Ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı Fəsil 1 Giriş



Yüklə 0,6 Mb.
səhifə9/9
tarix06.03.2017
ölçüsü0,6 Mb.
#10424
1   2   3   4   5   6   7   8   9

6.8.3. YADİDP və ailə
Bu sahədə əsas prioritet istiqamət cəmiyyətin nüvə strukturu hesab edilən ailənin, ailədaxili münasibətlərin möhkəmləndirilməsi, inkişaf etdirilməsi və bununla güclü dövlətin qurulmasına, ümumiyyətlə ölkənin tərəqqisinə təkan və töhfə verməkdən ibarətdir.

Ailə siyasəti sahəsində, YADİDP çərçivəsində əsasən aşağıdakı prioritet istiqamətlər üzrə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur:




  • ailə siyasətinin gücləndirilməsi;

  • ailə institutunun qorunması və onun inkişafının təmin edilməsi;

  • ailədə gender bərabərliyinin təmin edilməsi;

  • ailədaxili münasibətlərin möhkəmləndirilməsi;

  • ailə zorakılığının profilaktikası və nəticələrinin aradan qaldırılması;

  • erkən nikaha daxil olmanın qarşısının alınması.



Ailə siyasətinin gücləndirilməsi sahəsində əsas istiqamətləri demoqrafik problemlər, ailə planlaşdırılması, reproduktiv sağlamlıq, ailələrin sosial müdafiəsi təşkil edəcəkdir.

Ailə institutunun qorunması və onun inkişafının təmin edilməsi sahəsində

ailənin dəstəklənməsinin normativ hüquqi və institusional bazası təkmilləşdiriləcəkdir, qloballaşmanın ailələrə təsirini öyrənmək məqsədilə müqayisəli tədqiqatlar keçiriləcək və tədqiqatların nəticələri əsasında ailə üzrə indikatorlar işlənib hazırlanacaq, respublikada ailə-demoqrafiya proseslərinin proqnozlaşdırılması və modelləşdirilməsi həyata keçiriləcəkdir.



Ailədə gender bərabərliyinin təmin edilməsi sahəsində gender bərabərliyi prinsiplərini nəzərə almaqla ailə problemləri üzrə tədqiqatlar aparılacaq, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin gender təhlili aparılaraq , zəruri hallarda mövcüd qanunvericiliyə müvafiq düzəlişlər ediləcəkdir.

Ailədaxili münasibətlərin möhkəmləndirilməsi sahəsində ailə çərçivəsində asudə vaxtın təşkili ilə bağlı layihələr (ailəvi turizm, ailəvi idman tədbirləri və s.) işlənib hazırlanacaq və həyata keçiriləcəkdir. Eyni zamanda psixoloji yardım üzrə ixtisaslaşan ailə məsləhət mərkəzlərinin yaradılması nəzərdə tutulmuşdur.

Ailə zorakılığının profilaktikası və nəticələrinin aradan qaldırılması sahəsində məişət zorakılığı ilə bağlı real vəziyyətin aşkar edilməsi üçün reprezentativ tədqiqatlar aparılacaq, zorakılıq hərəkətləri törətmiş şəxslərlə iş üzrə proqramlar işlənib hazırlanacaq və həyata keçiriləcəkdir, zorakılıq qurbanları üçün dövlət sığınacaqlarının və böhran mərkəzlərinin təşkili sahəsində qanunvericilik bazası yaradılacaqdır.

Erkən nikaha daxil olmanın qarşısının alınması sahəsində erkən nikah hallarına yol vermiş şəxslərin məsuliyyətinin artırılması istiqamətində müvafiq tədbirlər görüləcəkdir.

Fəsil 7
İnstitusional siyasət və səmərəli idarəetmə
7.1. Yoxsulluqla əlaqə
Yoxsulluğun azaldılması sahəsində siyasətin uğurla həyata keçirilməsi üçün müvafiq qanunvericiliklə tənzimlənən və münasib ədliyyə sistemi ilə möhkəmləndirilən, eləcə də peşəkar kadrlarla təmin olunan güclü, şəffaf və cavabdeh ictimai təsisatların mövcudluğu zəruridir. Bu baxımdan, yoxsulluğun azaldılması milli səviyyədə ictimai təsisatların səmərəli fəaliyyətindən və onların təsirlilik səviyyəsindən çox asılıdır. İnstitusional təkmilləşdirmə tədbirlərinin ardıcıl olaraq həyata keçirilməsi, dünya təsərrüfat sisteminə inteqrasiya və rəqabət qabiliyyətliliyin təmin edilməsi üçün zəruri olan adaptiv dəyişikliklərin əsas mahiyyətini təşkil edir.

YADİDP dövlət sektorunda islahatların aparılmasını və səmərəli idarəetmənin təmin edilməsini yoxsulluğun azaldılmasında mərkəzi amil kimi qəbul edərək, Azərbaycanın bu istiqamətdə 2015-ci ilin sonunadək AB-nin norma və standartlarına uyğunlaşmasının təmin edilməsini zəruri hesab edir.


7.2. Mövcud vəziyyət və əsas problemlər
1991-ci ildə müstəqillik əldə etdikdən sonra, Azərbaycan Respublikası mürəkkəb siyasi və institusional inkişaf dövrü keçmişdir. Sovet İttifaqının dağılması nəticəsində ittifaqdaxili təsərrüfat əlaqələrinin pozulması, Ermənistan tərəfindən Azərbaycanın ərazisinin beşdə birinin işğal edilməsi 20 mindən çox insanın ölümünə, bir milyon nəfərin qaçqın və məcburi köçkünə çevrilməsinə səbəb olmuş və yaranmış vəziyyət institusional islahatların aparılmasına maneçilik törətmişdir.

Ötən əsrin sonlarından etibarən ölkədə idarəetmə standartlarının təkmilləşdirilməsi, dövlət idarəetmə sisteminin yenidən qurulması və dövlət təsisatlarının transformasiyası məqsədilə institusional islahatların həyata keçirilməsinə başlanılmışdır. İnstitusional islahatlar prosesini istiqamətləndirmək məqsədilə 1998-ci ildə dövlət idarəetmə sistemində islahatların aparılması üzrə Dövlət Komissiyası yara­dılmış və aşağıdakı 4 istiqamətdə işçi qrupu fəaliyyətə başlamışdır:



  1. dövlət xərclərinin idarəolunması sisteminin yenidən qurulması;

  2. audit sistemində islahatlar;

  3. dövlət idarəetmə sistemində islahatlar;

  4. məhkəmə-hüquq islahatları.

Ötən dövr ərzində bu sahədə nəzərəçarpacaq irəliləyişlər əldə olunmuş, bazar iqtisadiyyatında əhəmiyyəti olmayan müvafiq qurumların ləğv edilməsi ilə dövlət təsisatlarının sayı optimallaşdırılmış, bir sıra mərkəzi icra hakimiyyəti orqanlarının səlahiyyət və funksiyaları dəqiqləşdirilmiş, eləcə də onların müvafiq strukturlarının birləşdirilməsi və ya ləğv edilməsi yolu ilə funksional təkmilləşdirilməsi həyata keçirilmişdir. Həmçinin dövlət qurumlarının tənzimləmə və təsərrüfat funksiyalarının bir-birindən ayrılması sahəsində əhəmiyyətli uğurlar əldə olunmuşdur.

Dövlət qulluğu sahəsində qanunvericilik bazasının formalaşdırılması məqsədilə 2000-ci ildə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublıkasının Qanunu qəbul olunmuş və ötən dövr ərzində ona bir sıra əlavə və dəyişikliklər edilmişdir. Dövlət qulluğu sistemində islahatların davam etdirilməsi məqsədilə və yuxarıda qeyd olunan Qanunun tələblərindən irəli gələrək, 2005-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya yaradılmış və ölkə Prezidentinin 2005-ci il 3 iyun tarixli Fərmanı ilə bu Komissiya haqqında Əsasnamə təsdiq edilmişdir. Eyni zamanda, dövlət qulluğu sahəsində islahatların sistemliliyini təmin etmək üçün Dövlət Qulluğunu İdarəetmə Şurası təsis olunmuşdur. Dövlət qulluğu sistemində aparılan islahatlara uyğun olaraq, dövlət qulluqçularının əməkhaqları davamlı şəkildə artırılmış və sosial müdafiəsi gücləndirilmişdir. “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir.

Həyata keçirilmiş məhkəmə və hüquq islahatları nəticəsində milli qanunvericilik bazasının beynəlxalq norma və standartlara uyğunlaşdırılması aparılmış, ədliyyə sistemi təkmilləşdirilmiş, yeni üçpilləli məhkəmə sistemi yaradılmış, eləcə də hakimlərin seçilməsi üçün yeni prosedurlar müəyyənləşdirilərək, onlar üçün imtahan və test sistemləri tətbiq edilmişdir. Həmçinin yoxsul əhalinin hüquqları və hüquqi müdafiə mexanizmləri barədə maarifləndirmənin təşkil edilməsi, onlar üçün ödənişsiz və münasib hüquqi xidmətlərin təmin edilməsi məqsədilə hüquqi məsləhət xidməti mərkəzləri yaradılmışdır.

Azərbaycan AŞ-nın Korrupsiyaya qarşı Dövlətlər Qrupuna (GRECO), İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) çərçivəsində İstanbul Antikorrupsiya Fəaliyyət Planına və Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsünə (MHŞT) qoşulmuşdur. 2004-cü ildə “Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramı (2004-2006-cı illər)” qəbul edilmiş və korrupsiyaya qarşı mübarizənin hüquqi əsaslarını möhkəmləndirmək üçün qanunvericilik bazasına müvafiq dəyişikliklər edilmişdir. “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun icrasını təmin etmək məqsədilə Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiya, eləcə də Baş Prokuror yanında korrupsiyaya qarşı mübarizə idarəsi yaradılmışdır. Eyni zamanda, “Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya” və “Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı fəaliyyət planı (2007-2011-ci illər)” qəbul edilmişdir.

Nəzərəçarpacaq uğurlardan biri də Azərbaycan Respublikasının 2003-cü ildə Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsünə qoşulmasıdır. Bu məqsədlə yaradılmış MHŞT üzrə Milli Komissiya Azərbaycanda fəaliyyət göstərən beynəlxalq neft şirkətləri və milli QHT Forumu ilə anlaşma memorandumu imzalamışdır. Dövlət neft gəlirlərinin ölkənin mənafeyi üçün səmərəli və şəffaf şəkildə idarə olunması vasitəsilə “qara qızılın insan qızılına çevrilməsi” vəzifəsini prioritet kimi müəyyənləşdirmişdir. 2005-ci ildə Azərbaycan hasilat sənayesindən əldə olunan dövlət gəlirlərinə dair ilk hesabatı MHŞT üzrə Komissiyaya təqdim edərkən bu öhdəlik xüsusi qeyd edilmişdir. Bu hesabat vətəndaş cəmiyyətinin fəal iştirakı ilə beynəlxalq audit şirkəti tərəfindən hazırlanmışdır.

Əks-mərkəzləşdirmə prosesinə 1999-cu ildə 2667 bələdiyyənin yaradılması ilə başlanılmışdır. Bələdiyyələr hazırda həyata keçirilən islahatlar nəticəsində əks-mərkəzləşdirmə və vətəndaş cəmiyyətinin demokratikləşdirilməsi, eləcə də əhalinin səfərbər olunması və yerlərdə yoxsulluqla birgə mübarizə sahəsində mühüm rol oynayan qərarverici quruma çevrilmişdir.

Lakin mövcud təcrübə göstərir ki, bələdiyyələr, əsasən, qanunvericilikdə qeyri-müəyyənliklərin, eləcə də onlarla digər yerli icra qurumları arasında hüquq və səlahiyyət bölgüsündəki boşluqların olması, həmçinin öz yeni funksiyalarını səmərəli şəkildə həyata keçirmək üçün maliyyə vəsaitinin çatışmazlığı kimi problemlərlə qarşılaşırlar. Yerlərdə sosial-iqtisadi inkişafa dair məsələlərin həyata keçirilməsi, eləcə də yoxsulluğun azaldılmasında bələdiyyələrin rolunun artırılması məqsədilə onların potensialının gücləndirilməsinə ehtiyac vardır.

Azərbaycan Respublikası 2005-ci ildə BMT-nin İnsan Hüquqları üzrə Şurasına qəbul olunmuş, bununla da, insan hüquqlarının və əsas azadlıqların qorunması və inkişaf etdirilməsi, o cümlədən irqçilik və irqi ayrı-seçkiliklə mübarizə, uşaq hüquqlarının, eləcə də mülki və siyasi hüquqların qorunması, gender bərabərliyi, qadınların cəmiyyətdə rolunun artırılması və digər məsələlər üzrə öhdəliyini bir daha təsdiq etmişdir. Ölkə insan hüquqlarına dair bütün əsas beynəlxalq və regional sazişlərə qoşulmuş və 2001-ci ildə İnsan hüquqları üzrə müvəkkil (Ombudsman) Aparatının yaradılması da daxil olmaqla, bu sahədə müvafiq tədbirlərin həyata keçirilməsi istiqamətində mühüm addımlar atmışdır. Azərbaycan Respublikasının obyektiv meyarlar kimi qəbul etdiyi insan hüquqlarına dair müddəalar AB-nin norma və standartlarının ana xəttini təşkil edir və YADİDP-in prioritet istiqamətlərində ayrıca qeyd edilməsə də, siyasət tədbirlərinin əksəriyyətində nəzərə alınmışdır.



7.3. YADİDP və səmərəli idarəetmə
YADİDP dövlət idarəetmə sahəsində beynəlxalq miqyasda mütərəqqi hesab edilən təcrübə və standartların tətbiq edilməsinin əhəmiyyətini qəbul edərək, bu prosesin yoxsulluğun azaldılması strategiyasında aparıcı rol oynadığını vurğulayır. Bu baxımdan, YADİDP-də yoxsulluğun azaldılması sahəsində siyasətin uğurla həyata keçirilməsi üçün münasib ədliyyə sistemi ilə möhkəmləndirilmiş, müvafiq qanunlarla tənzimlənən və peşəkar kadrlarla təmin olunan güclü, şəffaf idarəetmə institutlarının mövcudluğu vacibdir.

YADİDP çərçivəsində səmərəli idarəetmə və institusional siyasət sahəsində əsasən aşağıdakı istiqamətlərdə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur:



  • dövlət idarəetmə sisteminin təkmilləşdirilməsi;

  • dövlət qulluğu sistemində islahatlar;

  • məhkəmə-hüquq islahatları;

  • korrupsiyaya qarşı mübarizə;

  • mineral ehtiyatların hasilatı ilə məşğul olan sənaye sahələrində şəffaflıq təşəbbüsü;

  • əks-mərkəzləşdirmə və vətəndaş cəmiyyətinin inkişaf etdirilməsi;

  • insan hüquqları üzrə beynəlxalq norma və standartların tətbiq edilməsi.

Dövlət idarəetmə sisteminin təkmilləşdirilməsi. Bu sahədə islahatlar əsasən dövlət qurumlarının səlahiyyətlərinin və strukturunun optimallaşdırılmasına, eləcə də nəqliyyat, telekommunikasiya, yanacaq-energetika və digər sahələrdə təsərrüfat və tənzimləmə funksiyalarının bir-birindən ayrılmasına istiqamətlənəcəkdir. Eyni zamanda, dövlət idarəetməsində struktur islahatları zamanı meydana gələn ixtisarların mənfi təsirinin azaldılmasına dair tədbirlər planı hazırlanaraq həyata keçiriləcəkdir. YADİDP çərçivəsində vergi və gömrük orqanlarının fəaliyyəti, eləcə də dövlət xərclərinin idarə olunması prosesi və xəzinədarlığın işi təkmilləşdiriləcək, eləcə də beynəlxalq maliyyə uçotu standartlarına keçid yekunlaşdırılacaqdır.

Dövlət orqanlarının fəaliyyətinin səmərəliliyinin artırılması, onların şəffaflığının təmin edilməsi və bürokratiyanın azaldılması məqsədilə “Elektron hökumət” formalaşdırılacaq və inkişaf etdiriləcək, bu istiqamətdə Fəaliyyət Proqramı və mərkəzi icra orqanlarının internet səhifələrinə tətbiq olunacaq vahid standartlar hazırlanacaqdır. Qərarların qəbul edilməsi prosesində şəffaflığın artırılması və vətəndaş cəmiyyətinin bu proseslərdə fəal iştirakının dəstəklənməsi üçün qanun layihələrinin, habelə əhalinin həyat səviyyəsinə təsir göstərə biləcək qərarların ictimai müzakirəsi mexanizmi təkmilləşdiriləcəkdir.



Dövlət qulluğu sistemində islahatlar. Dövlət qulluğunun idarə edilməsi sisteminin təkmilləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın potensialı gücləndiriləcək, dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsi və rotasiya sistemi formalaşdırılacaq, dövlət qulluğu sistemində daxili nəzarət təşkil ediləcək, eləcə də dövlət qulluqçularının etik davranış kodeksi və vətəndaşlarla davranış standartları tətbiq ediləcəkdir.

