Məhsulun keyfiyyətinin formalaşma mərhələləri Məhsulun keyfiyyəti



Yüklə 15,92 Kb.
tarix28.12.2021
ölçüsü15,92 Kb.
#48193
Məhsulun keyfiyyətinin formalaşma mərhələləri


Məhsulun keyfiyyətinin formalaşma mərhələləri

Məhsulun keyfiyyəti – ГОСТ 15467-79 «Məhsulun keyfiyyətinin idarə edilməsi. Əsas anlayışlar, terminlər və təyinlər» standartına görə onun təyinatına uyğun olaraq müəyyən edilmiş tələbatların yerinə yetirilməsi üçün məhsulun yararlılığını təyin edən xassələrin məcmusudur. Bu təyinatdan aydındır ki, məhsulun heç də bütün xassələri keyfiyyət anlayışına daxil deyildir. Buraya elə xassələr aiddir ki, onlar məmulatın təyinatına uyğun olaraq cəmiyyətin ona olan tələbatını təyin edir.

Maşınların və digər məmulatların keyfiyyətini qiymətləndirmək üçün onların dəqiq göstəricilər sistemi və üsulları olmalıdır. Məmulatın keyfiyyətinin miqdarca qiymətləndirilməsinin nəzəri əsaslarını və metodlarını işləyib hazırlayan təcrübi və elmi fəaliyyət sahəsinə kvalimetriya deyilir. Kvalimetriya latın sözü qualis(keyfiyyətcə necədir) və yunan sözü metpio (ölçürəm) sözlərinin birləşməsindən əmələ gəlmişdir.

Kvalimetriyanın əsas vəzifələri məmulatın lazım olan keyfiyyət göstəricilərini və onların optimal qiymətlərini təyin etmək, həmçinin keyfiyyətin kəmiyyətcə qiymətləndirilməsi üsullarını işləmək, zamana görə keyfiyyətin dəyişməsini hesaba alma metodikasını və məhsulun keyfiyyətinin erqonomik əlamətlərinin kəmiyyətcə qiymətləndirilməsi metodikasını yaratmaqdır.

Məhsulun keyfiyyətinin formalaşması onun həyat tsiklinin bütün mərhələlərində, yəni tədqiqatların aparılması və işləmələrin əsaslandırılması, məmulatın işlənib hazırlanması, istehsalı, istismarı (istehlakı) və təmiri mərhələlərində baş verir.

İlk mərhələdə məhsula ilkin tələblərin formalaşması üzrə işlər aparılır. Bu işlərə məmulatın işlənməsi üçün sifarişin tərtib edilməsi, avanlayihənin (təxmini layihənin) yaradılması, elmi-tədqiqat işlərinin aparılması və texniki tapşırığın hazırlanması daxildir. İstehsalat-texniki təyinatlı yeni məhsulların işlənib hazırlanmasına və istehsalata qoyulmasına əsas tələbləri ГОСТ 15.001-88 və bu standartın tətbiqi üzrə müvafiq tövsiyələr müəyyənləşdirir.

Texniki tapşırıq bir qayda olaraq aşağıdakı bölmələrdən ibarət olur: məhsulun adı və tətbiq sahəsi, işləmə üçün əsas, işləmənin məqsədi və təyinatı, texniki tələblər, iqtisadi göstəricilər, işləmənin mərhələləri, nəzarət və qəbul qaydaları, əlavələr. Bu bölmələrin ümumi məzmunu R 50- 601-5- 89 tövsiyələrində müəyyənləşdirilmişdir, lakin onu əsasən sifarişçi (əsas istehlakçı) və işləyici təşkilat təyin edir.

Sifarişçi lazımi texniki səviyyəyə malik olan məhsulun yaradılması, onun işlənib hazırlanması və istehsalata qoyulması müddətlərinin və xərclərinin azaldıl-masının mümkünlüyünü təmin edən ilkin tələbləri formalaşdırır. Bu tələblər verilmiş məhsul növünə bazarın tələbatının, həmçinin həmin məhsulun istifadə ediləcəyi sahədə istehsalat proseslərinin və xidmət sahələrinin təkmilləşdirilməsinin proqnozlaşlaşdırılmasına əsaslanmalıdır.

İşləyici təşkilat sifarişçinin ilkin tələbləri əsasında, həmçinin yerinə yetirilmiş elmi-tədqiqat və eksperimental işlərin nəticələrini, ölkənin və xarici dövlətlərin qabaqcıl texniki nailiyyətlərini, proqressiv maşın və avadanlıqlar sisteminin təhlilini, patent sənədlərinin, daxili və xarici bazarın tələblərinin öyrənilməsini nəzərə almaqla texniki tapşırığı işləyib hazırlayır. Texniki tapşırıq konkret məmulat və ya onların qrupu (tipölçüləri sırası və ya onun hissəsi) üçün işlənib hazırlana bilər. Konstruksiyaları və təyinatları ümumi olan məmulatlar qrupu üçün tipli texniki tapşırıq işlənib hazırlana bilər.

Texniki tapşırıqda texniki təklifin işlənib hazırlanması nəzərdə tutula bilər. Burada texniki həllərin müxtəlif variantlarının təhlilini əsasında texniki tapşırıqda göstərilməmiş texniki xarakteristikalara və keyfiyyət göstəricilərinə sonuncu tələblər müəyyənləşdirilir. Sifarişçi ilə razılaşdırılmış texniki təklif KSVS-nin tələblərinə uyğun konstruktor sənədlərinin (eskiz, texniki layihə və işçi sənədlərinin) işlənib hazırlanmasına kömək edir.

Sifarişçi işləyici təşkilatla birlikdə texniki tapşırıqda işləmənin nəticələrinin təhvil verilmə və qəbul qaydalarını təyin edirlər:



  • hazırlanmış nümunələrin növləri (eksperimental, təcrübi, baş);

  • sınaqların kateqoriyaları;

  • nəticələrin qəbul komissiyasında baxılması və komissiyanın tərkibi;

  • qəbula təqdim edilən sənədlər.

Texniki tapşırığın təsiri qəbul komissiyasının aktının təsdiq edildiyi gündən qurtarır.

İstehsalçı məhsulun istehsala hazırlanmasında və istehsalında işləyici təşkilatın iştirakının zəruriliyini təyin edir. Zəruri hallarda onlar birlikdə İTITVS əsasında istehsalatın texnoloji hazırlanmasına daxil olan sənədləri işləyib hazırlayır, məhsulun sınaqlarını aparırlar. İstehsal mərhələsində həll olunan əsas məsələlər aşağıdakılardır: məhsulun stabil keyfiyyətinin təmin edilməsi, istismarın (istehlakın) nəticələri haqqında daxil olan məlumatların təhlili, məmulatların təkmilləşdirilməsinin mümkün olan istiqamətlərinin müəyyənləşdirilməsi, sertifikatlaşdırmaya hazırlıq və servis xidmətinin təşkili üzrə işlərin yerinə yetirilməsi.
Yüklə 15,92 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin