Xxi əsrin sürətlə dəyişən, yenilənən texnologiyalarının cərayan etdiyi informasiya bolluğu aləmində təhsil ən çox inkişaf edən sahələrdən birinə çevrilir



Yüklə 18,57 Kb.
səhifə1/3
tarix20.05.2022
ölçüsü18,57 Kb.
#58750
növüDərs
  1   2   3
xxi .srin s.r.tl. d.yi.n


XXI əsrin sürətlə dəyişən , yenilənən texnologiyalarının cərayan etdiyi informasiya bolluğu aləmində təhsil ən çox inkişaf edən sahələrdən birinə çevrilir. Digər tərəfdən İnformatika elminin fasiləsiz inkişafı, İKT -nin təhsilin inkişafında aparıcı rol oynaması mahiyyəti elmi prinsipcə tədrisin dəyişdirilməsini tələb edir. Müasir dərsin təşkil olunmasında təlabat artmasına baxmayaraq bizim qarşımızda bu problemi tez bir zamanda həll edə biləcək nəhəng internet resursu var. Elektron resurslar və müasir telekommunikasiyalar vasitəsilə bu gün nəinki məktəbin idarə olunmasında, həm də sinifdən xaric layihələrin və məktəbdən kənar ictimai tədbirlərin həyata keçirilməsində, məktəb təlim-tərbiyə sosioloji mühitinin möhkəmləndirilməsində , müəllim , şagird , valideyin əlaqələrinin sistemli davamiyyətində də geniş istifadə olunur.
Müəllifi olduğum “Təhsildə yeni texnologiyalar “ bloqunun yaradılmasında məqsəd müasir təhsilin tələblərinə uyğun tədrisin həyata keçirilməsində zəruri olan mühitin yaradılmasına dəstək olmaqdır. Fikrimcə, İKT-dən düzgün istifadə etməyi bacarırıqsa tədris etdiyimiz təlimin multimediya qurğuları və resurslarla təşkili şagirdlərin öyrənmək, yenilikləri dərk etmək, həyatın sirrlərini açmaq istəklərini daha da reallaşdırır. Dərs prosesində istifadə etdiyimiz Activlnspire , Web 2.0 , elektron təhsil resursları ilə hazırlanan təqdimat , interaktiv tapşırıq və oyunlar biliklərlə zənginləşdirilmiş və daha maraqlı olur. Bu tip təqdimatlar müxtəlif yaş həddində olan öyrənənlər üçün daha təkmil və dünya təhsili standartlar;na uyğun , geniş imkanlara malik olması baxımından faydalıdır.Əgər biz tədris prosesinin multimediyalı təqdimatlarla aparsaq təlimin fərdiləşdirilməsinin xüsusiyyətlənni şərtləndirərik. “Təhsildə yeni texnologiyalar “ bloqunu digər bloqlardan fərqləndirən əsas meyar mənim üçün budur:
Bloqda yer alan müasir web 2.0 alətlərinin izahı ilə bağlı dərslərin , İnformatika fənninə aid proqramlaşdırma dərslərinin , offiçe proqramlarından istifadə qaydalarının izahı , bloqun yaradılması üsullarının və digər interaktiv tapşırıqlar , faydalı link və resurslar haqqında verilən video dərslərin müəllifiyəm.Çalışmışam ki , informatika müəllimi və “İntel Gələcək üçün təhsil X versiya “ layihəsinin , Promethean ,Smart lövhələri təlimlərinin təlimçisi olaraq öz təcrübəmi həmkarlarım və bütün öyrənənlərlə paylaşım. Bloqda yerləşdirdiyim dərs və interaktiv tapşırıqlar hazırlamaq üçün olan resurslar, qiymətləndirmə zamanı istifadə edə biləcəyiniz resurslar , öyrədici oyunlar,” Kurikulum” , “Azərbaycan dili və ədəbiyyatı” , “Azərbaycan məktəbi” , “ Təhsil “ jurnalı və digər təhsil və elm qəzetlərində dərc olunmuş iş təcrübəm , elmi məqalələrim , konfrans materiallarına verdiyim metodiki yazıların linki həmçinin öyrədən- öyrənənlər üçün zəngin resursları olan saytlar haqqında məlumat verilmişdir. Sadə dizayndan istifadə etməyimin səbəbi , bütün istifadəçilərin , təhsil sahəsində çalışan hər bir müəllim, şagird , məzun , pedaqoji sahədə çalışan təhsil işçilərinin rahatlıqla istifadə edə bilməsidir . Sevindirici hal mənim üçün odur ki , bloq fəaliyyətə başladığı gündən etibarən 32000 istifadəçi bloqa daxil olmuş, video dərslərin yerləşdirildiyi qısa müddət ərzində youtube kanalına 4977 dəfədən çox baxış olmuşdur, ümumilikdə bloqa 6000- dən çox baxış var .Video dərsləri izləyənlər içərisində mənə müraciət edərək bloq yaratmaq istəyən müəllimlərin sayı artmış , Activlnspire , Web 2.0 alətləri , online sertifikatların əldə edilməsi , Word , Publisher , PowerPoint proqramlarında sertifikat , təşəkkürnamə və digər mövzularla bağlı suallar ünvanlanmışdır .Müəllimlər onlara maraqlı olan dərslərin izahı ilə bağlı video dərslər hazırlamağımı rica edirlər. İdeyamın bu şəkildə qəbuluna çox sevinirəm , hazırda youtube , google , calameo və bildiyim bütün vasitələrlə dərslərimi yayıram. Bu günə kimi 130 video dərs hazırladım. Müəllimlər və şagirdlər , digər təhsil işçiləri tərəfindən böyük maraq olduğunu görmək məni gələcəkdə daha da təkmilləşdirilmiş metod və üsullarla təcrübəmi yaymağa həvəsləndirdi .
Buna görə də müəllimlərin və şagirdlərin , bütün təhsil işçilərinin peşəkarlaşmasına dəstək olan bu möhtəşəm layihə üçün mən Elektron Təhsil Müsabiqəsinin yaradıcı heyətinə, bu layihənin hər il həyata keçirilməsində fəal olan bütün təşkilatçılara “Azərbaycan müəllimi” adından minnətdarlığımı bildirirəm.


Yüklə 18,57 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin