tənəzzül dövründə hökumət büdcəni balanslaşdırmaq üçün vergi dərəcələrini qaldırmalı olur, dirçəliş dövründə isə onları azaldır. Bu halda hökumətin fəaliyyəti artıb-azalmaların kəskin-liyinin zəiflədilməsinə deyil, onların gücləndirilməsinə yönəldilmiş olur.

Büdcənin tsiklik zəmində balanslaşdırılmasma yönümlənmiş metod nəzərdə tutur ki, hökumət antitsiklik siyasət aparır və eyni zamanda büdcəni balanslaşdırır, yəni tənəzzül dövründə büdcə kəsirini artırır və dirçəliş dövründə yaranmış büdcə artıqlığı hesabına onu kompensə edir. Lakin iqtisadi tsikl daxilində dirçəliş və tənəzzüllər bir qayda olaraq uzunluğuna və dərinliyinə görə eyni olmur və iqtisadiy-yatın tənzimlənməsi məsələsi büdcənin balanslaşdırılması məsələsi ilə ziddiyyətə girə bilər.

Funksional maliyyələr metodu belə bir ehtimala əsaslanır: iqtisadi siyasətin məqsədi yüksək məşğulluq səviyyəli və aşağı templi inflyasiyalı makroiqtisadi taraz-lığın müəyyənləşdirilməsidir və əgər bu, büdcə kəsirinin yaranmasma səbəb olursa, onda iqtisadiyyat üçün təhlükəli deyil, yəni büdcə kəsiri ilə bağlı məsələlər makro-iqtisadi sabitlik məsələləri ilə müqayisədə ikinci dərəcəlidirlər. Dövlət büdcəsi kəsiri birmənalı hadisə deyil. Belə kəsirin ziyan olub-olmaması sualma dəqiq cavab yoxdur. Bundan başqa, keynsçi məktəbin nümayəndələri göstəririər ki, nisbətən aşağı büdcə kəsiri yaxşıdır, çünki o, dövlət xərclərinin kəsirlə maliyyələşdirilməsi hesabına məcmu tələbi artırmağa imkan verir. Bütövlükdə büdeə kəsirinin cəmiyyət üçün arzuolunan və ya arzuolunmayan olması sualına cavab vər-mək üçün hər halda iki problemi həll etmək lazımdır:

kəsirin tənəzzülün nəticəsi və ya döviətin maliyyə siyasətinin nəticəsi olduğunu müəyyənləşdirmək; kəsirin xüsusi investisiyalara azaldıcı və ya həvəsləndirici təsir etdiyini müəyyənləşdirmək.

Tsiklik kəsir istehsalın tsiklik düşməsinin nəticəsi olan büdcə kəsiridir, struktur kəsiri isə tənəzzülün qarşısınm almması məqsədilə hökumətin dövlət xərclərinin artırıiması və vergilərin azaldılması üzrə tədbirləri nəticəsində yaranan büdcə kəsiridir. Birinci halda kəsiri şər adlandırmaq olar, çünki o, iqtisadi hərc-mərcliyin nəticəsi olub cəmiyyətin istehsal imkanlarmdan tam istifadə olunmadığım göstərir. Struktur kəsiri iqtisadiyyatın sabitləşdirilməsi üzrə sağiam dövlət siyasətinin məhsulu olarsa, iqtisadi konyunkturada kəskin artıb azalmalara yol vərilməməsi məsələsində xeyli faydalı ola bilər.

Nəticə

Müəyyən müstəqilliyə malik olub döviət büdcəsindən ayrılmış və bilavasitə mərkəzi hakimiyyət tərəfindən idarə olunan xüsusi hökumət fondları xüsusi maliyyə hissəsini əmələ gətirirlər. Onlara sosial sığorta fondiarı, müxtəlif məqsədli fondlar, həmçinin dövlət və yarıdövlət maliyyə-kredit təşkilatları aiddir. Bu fondlar ilkin olaraq ayrı-ayrı məqsədli tədbirləri maliyyələşdirməli idilər, lakin xüsusi fondların funksiyaları genişləndi, onlar tədricən hökumətin maliyyə çətinlikləri üz vərəndə müraciət etdikləri ehtiyata çevrilməyə başlayırlar, yəni maiiyyə sisteminin bütövlükdə mütəhərrikliyinin artırılması üçün istifadə olunurlar.



Ədəbiyyat

1.Mankiw, N. Gregory, Macroeconomics. 8th ed. 2013.



2.Samuelson A.P., Nordhaus D.W. Macroeconomics. 9th ed. 2010.

3.Atakişiyev M.C.,Mikro və Makroiqtisadiyyat. Bakı,2010.
Yüklə 22,95 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin