Azərbaycan Dövlət İqtisad Universiteti (unec) “Maliyyə və maliyyə institutları” kafedrasının dosenti I e. n., T. T. Qurbanova



Yüklə 58,39 Kb.
səhifə1/6
tarix02.01.2022
ölçüsü58,39 Kb.
#41282
  1   2   3   4   5   6
ASEU TEACHERFILE WEB 1505500455417511984.docx 1600618029.docx


Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC)

Maliyyə və maliyyə institutları” kafedrasının



dosenti i.e.n., T.T.Qurbanova

sema_tofiq1978@mail.ru, tunzala_gurbanova@unec.edu.az



Fənn: “Maliyyə”

Mövzu: Maliyyənin mahiyyəti və funksiyaları

Plan
1.1. Maliyyənin predmeti

1.2. Maliyyənin mahiyyətii

1.3. Maliyyənin funksiyaları

1.4. Maliyyə ehtiyatlarının tərkibi

1.5. Maliyyə fənninin digər elmlərlə qarşılıqlı əlaqəsi

1.6. Maliyyə münasibətlərinin əsas istiqamətləri
1.1. Maliyyənin predmeti.
Hər bir fənn başqalarından öz predmeti ilə fərqlənir. İqtisadiyyatı öyrənən ən mühüm elmlərdən biri kimi maliyyə elminin də öz predmeti, araşdırma metodları və vəzifələri var. Maliyyənin predmeti ümumi milli məhsulun və milli gəlirin bölgüsü və yenidən bölgüsü, pul fondlarının və gəlirlərin yaradılması və istifadəsi ilə əlaqədar iqtisadi münasibətlər sistemi təşkil edir.

Maliyyə münasibətlərinin predmeti iqtisadiyyatın əsasları, müəssisə iqtisadiyyatı, biznesin əsasları, hüquq, sosiologiya və s. kimi müvafiq sahələrin predmetləri ilə qarşılıqlı əlaqədə öyrənilir. Bununla birlikdə onun özünün ayrı-ayrı daxili bölmələri, elementləri, maliyyə fondları arasında da zaman-zaman qarşılıqlı əlaqələr meydana gəlir. Maliyyənin predmetinin öyrənilməsi zamanı dialektik metoddan istifadə olunur. ,Bu metod hər bir hadisə və prosesi inkişafda və qarşılıqlı əlaqədə öyrənir. Maliyyə həm kəmiyyət, həm də keyfiyyətcə inkişaf edir. Kəmiyyətcə inkişaf dedikdə maliyyə vəsaitlərinin və fondlarının hərəkətini, keyfiyyətcə inkişaf dedikdə isə maliyyə münasibətlərinin daim təkmilləşdirilməsi nəzərdə tutulur.

Maliyyənin predmetini öyrənərkən qarşıya qoyulan əsas məqsəd maliyyənin mahiyyət və funksiyalarını öyrənmək, bazar iqtisadiyyatı şəraitində onların rolunu dərk etmək, müasir şəraitdə dövlət, bələdiyyə və ya biznes maliyyəsinin əhəmiyyətini müəyyənləşdirməkdir.

Bazar münasibətləri şəraitində ümumi milli məhsulun müxtəlif elementlər, sahələr və regionlar arasında bölüşdürülməsi mexanizmini, ümumi qanunauyğunluqlarını, kəmiyyət və keyfiyyət göstəricilərini müəyyən etmək, bölgü prosesində maliyyə vasitəçiliyinin mahiyyətini anlamaq mühüm əhəmiyyət kəsb edir.

Maliyyənin idarə edilməsi işinə dövlətin iqtisadi müdaxilə səviyyəsini müəyyənləşdirmək, bu prosesin maliyyə mexanizmləri və metodları ilə gerçəkləşdirilməsi imkanlarına yiyələnmək, cəmiyyətin idarə olunmasında hər bir maliyyə vasitəçisinin və maliyyə vasitəsinin rolunu öyrənməklə və maliyyə mexanizmlərinin , o cümlədən vergilərin, fondların və s. mahiyyətini mənimsəmək, onların vasitəsilə istehsalın səmərəsinin artmasına fəal təsir bacarığına yiyələnmək mümkündür.

Adətən maliyyənin predmetinin quruluşu cəmiyyətin müasir inkişaf xüsusiyyətlərinə uyğun olaraq müəyyənləşdirilmişdir, yəni hər bir mərhələdə predmet bütün iqtisadi formasiyalar zamanı mövcud olan özünəməxsus xüsusiyyətlər kəsb edir.

Dövlətin və əmtəə-pul münasibətlərinin meydana gəlməsi ilə əlaqədar olan maliyyə münasibətlərindən XIII-XV əsrlərdə İtaliyanın Florensiya, Venesiya, Genuya kimi iri şəhərlərində istifadə olunmağa başlanmışdır. Maliyyənin zəruriliyi dedikdə əsasən aşağıdakı amillər nəzərdə tutulur:

  1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin