T.Ə.CƏFƏRLİ BİR ƏSR BİR NƏSİL Üçüncü kitab
Məni boya- başa çatdırmış
Seyid Bikə və Məşədi Fazilin
əziz xatirəsinə ithaf edirəm
BAKI - 2013
Tahir Əşrəf oğlu Cəfərli Bir əsr bir nəsil. “Budur gəldi bahar fəsli”. 8 kitabdan 3-cüsü. Bakı.2003 ©Dil və ədəbiyyat Redaktor və məsləhətçi: f.e.n. R.S.ƏHMƏDOV Bədii redaktor: C.T.CƏFƏRLİ Таир Aшраф оглы Джафарли Вот пришла опять весна! 3-я книги из 8-и « Один век один род». Баку-2003
В этой книге описываются события 40-60-х годов прошлого столетия. Автор раскрывает содержание популярной азербайджанской народной песни: "Вот пришла опять весна!" и строит сюжет книги на изображении людей, непосредственно связанных с Ашугом Шакиром и оказавших влияние на его творчество. Книга о дружбе и верности
MÜQƏDDİMƏ Aləmi dərk yolu özünü dərkdən keçir. Özünü dərk etmək üçün isə insan öz keçmişini, keçdiyi ömür yolunu, tərbiyə olunduğu ictimai-sosial mühiti və bütün bunları özündə birləşdirən Vətən anlayışını başa düşməlidir. Geniş oxucu kütləsinin mühakiməsinə təqdim olunan bu kitabda müəllif təsvir etdiyi hadisələrdə bir nəslin nümayəndələrinin bir əsr ərzində keçdiyi ağır və keşməkeşli həyatından söz açsa da, tam tarixi gerçəkliyi və reallığı saxlamağa çalışmışdır, əlbəttə ki, bir yazıçı kimi obrazların həyatiliyini təmin etmək üçün yeri gəldikcə bədii ümumiləşdirmələrdən və mövcud ədəbi üsullardan istifadə etmiş, zaman-zaman bədiiliyə geniş yer vermişdir.
Kaleydoskopik sürətlə dəyişən XX əsrin əvvəlindən başlayaraq sonuna qədər baş vermiş hadisələri ehtiva edən üç kitab bir ad altında - “Bir əsr bir nəsil”də birləşsə də, hər kitabın öz adı vardır və əsrin üçdə birini özündə əks etdirə bilmişdir.
Bizə təqdim olunmuş, zorla təbliğ edilmiş kitablarda əsl həqiqəti aşkarlamaq olduqca imkansız bir işdir. Hər şeyin yuxarıların təqdiri ilə öyrənildiyi və öyrənildiyi bir dönəmdə başlıca qayə insanlara keçmişi unutdurmaq olub. İndiyə qədərki Xalqımızın faciəli tarixinin ağ ləkələrini real obrazlar vasitəsilə xalqa çatdırmaq məqsədini qarşısına qoyan müəllif Azərbaycanı və azərbaycanlılığı hər şeydən üstün tutur və bu mövqedən uzaqlaşmanın nə ilə nəticələnəcəyini xalqa göstərmək istəyir.
Doğma Azərbaycanımızı milli müstəqilliyə, suverenliyə və azadlığa aparan yollarda 20-ci illərdə qardaş sifəti ilə sıralarımıza qoşulanların arasında bəzən elələri də olmuşdur ki, yeri gələndə bizi su qiymətinə satmışdır. Amma bu məşum məlumat on illərlə sirr kimi saxlanılmış, xalqdan gizlədilmişdir.
Müəllif öz oxucularını həmin dönəmin faciələrindən ibrət almağa, müasir dövrdə daha ayıq olmağa çağırır. Azərbaycan tarixinin obyektivliyindən doğan obrazlar vasitəsi ilə XX əsrdə keçdiyimiz keşməkeşli yollara bir daha nəzər salmaq istəyir, xalqımızı ayıq, ehtiyatlı olmağı tövsiyə edir, onları millət və vətən marağından çıxış etməyə səsləyir.
Qədirşünas oxuculara təqdim olunan bu kitabda müəllif özünə yaxın və doğma olan insanların bədii obrazlarını qələmə almağa çalışmışdır. Təbii ki, müəllif mükəmməl sənət nümunəsi yaratdığını söyləmək iddiasından uzaq olsa da kitabında təsvir etdiyi insanların düşdükləri dözülməz mühitdə özlərini itirməməkləri, çətin anlarda riskə getmələri, dostluqda sədaqəti, Vətən sevgisi, təhsilə və mədəniyyətə münasibətlərini örnək verməklə oxucuları belə mənəvi dəyərlər üzərində ciddi düşünməyə səsləyir.
Üçlüyə daxil olan ikinci kitab “Budur gəldi bahar fəsli" adlanır.
Bu trilogiya dünyasını erkən dəyişsə də adı xalqın dilindən düşməyən Aşıq Şakir dühasından yaranmış "Bala Nərgiz" mahnısının dostluq və sədaqət rəmzi olduğunu göstərir, bu nəğmədə əks olunmuş obrazları açır, Aşıq Şakirin ən yaxın dostlarından və pərəstişkarlarından olan Ələşrəf Cəfərlinin ailəsinin timsalında və unudulmaz mərhum Aşıq Şakirin nəğməsində işlənilən ifadələr üzərində qurulur..
Hörmətli oxucuları əvvəlcədən xəbərdar etmək istərdik ki, Aşıq Şakirin «Bala Nərgiz»in arxasında konkret obrazlar durur və bu obrazların tam açılmasını müəllif özü üçün məqsəd qoymuşdur, çalışmışdır ki, bu əsərdə dostluğun, sədaqətin, insanlığın, qeyrət və birliyin, vətən məhəbbətinin hər şeydən üstün olduğunu göstərsin..
"Budur gəldi bahar fəsli" bilavasitə Cəfərli nəslinin tarixinin bir hissəsini əks etdirdiyindən kitaba daxil edilməyən Cəfərli nəslinin bəzi üzvləri inciməsinlər. Sadəcə olaraq, "Bala Nərgizin" Məşədi Fazil şəcərəsinə aid olduğundan bu nəslin XX əsrdə keçdiyi yolu yazıçı ümumiləşdirilmiş və bədiiləşdirilmiş obrazlarla göstərmişdir. Odur ki, bir obrazda bir neçə insanın xarakterik cəhətlərini görmək mümkün olmuşdur.
Hər şeydən əvvəl, yaddan çıxarmaq olmaz ki, «Budur gəldi bahar fəsli» nə qədər tarixi əsər olsa da, bir o qədər də bədii əsərdir. Odur ki, Sizlərə təqdim olunan kitabda bəzi hallarda yazıçı fantaziyasına daha çox yer verilmişdir.
Bir daha xatırladırıq ki, əsərdəki obrazlar həqiqi obrazlardır və onların bəzisi həyatda olan, bəzisi isə aramızdan köçən insanlardır. Bu insanların keçdiyi ağır və şərəfli yolu göstərməklə xalqımızın gələcəyə olan inamını oyatmaq istəyirik.
Bu kitabda təsvir edilən obrazlar nə kommunizmə, nə sosializmə, nə də hər hansı bir iqtidara xidmət ediblər. Onlar bəlli siyasi rejimdə istədikləri kimi yaşamış, quruluşun imkan verə bildiyi şəraitdən maksimum yararlanaraq istədiklərini etmişlər və heç vaxt ədalətsizliyə yol verməmişlər. Təbiətcə nikbin olan bütün yaxşı insanlar kimi həyatı seviblər, firavan yaşayıblar və onları əhatə edənlərin yaxşı yaşaması üçün imkanları daxilində şərait yaratmışlar.
Sonda möhtərəm oxucularımızın diqqətinə çatdırmaq istəyirik ki, onların geniş mühakiməsinə təqdim olunan bu əsər həm də təhkiyə üslubu ilə qeyri-adi olduğundan bəlli bir dərəcədə adət edilən dil normalarından fərqlənir. Bu fərqlilik eyni zamanda özünü fonetik və qrammatik normalarda da büruzə verir. Hörmətli oxucularımızın bu fərqliliyi ciddi qüsur və səhv kimi qəbul etməyəcəklərinə inanmaq istərdik. Əsər rus dilindən Azərbaycana dilinə çevrilib.
Müəllif gələcək oxucularının hamısına xoş niyyətlə edəcəkləri bütün tənqidi qeyd və iradlara görə əvvəlcədən səmimi təşəkkürünü bildirir.
Müəllif
DÖNÜŞ
Êðàñíîâîäñêäàí ýÿëÿí ýÿìè Íàðýèí àäàñûíûí àðõàñûíäàí ÷ûõäûãäàí ñîíðà ÿñÿí êöëÿê uzaqdan Áàêûíûí äÿíèçäÿí òàìàøàñûíà ÷ûõìûø ñÿðíèøèíëÿðèí áóðóíëàðûíà "Ãàðà øÿùÿðèí" èé âÿ ãîõósunu ýÿòèðèð, ïàéûçûí ñîéóüóíäà ýþéÿðòÿéÿ ÷ûõìûøëàðû ïåøìàí åäèá ýåðèéÿ ãàéòàðûðäû.
Äÿìèð íÿùÿíý êöëÿéÿ ñèíÿ gərərək øÿùÿðÿ éàõûíëàøäûãúà ôèò ÷àëûð âÿ ñàíêè ëèìàíäà ýþçëÿéÿíëÿðÿ ýÿëäèéèíäÿí õÿáÿð âåðèðäè.
Ãàðøûëàéàíëàð ïåíúÿkëÿðèíèí, ïàëtîëàðûíûí yaxalığını éóõàðû ãàëäûðûá àðõàäàí ÿñÿí êöëÿéÿ güclə äþçöðäöëÿð.
Ýÿìè ñàùèëÿ éàí àëàíà ãÿäÿð ýþçëÿéÿíëÿð àðàñûíäà ñàêèòëèê ùþêì ñöðöðäö: ùÿð êÿñ óçàãäàêû ýÿìèäÿ þç àäàìûíû àõòàðûb ýþðìÿê èñòÿéèðäè.
1942-ci ilin payızının sərtliyi uşaqları evlərinə qaçırtsa da, şəhərdə canlanma əvvəlki illərə nisbətən daha çox idi.
Bóõàð ìöùÿðèêèíè ôûñûëäàäàn gəminin áþéöê ýþâäÿñèíè êþðïöéÿ éanaşdırmaq üçün bir neçə işçi onu bàëàúà áèð áàðæàya ãîøóá àðõàdan äàðòûá sahilə bağlamaq èñòÿéèðäè.
Áó ÿìÿëèééàò ÷îõ àç ÷ÿêäè. Az sonra ýÿìèíèí ýþéÿðòÿñèíäÿí òðàpı àøàüû åíäèðäèëÿð.
Áèðúÿ àíûí è÷èíäÿ hÿðáè êîìåíäàòóðàíûí ÿñýÿðëÿðè ýÿìèíè ìöùàñèðÿyéÿ àëäûëàð âÿ òðàïûí aşağısında Áàêûéà ãÿäÿì ãîéìàã èñòÿéÿí ñÿðíèøèíëÿðèí ñÿíÿäëÿðèíè éîõëàìàüà áàøëàäûëàð.
Məşədi Fazil gəminin trapıyla aşağı enmişdi ki, burnuna "Qara şəhərin" oksid iyi dəyməyə başladı. Bakının bu kəskin iyini, istər bura qatarnan gəl, istər gəmiynən, ayaq basan udmalı idi. Əfsuslar olsun ki, bu cür gözəl şəhər qonaqlarını belə qarşılayırdı.
Məşədi Fazil başını sağ tərəfə çevirdi. Şəhər bacalardan çıxan qara tüstüdən görünmürdü.
Şimali-qərb küləyi bu tüstüləri Qara şəhərdən Ağ şəhərə qovurdu.
Səmərqəndin təmiz və şəffaf havasına vərdiş etmiş Məşədi Fazil ürəyinin bulandığını hiss etdi. Müharibə başlanandan sonra o, birinci dəfə idi ki, bura ayaq basırdı.
Bakı müharibənin tempinə uyğun olaraq gecə-gündüz çalışırdı. Onun hər bucağı işləyirdi. Dənizdə nəzərini barjlara qoşulmuş neft çənləri cəlb etdi. Birinci dəfə idi ki, neftin bu cür daşındığını görürdü.
Onun ardınca trapdan düşən kayut yoldaşı üzünü ona tutdu:
-Nefti daşımaq üçün qatarlar çatışmır, odur ki, bu üsulnan daşıyırlar. Nemeslərin ağlına belə gəlmir ki, bu cür neft daşımaq olar. Beş-altı çəni bir-birinə trosnan bağlayıb, Həştərxana qədər dartırlar. Gülbala Əliyevin təklifidir. Buna görə ona Sosialist Əməyi qəhrəmanı adını veriblər. Kişidə ağla bax!
-Bakılılar, doğrudan da, ağıllı insanlardır! - deyə Məşədi Fazil bakılıları səmərqəndli kimi təriflədi. Sonra öz-özlüyündə güldü. Əslində isə kayuta yoldaşı çox şeyi bilmirdi.
Azərbaycanlılar, Mikoyanın qurduğu plana görə, Qazaxıstana köçürülməli, neft mədənlərini isə yandırmalı idilər ki, almanlara qalmasın.
Mir Cəfər Bağırov Mərkəzi Komitədə bir qram da olsun Bakı neftin almanlara çatmaması və neft mədənlərinin yandırılması haqqında Stalinin qərarını tanınmış neftçilərlə müzakirə zamanı Gülbala Əliyevin maraqlı təklifini eşitdi: Partladılacaq çənləri neftlə doldurub, bir-birinə troslar vasitəsilə bağlayıb dənizlə Həştərxana göndərmək...
Mir Cəfər Bağırovu Moskvaya Politbüroya çağırıb qərarın yerinə yetirilməsi haqda izahatını eşitmək istəyən Stalinə Həştərxan vilayət komitəsinin katibi zəng edir.
-Yoldaş Stalin, Bakıdan gələn neft dolu çənləri hara yerləşdirək!
-Nə neft, nə çən?-deyə Stalin soruşur.
-Bakıdan bura buksirlər vasitəsilə bir-birinə bağlanmış içi neftlə dolu yüzlərlə çən gəlib
-Belə belə! Afərin Bağırov! - deyə Stalin bığlarını eşir. Sonra üzünü Kalininə tutur:
-Yoldaş Bağırovun Sosialist Əməyi Qəhrəmanı ordenilə təltif olunması haqqında qərar hazırlayın!
-Yoldaş Stalin! Bu mənim ideyam olmayıb! İdeyanın müəllifi tanınmış neftçi Gülbala Əliyevdir!-deyə Bağırov düz Stalinin üzünə baxır.
Stalin bir anlığa fikrə dalır.
-Onda Gülbala Əliyev Sosialist Əməyi Qəhrəmanı, yoldaş Bağırov isə Lenin ordeninə layiq görülsünlər!- deyə Stalin Kalininə göstəriş verir..
Politbüro ondan sonra azərbaycanlıların köçürülməsi haqqında qərarını dəyişir. Deyilənə görə Bağırovun sayəsində.
Bunu bilən Məşədi Fazil kayuta yoldaşına heç nə danışmadı. Bağırovu sevməsə də ürəyində bu işinə görə təşəkkür etdi.
Zəmanə, doğrudan da, insanları dəyişir. Düşmənə də tərif yağdırırsan.
Nə qədər idi ki, bu şəhərdən uzaq düşmüşdü. Gələndə də gizli gəlirdi. İndi isə yox. Hər şey qaydasında idi. Staxanovçu kimi, Səmərqənd toxuculuq fabrikinin nümayəndəsi kimi, direktorun təchizat üzrə müavini kimi ayaq basırdı.
Dəniz kənarından şəhərin necə qorunduyu gözə çarpırdı. Bulvar boyu səngərlər qazınmış, zenit toplarının lülələri səmaya yönəldilmişdi. Şəhərdə hərbi vəziyyət e*elan edildiyindən, hər addım başı hərbi patrullar insanları saxlayıb sənədlərini yoxlayırdılar.
Trapın aşağısında hərbi patrulun leytenantı onun sənədlərini yoxladıqdan sonra, gülər üzlə sənədlərini ona qaytardı:
-Bakıya xoş gəmlisiniz!
-Sağ ol, bala!-deyə Məşədi Fazil oradan uzaqlaşdı. Leytenant ona böyük oğlu Əşrəfi xatırlatdı. “Görəsən. ondan nə xəbər var?”-deyə düşündü. Ancaq leytenantın gülər üzü ona yaxşı təsir bağışlasa da, nigarançılığı azalmadı.
Gəmidən düşənlər dəmir yolu vağzalı tərəfə addımlayırdılar. Şəhərin bütün tramvay yolları burada birləşirdi. Oradan şəhərin hər tərəfinə marşrut vardı. O, da kütləyə qoşuldu və ardınca irəliləməyə başladı. Əlindəki çamadanın ağırlığını belə hiss etmirdi.
Payızın sərt küləyi paltosunun yaxalığını qaldırmağa vadar etdi. Külək adamın sümüyünə işləyirdi.
Küçə boyu Qara şəhərin tüstüsündən qaralmış binaların şüşələrinə bir-birilə kəsişən xaç şəkilli ağ kağızdan düzəldilmiş qoruyucular yapışdırılmışdı ki, atılan mərmilərin, partlayan bombaların təsirindən qırılmasın.
Maşınların hərəkəti şəhər boyu demək olar ki, gözə dəymirdi. Arabaçıların isə sayı deyəsən artmışdı. Tək atlı arabalar şəhərin küçələrilə ora-bura gedib gəlirdi. Ağlına gələn ilk fikir bu oldu ki, bəlkə araba saxlasın. Daha piyada irəliləmək mümkün deyildi. Ayaqları qara palçığa batırdı.
Yanından ötən arabaçıya əl elədi. Arabaçı arabanı dayandırdı. Arabanın üstünə brezentdən tent çəkilmişdi. Arabaçı kürəyini tentə söykəmişdi, elə bil bununla küləkdən gizlənirdi.
-Məşədi Fazil, xoş gördük! -deyə arabaçı onu tanıdı.
-Həsənbala?
-Özüdür ki, var.
Həsənbala Bakının faytonçularından idi. Əvvəllər bir-neçə faytonu vardı. Yuxarı məhəllənin adamlarından idi. Faytonçuluqla ailəsini dolandırardı.
-Bəs faytonun hanı?
-Qarajda.
-Niyə qarajda?
- “Hər şey müharibə üçün” şüarından sonra atların birini tutub əlimdən alıblar ki, müharibəyə aparırıq. Bir atdan artıq saxlamağa icazə vermirlər. Odur ki, arabaya keçmişəm. Buna da şükür!
-Allah, köməyin olsun!
-Evə gedirsən də?
-A kişi, haram var ki?
Həsənbala arabadan düşdü. Onun çamadanını qaldırıb arabaya atdı. Məşədi Fazilə kömək elədi ki, arabanın arxasından minsin. Tentin içi külək tutmadığından elə bil isti idi. Həsənbalanın taxtadan düzəltdiyi və üstünə xalça parçası vurduğu oturacağın üstündə oturdu.
-Hoş-ə!-deyə Həsənbala qırmancını havaya çaxdı. Onun səsindən sakit durmuş at yerindən tərpəndi və asta-asta bulvarın qırağıyla yuxarı məhəlləyə tərəf irəlilədi.
-Məşədi, məhəllədən xəbərin var? Bilirsən, nə qədər ailələr “qara kağız” alıb?
-Xəbərim yoxdur, ancaq təsəvvür edirəm.
-Sən bilən, Stalin müharibəni udacaq?
-Düşünürəm ki, belə olacaq. Çünki Stalin Hitlerdən ağıllıdır. Sərkərdə ki, ağıllı oldu, döyüş uduzulmaz!
-Ancaq cavanlar hayıf olacaq!
-Allah onları qorusun!
Araba Bakı Sovetinin ötüb, “Çin evinin” qarşısından Qırx pilləkənə tərəf döndü. Yuxarıda tramvay yolu ilə tənləşərək Çəmbərəkəndə üz tütdü.
Şəhərin dağüstü tərəfində zenit qurğuları göyə dikəlmişdi.
-Hələ bu harasıdır, bizim evlərdən yuxarı okoplar qazıyırlar. Arvad-uşağı, tələbələri-şagirdləri tökürlər ki, işləyin. Ovdanlığı tanımayacaqsan. Hər tərəf okopdur. - deyə Həsənbala izahat verdi.
Dağın ən yüksək yerində projektorlar qurulmuşdu. Bütün günü zenit qurğuları döyüş vəziyyətində idi.
-Bizim evdən aralı, Ovdanlığın böyründə zenitçilər bir nemes təyyarəsini vurdular. Gecə məhəlləyə baxasan: projektorlar göydə təyyarə axtarır. Deyirlər ki, Bakını Moskvadan yaxşı qoruyurlar.
-Bakısız müharibəni uduzarlar. Yüz maşından həşdadı bizim benzinlə gedir. Bütün sürtgü yağları burada istehsal olunur.
-Hələ sən Bakıda istehsal olunan silahdan, sursatdan demirsən. Bax, zavodların tüstüsünə! Dayanmadan işləyir.
Yuxarı məhəllənin palçıqlı küçələri başlandı. Həsənbalanın arabasının təkərləri hündür olduğundan ata o qədər də əziyyət düşmürdü. Heyvan başını aşağı salıb hər gün tövləyə döndüyü yolu tanıdığından addımlarını da yeyinləşdirirdi. Onu tövləsində isti guşə, gövşəmək üçün isə quru saman gözləyirdi. Ancaq Həsənbala arabanı sola yox, sağa döndərdi və hələ üstəlik onun üstündə qırmancını səsləndirdi.
Qırmancın qorxusundan at addımlarını becidləşdirdi. Çox da uzağa getmədi. Məşədi Fazilgilin darvazasının qarşısında Həsənbala atı dayandırdı və aşağı düşüb arabadan çamadanı yerə qoydu.
Qapının qarşısında arabanın dayandığını görən həyət qadınları küçəyə çıxdılar. Məşədi Fazili salamladılar, xoş gəldin dedilər, çamadanını götürüb bir göz qırpımında həyətə keçdilər.
Məşədi Fazil əlini cibinə salıb Həsənbalaya pul uzatdı. O, qəbul etmədi.
-Bərəkətini rədd etmə! İndiki dövrdə hər qəpiyin qiyməti var. Sənin isə çörəyin bundan çıxır.
-Allah verən əlini var etsin! - deyə Həsənbala pulu götürdü.
Seyid Bikə onun gələcəyini heç gözləmirdi. On beş gün bundan qabaq yazdığı məktubunu elə dünən almışdı. Əri gələcəyindən heç nə yazmırdı. Odur ki, Məşədi Fazili görən kimi duruxdu:
-A kişi, sən haradan çıxdın?
-Komandirovkaya gəlmişəm.
-Nə komandirovka müharibə vaxtı?
-Doprosu sonra edərsən. Qoy bir içəri keçək!
Dinməzcə hər ikisi eyvana, oradan isə otağa keçdi. Sonuncu dəfə Məşədi Fazil bura qırxıncı ildə gəlmişdi. Ev necə vardı, elə də qalmışdı. Heç nə dəyişməmişdi.
Yataq otağında divar boyu düzülmüş rəfdə kitabları dururdu. Əlini uzadıb onlardan birini əlinə götürdü. Pencəyinin qoluyla kitabın üzünü sildi, qoluna baxdı, tərtəmiz idi.
-Arvad, bilirsən ki, mən kitab aşiqiyəm!
-Görürəm. Arvad da, uşaq da yaddan çıxıb düşmüsən kitabların üstünə. Hətta soruşmursan ki, uşaqlar haradadır?
-Uşaqlar haradadır?
-Eyyub, Əlisəttar məktəbdə, Nəriman isə Nataşagildədir.
-Əşrəfdən nə xəbər var? - deyə Məşədi Fazil qorxa-qorxa soruşdu.
Böyük oğlu Ələşrəf əsgərliyə gedərkən o oğluyla görüşməmişdi. Seyid Bikənin göndərdiyi adresə məktub yazsa da, bir dəfə də olsun oğlundan məktub almamışdı.
Nigarançılığına həmişə Seyid Bikə son qoyurdu. Oğlunun sağ və salamat olması haqqında ona xəbər çatdırırdı, hətta Əşrəfin yazdığı məktubu da ona göndərirdi.
-Al, oxu! Dünən almışam! - deyə Seyid Bikə, stolun üstündən məktubu götürüb ona uzatdı.
Məşədi Fazil kitabı rəfə qoyub stolun arxasına keçdi. Dinməzcə məktubu açdı. Oğlunun xəttini tanıdı. Gözləri yaşardı. Ancaq Seyid Bikə görməsin deyə, tez sildi. Məktubu bağlayıb stolun üstünə qoydu.
-Niyə oxumadın, Fazil?
-Sonra oxuyaram. Əsası odur ki, sağ və salamatdır
****
VOLQANIN SAHİLİNDƏ
Volqanın sağ sahilindən əsən külək şaxtanı daha da gücləndirirdi. Uzaqda, dağılmış şəhərin xarabalıqlarında, hərdən bir atışma bərpa olurdu və atılan trasser güllələri havanı xırdaca işıq şırımlarıla cızırdı.
İndiyə qədər belə şaxta olmamışdı. Havanın hərarətini ölçən cihazlar da yox idi. Şaxtanın neçə dərəcə olduğunu bilmək mümkün deyildi. Bir də ki, səngərdə əsgərləri qorxudan havanın sərtliyi yox, almanların atdığı mərmilərin parlamasınındın ətrafa yayılan qəlpələr idi.
Dərin səngərlər əsgərləri yaxşı qorusa da, onun ağzında yerə düşən mərmilər çoxunu kontuziya edirdi. Ən qorxulusu da elə bu idi.
Dekabr ayının sərtliyi şaxtaya vərdiş etmiş sovet əsgərlərinin xeyrinə idi. Almanlara şaxtanın vurduğu qədər zərəri onun qarşısında duran ordu hələ vurmamışdı. Yüzlərlə, minlərlə alman əsgəri donub səngərlərdə qalırdı. Çox vaxt döyüşsüz bu və digər səngər təslim olurdu. Almanların bu və digər batalyonunun, diviziyasının bir gecə səhərə qədər səngərdə qalması faciə ilə nəticələnirdi.
Rus şaxtası təcavüzkarları tarakan kimi qırırdı. Gecəni dayanmadan atışan alman səngəri səhərə yaxın susurdu. Səhərin ilk şəfəqlərilə səngər sovet döyüşçüləri tərəfindən döyüşsüz tutulurdu. Ora şaxtadan donmuş alman meyitlərlə dolu olurdu. Təbiət də sankı almanlara qarşı vuruşurdu.
Səngərdə şinelini başına çəkmiş baş leytenant Əşrəf Cəfərli özünü isti nəfəsilə qızdırmağa çalışırdı… Bir-birinin ardınca ətrafında partlayan mərmilərin səsinə etinasızcasına baxır, əhəmiyyət belə vermirdi. Müharibənin ərzində başına o qədər belə mərmilər tökülmüşdü ki...
Bir şeyi həmişə öz-özünə təkrar edirdi: “Taleyimə nə yazılıbsa, o da olacaq! Allahın qismətidir!”
Belə dəhşətli anlarda insanlar Allaha daha yaxın olurlar.
Kəşfiyyat batalyonunun komandirinin burnu rusların sözü ilə desək "barıt iyinə daha öyrəşmişdi".
Qaranlıq çökdüyündən ətrafında olanları görünmürdü. Səngərlərarası gediş-gəliş kəsilmişdi. Hər iki tərəf dekabr ayının şaxtasından gizlənməyə isti yer axtarırdı. Hər tərəf ağ sükunət idi. Əsən külək isə insanın sümüyünə işləyirdi.
Metodik şəkildə almanlar tərəfindən atılan top atəşləri ağ qarı göyə qaldırır, bir-neçə an düşən mərmi tərəfdən göyə alov yüksəlir, ətrafı işıqlandırırdı.
Şaxtanın və küləyin təsirindən alov bircə anın içində yoxa çıxır, qaranlıq və sükunət yenidən ətrafı bürüyürdü.
Bir ara keçdikdən sonra yenidən atılan mərminin səsi eşidilir. Eyni şey təkrar olunurdu. .
Səngərlərdə bişmiş əsgərlər bilirdilər ki, almanların gecə vaxtı atdıqları metodik atəşlər, səhər hücuma keçəcəklərindən xəbər verirdi.
Stalinqrada Xarkovdan göndərilmiş Əşrəfin kəşfiyyat batalyonu rahatca dincəlirdi. Batalyonun əsgərləri səngərin qızınmış zemlyankalarda bir-birinə söykənib istinin təsirindən mürgülüyürdülər.
Əşrəf iki ilə qədər idi ki, odun-alovun içərisində idi, gözü hər şeyə öyrənmiş, daha qorxunun nə olduğunu bilmirdi.
Müharibə ona bir şeyi öyrətmişdi.
-Qorxaqlıq fəlakətə aparır, ehtiyatlı olmaq isə həmişə lazımdır! - deyə həmişə əsgərlərinə tövsiyə edirdi.
Komandir zemlyankada sakitcə mürgüləyənləri seyr etdikcə onların necə yorğun olduğunu, yuxunun şirinliyindən həzz aldıqlarını duyurdu.
Müharibədə əsgəri əldən salan yuxusuzluqdur. Elə vaxt olub ki, dəstəsi həftələrlə yatmayıb, uzaq məsafəni piyada qət edib. Belə hallarda dəstəsi ayaqüstü yatırdı. Nə qədər gözübağlı əsgərlərinin addımlamasını görüb.
Haradansa Əşrəf oxumuşdu ki, əgər insan bir neçə gün yatmasa ölər. Ancaq indi bunun yalan olmadığını inkar etməsə də, bir şeyi anlayırdı ki, gecə-gündüz yol gedən əsgərlər sıranın metodik addım səslərinə yuxulayır və maraqlısı burdur ki, gözü açıq, hərəkətdə ola-ola yatırdılar. Özü də buna öyrəşmişdi.
-Komandir, kəşfiyyata gedənlər qayıdıb, gəlsinlər? - deyə serjant Andreyev Əşrəfi fikirdən oyatdı.
-De, gəlsinlər.
Səngərdə ki, zemlyankaya daxil olan əsgərlər komandirin qarşısında farağat durdular. Onların üzündə yorğunluq yox idi. Qarşısında qarabuğdayı, hündür boylu enlikürək, iri gözlü əsgərin üzü gülürdü.
-Əjdər, vəziyyət necədir? - deyə Əşrəf ondan azərbaycanca soruşdu.
Əjdər onun batalyonunda olan bir neçə azərbaycanlıdan biri idi. Müharibənin əvvəlindən birlikdə idilər. Burada tanış olub dostlaşmış, birlikdə bütün əzab və əziyyətləri bölüşdürmüşdülər.
Əjdər dağlı balası idi. Xızı kəndindən əsgərliyə çağırılmışdı. Kəşfiyyat rotasının komandiri idi…
-Qədeş, almanlar çay aşağı toplaşırlar. Deyəsən, sabah yenə də hücuma keçəcəklər, bu dəfə aşağı flanqdan. İki nəfər alman tutub gətirmişik. Onlar da bunu təkrar edirlər.
-Onları ştaba aparın, mən də gəlirəm!
Bu səngərdən başqa səngərə keçən Əşrəfin arxasınca bir neçə snayper gülləsi torpağı eşdi. Arxasına boylanıb Əjdərin üstünə qışqırdı:
-Yerə əyil!
Əjdər özünü ona yetirib, səngərin arxasına keçdi. Əşrəf rahat nəfəs aldı.
-Əjdər, sabah bura yenə cəhənnəmə çevriləcək. Almanlar, doğurdan da, yaxındadırlar və hücuma hazırlaşırlar.
-O biri batalyonun lap yüz metrliyindədirlər. Ancaq hələlik atmırlar.
-Qarşıdakı batalyonda vəziyyət necədir?
-Bizimkilərin qüvvəsi azdır. Bilmirlər ki, nə etsinlər? Silahları da tükənir. Kömək gəlməsə, çətin olacaq. Bəlkə geriyə çəkilsinlər...
-Hara? Arxada Volqadır.
-Onlar sənə xəbər göndərdilər ki, kömək edəsən.
Əşrəf fikrə daldı.
-Əlbəttə kömək etməliyik. Bu haqda polkovnikə demək lazımdır.
Ştabın qarşısında Əşrəflə Əjdər polkovnik Morozovnan üzləşdilər.
O, hündür qamətli, orta yaşlı bir insan idi. Hərbiçilərə xas olan gurultulu səsi vardı.
Səngərə atılmış iki əsgərini diqqətlə süzdü. Üzünü Əşrəfə tutdu:
-Görürəm yaxşı dincəlmisən. Sir-sifətindən yorğunluq duyulmur. Əsgərləriniz necə?
-Yaxşı əsgər komandirinə oxşayar! - deyə Əjdər cavab verdi.
Polkovnik onun hazırcavablığına gülümsündü. Ancaq narahatçılıq keçirdiyi hiss olunurdu.
-Sabah bizi, deyəsən, ağır döyüşlər gözləyir. Bu haqda tutub gətirdiyiniz alman zabitləri də deyirlər. Hitlerin xüsusi tapşırığı var, nəyin bahasına olursa olsun Volqa alınmalıdırlar.
Faşistləri bir addım da daha irəli qoymaq olmaz. Əsgərlərə bunu başa salmaq lazımdır.
-Bizim batalyon döyüş vəziyyətindədir. Ancaq qabaq sıralarda olanların, demək olar ki, hər şeyləri tükənmək üzrədir. Onların təchizatı gücləndirmək lazımdır. Yoxsa vəziyyətləri çox pis olacaq. Əlaqə məsələsi də çox pisdir. Onlarla telefon əlaqəmiz belə yoxdur -deyə baş leytenant Cəfərli məlumat verdi.
-Səbrli olun! Hər şey olacaq.
-Oldu! -deyə Əşrəf zemlyankanı tərk etmək istədi. Polkovnik Morozov onu saxladı:
-Bir də, səngərlərə faşistlər belə bir kağız atıblar, deyirlər, azərbaycancadır. Yeni təxribatdır. Azərbaycanlı əsgərlərə deyin, birini də götürməsinlər. Xüsusi şöbə kimdə o kağızı tapsa, bilirsiniz də onu nə gözləyir?
Əşrəf bu kağızların müharibədə azərbaycanlıların başlarına açdığı bəlalardan xəbərdar idi. Bu kağızlarda adətən Azərbaycan, Vətən haqqında gözəl bir şer, sonra isə Azərbaycanın “Mühacirət hökumətinin” bəyanatı verilirdi. Bəyanatda deyilirdi "Bu kağızı cibində saxlayan azərbaycanlı yaralansa və yaxud əsr düşsə, almanlar onlara dəyməyəcək və Azərbaycan legionuna göndərəcəklər ki, onlar vətəni Azərbaycanı kommunizm bəlasından qurtarsınlar."
Ana dilində yazılmış şerlərdən həzz alan vətəndən uzaq, nisgillik və hicran əzabı çəkən əsgərlər bu kağızların onların başına nə oyun aça biləcəyini düşünmədən, ciblərinə qoyurdular.
Bir neçə saatdan sonra bu kağızları azərbaycanlıların cibində tapan xüsusi şöbənin zabitləri hamının gözü qarşısında onları güllələyirdilər. Bəli, güllələyirdilər. Vətən xaini elan edib güllələyirdilər..
Bu adnan minlərlə azərbaycanlını qətlə yetirən sovet zabitlərinin özbaşınalığına, deyilənə görə, Azərbaycan kommunist partiyasının birinci katibi Mir Cəfər Bağırov son qoymuşdu.
O, Stalinin razılığını almış və azərbaycanlılardan ibarət Taqanroq diviziyasını yaratmışdı. Bu diviziyanın uğurları haqqında Stalinqrad cəbhəsindəki bütün azərbaycanlı əsgərlər xəbərdar idi.
Əşrəfin dərin düşüncəyə daldığını görən polkovnik Morozov sükutu pozdu.
-Qayıdın batalyona. Sizə arxayınam. Möhkəm dayanmaq lazımdır. Bir də, ehtiyatlı olun!
Polkovnik Viktor Vladimiroviç Morozov Əşrəfin xətrini çox istəyirdi. Onu cəsur bir döyüşçü kimi tanıyırdı. Müharibəyə gələn gündən onlar bir yerdə idilər.
Əşrəf batalyona çatar-çatmaz yenicə əsgərliyə çağırılmış ikinci azərbaycanlı balası Yusif özünü zemlyankaya saldı.
-Komandir, bir şerə bax, gör necə gözəl yazılıb. Əhməd Cavadındır!- deyə bir parça kağızı Əşrəfə uzatdı.
Əşrəf kağızı ondan alan kimi "burjuykaya" atdı.
-Komandir, niyə belə edirsən?
-Zalımın oğlu, bir də bunları səndə görməyim. Bunlara əlin belə dəyməsin!
Əşrəf elə bunu demişdi ki, üç nəfər xüsüsi şöbənin zabiti zemlyankaya girdi. O yana bu yana boylandılar. Sanki kimi isə axtarırdılar.
-Faziliç, yerlilərin hanı?- deyə soruşdular.
-İkisi də buradadır. Nə baş verib ki?
-Onların ciblərin yoxlamalıyıq. Vərəqələr götürüblər, ya yox?
-Buna ehtiyac yoxdur. Çünki onlar bütün günü mənlə olublar. Bir də bizim səngərə bu cür kağızlar atılmayıb. Atılsaydı da bizimkilər götürməzdilər. Təxribat olduğunu çox yaxşı bilirlər.
Polkovnik Morozov bizi hələ keçən həftə bu haqda təlimatlandırıb, odur ki, inanmıram ki, mənim əsgərlərim o kağızlara əl vursunlar. Budur ikisi də yanımdadır.
-Biz sizə inanırıq! - deyə onlar zemlyankanı tərk etdilər.
Əşrəf üzünü Yusifə tutdu:
-Cibində yenə var! Gördüm, rəngi-ruhun qaçıb. Qələt elə, belə şeyləri yerdən qaldırma! Bu kağızlar minlərlə azərbaycanlının başını yeyib. Neçə adamı bunun üstündə güllələyiblər. Allah, bunu yazanın evini yıxsın!.
Yusif cibindəki kağızları çıxarıb peçə tulladı.
-Daha qalmadı? - O, sanki Yusifi bir də yoxlamaq istədi.
-Vallah, hamısıdır.
-Gedə bilərsən!-deyə Əşrəf səsin ucaltdı.
Bayıra çıxan Yusif bir də içəri girdi
-Komandir, çox sağ ol! Mənə indi çatdı. Axı sən məni xilas etdin.
- Dəyməz! Özündən muğayat ol, sabah ağır günümüz olacaq.
Almanlar səhər açılan kimi Əşrəfgilin səngərlərini top atəşinə tutdular. Partlayan mərmilərin yağış kimi yağan qəlpələri əsgərləri başını qaldırmağa qoymurdu. Digər tərəfdən, minomyotlar da dinc durmurdu.
Ştabdan xəbər gəldi ki, yarım saatdan sonra almanlar top atəşini kəsəcəklər və hücuma keçəcəklər.
Almanların qarşısını alıb, əks hücuma keçmək lazımdır. Əşrəfin batalyonu hücumu dəf etmək əmri aldı.
Almanlar adətlərinə sadiq qalaraq hücuma keçdilər.
Əşrəf belə döyüşlərdə çox görmüşdü. Odun-alovun içində bişmişdi.
Gecə-gündüz ölümlə üzləşən, güllənin qabağına gedən Əşrəf bir arzula yaşayırdı - qalib gəlmək, sağ-salamat Bakıya qayıtmaq, xoşbəxt həyat qurmaq, bir də onu əhatə edən yoldaşlarını sağ-salamat görmək...
Atışma iyirmi dəqiqə idi ki, davam edirdi. Qarşı tərəfdən irəliləyiş hiss olunmurdu. Alman avtomatlarının səsi eşidilmirdi. Ancaq hərdən birdən snayperin gülləsi şaxta vurmuş qarlı torpağı eşirdi.
Atışma başlananda isə heç kim başını səngərdən qaldıra bilmirdi. İrəli getmək isə mümkün deyildi. Qarşıdakı səngərdə olanların isə sursatı qurtarmaq üzrə idi.
Əşrəf minomyot rotasına almanlar tərəfindən gur atılan atəş tərəfi nişanlayıb susdurmaq əmrini verdi. Bir-birinin ardınca almanların səngərlərində minalar partlamağa başladı.
Onun qərarının düzgün olduğu bir neçə dəqiqədən sonra özünü göstərdi. Almanların atəşləri demək olar ki, kəsildi. Bunu görən baş leytenant Cəfərli səngərin üstünə çıxdı, rusca:
-За Родину! За Сталина!- дейя иряли атылды.
Səngərdəki rota komandirləri onun ardınca “Ura!” deyərək əsgərlərilə birlikdə irəli tullandılar. Bir neçə dəqiqənin içində əvvəl öz səngərlərinə çatdılar və onları da qaldırıb düşmən səngərlərinə hücuma keçdilər.
“Ura”dan güllə səsləri eşidilmirdi. Təkcə səngərlərdə partlayan qumbaraların gurultusu qarşıda döyüş getdiyindən xəbər verirdi.
Döyüşü binoklla izləyən Polkovnik Morozovun gözü Əşrəfdə idi. Ancaq o səngərin arxasına keçdikdən sonra, gözdən itdi.
- Связиста ко мне!-deyə polkovnik əmr verdi.
Bircə anın içində rabitəçi zabit onun qarşısında durdu.
-Установи связь с передовой, немедленно!
Rabitəçi zabit səngərdən bayıra atıldı, polkovniki isə yenə də qarşıda döyüşən dəstənin taleyi maraqlandırırdı. Alayının ən döyüşkən və elit hissəsi düşmənlə üzbəüzə idi.
Binoklun şüşələri tez-tez qarla örtüldüyündən Polkovnik Morozov şinelinin qolu ilə onu silir, ancaq baxdığı uzaq səngərdə axtardığı döyüşçünü tapmayıb, hirslənirdi:
-Ну, где же он? Почему не показывается? Даже со фланга не видно. Наши же заняли передовые окопы немцев? - deyə Polkovnik öz-özünə bərkdən danışırdı.
Birdən onun nəzərini bir-neçə dəqiqə bundan qabaq səngərdən çıxmış rabitəçi leytenantın iki əsgərlə rabitə barabanını darta-darta irəlilədiyi cəlb etdi.
Onların necə rahatlıqla səngərləri keçdikləri binoklundan yayınmadı, ancaq onlar da Əşrəfin itdiyi dərədə yoxa çıxdılar. Atəşin həmin dərədə kəsildiyini bayaqdan hiss edən polkovnik orada nə baş verdiyindən xəbərsiz olsa da, bir şey aydın idi: Dərədə daha döyüş getmirdi. Polkovnik üzünü yanıтdakı zabitə tutdu:
-Узнай, как там со связью?
Zabit səngərdən çıxdı və çıxmağıla qayıtmağı bir oldu.
-Tоварищ, полковник, нет никакой связи!-deyə məlumat verdi.
-Немедленно восстановите! Узнайте, как там Ашраф?
Polkovnikin fikri-zikri Əşrəfin batalyonunda qalmışdı. Daha doğrusu, komandiri Əşrəfin. Rabitənin olmamasına baxmayaraq, daxildən gələn intuitiv səs qarşıda hər şeyin yaxşı olduğunu deyirdi. “Səbrli olmaq lazımdır! Əşrafdən xəbər çıxacaq!”- düşünürdü.
Polkovnikin intuisiyası onu aldatmadı. Bir dəstə alman əsgəri ağ bayraq qaldıraraq ssəngərə tərəf irəliləyirdi. Onların qabağında isə Əşrəfin rota komandiri Əjdər əl eləyirdi ki, atəş açılmasınlar.
-Орлы! Мои орлы!-deyə Polkovnik Morozov üzünü ətrafdakılara çevirdi.-Немедленно представить к награде!
Polkovnik heç kimin adını çəkməsə də, sözün kimdən getdiyini zabitlər o saat başa düşdülər. Onlardan biri planşetini açdı və komandirin əmrini ora yazmağa başladı. Həmişə bu əmri eyni şablon-tekstlə yazdığından zabit bircə anın içində yazdığını komandirə oxudu.
-Хорошо! A почему нет связи?- polkovnik yenidən soruşdu.
-Tолько что сообщили, что американская техника подвела. Не работает.- deyə rabitə zabiti cavab verdi.
-Найдите нашу аппаратуру. Немедленно туда!
Polkonikin sözü ağzında qaldı. İçəri Əjdər daxil oldu.
-Товарищ командир, ваш приказ выполнен! Mы взяли вражские окопы и вошли в город, освободили несколько домов.- deyə Əjdər gülə-gülə məlumat verdi.
-По твоему виду вижу. С Ашрафом все в порядке?-polkovnik soruşdu.
-Все в порядке.
-Где он?
-Окопались в здании и пьют чай с американским шоколадом. Там у немцев целый ящик нашли.
Əjdər əlini cibinə saldı üç-dörd plitka şokоlad çıxartdı.
-Это Вам! Остальное от нашего батальона имени девушкам- связистам!
Polkovnik şokоladın rəngli örtüyünü oxudu, sonra onu ətrafındakı zabitlərə göstərdi:
-Эти американцы действительно торгаши: и нам, и немцам. Для них ничего святого нет! Лишь бы деньги дали.
Sonra əlindəki şokоladın birini bir neçə hissəyə böldü, zabitlərə uzatdı. Qalanların isə kiçik leytenanta verdi ki, rabitəçi qızlara çatdırsın.
-Теперь покажи, где вы находитесь?- deyə Polkovnik Əjdəri döyüş xəritəsinin arxasına apardı.
Əjdər bircə anın içində karandaşla aldıqları səngərləri və harada yerləşdiklərini xəritəyə çəkdi və ayağa qalxdı:
-Мне надо идти! Разрешите? Ашраф там один!
-Подожди земляк! Попей со мною чаю!- Polkovnik Morozov özünün də Azərbaycandan olduğunu onun yadına saldı.
-Товарищ командир, еще успеем!
-Mожете идти! –deyə Polkovnik Morozov onu saxlaya bilmədi. Binoklla səngərlərə qədər onu müşahidə etdi. Gözdən itdikdən sonra nə baş verdiyindən xəbərdar ola bilmədi.
Dərənin içində partlayan minomyot gülləsi Əjdəri qaldırıb yerə vurdu.
***
Dostunun gəlmədiyindən nigarançılıq Əşrəfi sakit oturmağa qoymurdu. İki nəfər kəşfiyyatçını geriyə göndərdi ki, gedib öyrənsinlər, o harada qaldı. Ürəyinə min fikir gəlirdi.
Çox çəkmədi ki, əsgərləri geriyə döndülər. Ona xəbər verdilər ki, Əjdər ağır yaralanıb, onlardan otuz-qırx metr aralı səngərdədir. Əşrəfi görmək istəyir.
Elə bir onun başına qaynar su tökdülər. Qulaqlarına inanmadı. Nə edəcəyini bilmirdi. Kəşfiyyatçılar komandirin halının dəyişdiyini o saat hiss etdilər.
-Товарищ командир, пойдемте, покажем! Oн Вас ждет!
Əşrəf dinməzcə onların arxasınca getdi.
Almanlar daha boş olan səngərlərini atəşə tutduqlarından, sürünə-sürünə sökülmüş divarın arxasına keçdilər. Şəfqət bacısının onlara əl etdiyi gördülər. Əşrəf anladı ki, Əjdər ordadır.
Şəfqət bacısı onun çiynini divara söykəmiş, qarnından axan qanı saxlamaq istəyirdi. Ağrıdan və halsızlıqdan Əjdərin gözləri yumulurdu. Əşrəfin ayaq səsi sanki onu oyatdı:
-Qədeş, gəldin? Ölürəm.
-Əjdər, özünü ələ al! Hər şey yaxşı olacaq!
-Yox, mən axırımı hiss edirəm. Ancaq narahat getmək istəmirəm. Ümidim sənədir...
Xızıda qoca xəstə atam bir də iki yaşlı qızım qalıb. Bu gün mənə məktub verdilər. Məktubu cibimdən götür! Yazırlar ki, arvadım ölüb. Atama və balama isə baxan yoxdur... Qərdeş, onları sənə tapşırıram, halal et...
Bir anın içində Əjdər keçindi. Əşrəf yerindəcə donub qalmışdı. Nə baş verdiyini anlamaq istəmirdi. Gözlərinin yaşardığını hiss etdi.
Əjdərin yerdən başını qaldırıb dizinin üstünə qoydu və əlilə onun gözlərini bağladı, sonra dediyi məktubu cibindən çıxartdı, öz döş cibinə qoydu.
***
Atəşin kəsilməsindən istifadə edərək Əşrəf, Yusif və bir neçə əsgər Əjdərin cəsədini Volqanın yaxınlığındakı təpəliyə apardılar. Qəbir qazıdılar və basdırdılar.
Qəbir itməsin deyə qalın baş daşının üstünə dəmir lövhə vurdular və Əjədərin adını, familiyasını atasının adını, doğulduğu yerin adını yazdılar. Yusif cibindən balaca Quran çıxartdı. "Yasin" surəsini oxudu. "Fatihə" çəkib batalyona qayıtdılar.
Səngərə qayıdan Əşrəfin dərddən ürəyi partlayırdı. Nə qədər çalışırdısa, özünü sakit edə bilmirdi. Birdən yadına məktub düşdü.
Məktubun üzərində Əjdərin qurumuş qanının izini gördü. Əşrəfin əlləri titrədi. Məktubu açmağa gücü çatmadı. Başı fırlandı. Təzədən məktubu döş cibinə qoydu.
-İndi bunun oxumağın, heç bir əhəmiyyəti yoxdur. Allah can sağlığı versin! Verdiyim sözə əməl edə bilim. Yaradan o imkanı yaradan kimi məktubun üstündəki adresi oxuyacağam.
***
1944-cü ilin qışında Karpat dağlarında kəşfiyyat batalyonunun komandiri kapitan Əşrəf Cəfərli mərmi qəlpəsindən ayağından yaralandı. Qəlpə onun dabanının sümüyünü siyirib aparmışdı.
Aldığı bu yaradan sonra onun cəbhə macəraları qurtardı. hospitalın hərbi komissiyası Əşrəfi "komisovat" etdi və yarası sağalan kimi Vətənə qayıtmasına icazə verdi.
Hərbi komissiyanın qərarından sonra Əşrəf hələ iki həftə hospitalda qalmalı oldu. Hələ dabanını yerə basa bilmirdi.
Əşrəfi müalicə edən həkim evə necə tələsdiyini hiss etmişdi. İkinci həftənin axırında dabanını yerə basa bildiyini görən həkim, özüylə bir əsa da gətirdi, onun üçün düzəltdirmişdi:
-Tam sağalana qədər bununla gəz! Dabana güc düşməsin. Sümüklərini bir-birinə güclə bitişdirmişəm. Çox gəzmək olmaz! Gərək dözəsən.- deyə həkim ona sonuncu göstərişlərini verdi.
***
Qərbi Ukraynadan Cənuba gedən qatarın pəncərəsindən dağıdılmış kəndləri, şəhərləri seyr edən Əşrəf birinci dəfə idi ki, müharibənin gətirdiyi faciənin miqyasını öz gözü ilə görürdü.
-Görəsən, Bakıya bomba atıblar?-deyə düşünürdü.-Ola bilməz? Deyirlər, Bakını yaman qoruyurlar.
Birdən Əjədər gözünün qarşısına gəldi. Yadına onun vəsiyyəti düşdü. Əlini döş cibinə saldı, iki ildən artıq təbərrük kimi ürəyinin üstündə daşıdığı məktubu çıxartdı. Etdiyi əhdə sadiq qalaraq oxumaq istədi. Üzündəki təbəssüm bircə anın içində yoxa çıxdı.
Birinci dəfə ünvana baxdı."Azərbaycan, Bakı, Xızı kəndi. Cəbrayılvov Hüseyn". Hüseyn kişi Əjdərin atası idi. Məktubun içinə baxmadı.
"Özgənin məktubunu oxumazlar" - anasının uşaqlıqda dediyi sözləri yadına düşdü. Ürəyində bir neçə dəfə ünvanı təkrar etdi. Beynində plan cızdı: Bakıya gələn kimi Xızıya gedəcək, Hüseyn kişiyə və Əjdərin balasına baş çəkəcək.
***
Dostları ilə paylaş: |