Dövlət qulluğuna qəbul mexanizminin təkmilləşdirilməsi məqsədilə qəbul sisteminə dair mövcud qanunvericilik təkmilləşdiriləcək, dövlət qulluğu vəzifələri üçün vəzifə təlimatları, şərtləri və tələblərinin hazırlanması işi gücləndiriləcək, dövlət qulluqçularının hazırlanması üçün Fəaliyyət Planı hazırlanacaq, eləcə də dövlət qulluğuna qəbul imtahanlarının keçirilməsi təkmilləşdiriləcəkdir.

Yüksək ixtisaslı kadrların dövlət qulluğuna cəlb olunması və onların işinin keyfiyyətinin yaxşılaşdırılması üçün onların sosial müdafiəsi sistemi gücləndiriləcəkdir. Eyni zamanda, təlimlər vasitəsilə dövlət qulluqçularının dövlət idarəetməsi, korrupsiyaya qarşı mübarizə, gender və digər sahələrdə potensialı gücləndiriləcəkdir.

Məhkəmə-hüquq islahatları. Əhalinin, xüsusən də yoxsul və həssas qrupların, hüquqi təsisatlardan və müvafiq xidmətlərdən istifadə imkanlarının artırılması məqsədilə məhkəmə-hüquq islahatları davam etdiriləcəkdir.

Yoxsul əhalinin öz hüquqları barədə maarifləndirilməsi və onlara ödənişsiz hüquqi yardım xidmətinin göstərilməsi üçün regionlarda hüquqi məsləhət xidmətləri mərkəzlərinin şəbəkəsi genişləndiriləcək, eləcə də əhalinin hüquqi təsisatlara müraciət etmək imkanlarının genişləndirilməsi məqsədilə digər zəruri tədbirlər görüləcəkdir.

Eyni zamanda, məhkəmə-hüquq sistemi işçilərinin peşəkarlıq səviyyəsinin artırılması üçün məhkəmə-hüquq işçilərinin potensialı gücləndiriləcək, eləcə də məhkəmələrin fəaliyyətində yeni texnologiyaların istifadəsi genişləndiriləcəkdir.

Təqsirləndirilən şəxslərin və məhkumların hüquqi biliklərinin artırılması, onların saxlanma şəraitinin yaxşılaşdırılması və sağlamlığının qorunması hüququnun təmin edilməsi məqsədilə penitensiar müəssisələrin tibbi-sanitariya və müalicə müəssisələri müasirləşdiriləcək, istintaq təcridxanalarının və cəzaçəkmə müəssisələrinin mühafizə sistemi gücləndiriləcək, kitabxanalar və idman meydançaları yaradılacaq, eləcə də məhkumlar arasında maarifləndirmə işi genişləndiriləcəkdir.

Məhkumların cəmiyyətə yenidən inteqrasiya və adaptasiya olunması istiqamətində onların azadlığa buraxıldıqdan sonra əmək bazarının tələblərinə cavab verən peşələrə yiyələnməsi məqsədilə cəzaçəkmə müəssisələrində istehsal sahələrinin yaradılması davam etdiriləcək, eləcə də həmin şəxslərin cəmiyyətə yenidən inteqrasiyası prosesinə yardım etmək məqsədilə əhali arasında maarifləndirmə gücləndiriləcəkdir.

Yuvenal ədliyyənin inkişaf etdirilməsi məqsədilə yuvenal hakimlər korpusu və müstəqil Yuvenal Polis Departamenti təsis ediləcək, yuvenal məhkəmə işləri ilə məşğul olan hüquqşünasların (vəkillərin) bacarıqları artırılacaq, eləcə də yuvenal ədliyyə sistemi modeli yaradılaraq, seçilmiş pilot rayonlarda tətbiq ediləcəkdir.

Əhali haqqında daha dəqiq və etibarlı məlumat mənbəyinin formalaşdırılması məqsədilə Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri yaradılmışdır. Bu zaman, yeni doğulmuş körpələr və uşaqlar arasında ölüm hallarının monitorinqinin təkmilləşdirilməsi məqsədilə ucqar bölgələrdə yeni doğulmuş uşaqların qeydiyyatının yaxşılaşdırılmasına xüsusi diqqət yetiriləcəkdir.

Eyni zamanda, qanunvericiliyə uyğun olaraq hüquqi şəxslər barədə məlumat bankının formalaşdırılması işi davam etdiriləcəkdir.

YADİDP çərçivəsində məhkəmə-hüquq orqanlarının maddi-texniki bazası gücləndiriləcək, məhkəmə ekspertizası işinin avadanlıq təminatı yaxşılaşdırılacaq, eləcə də ədliyyə orqanları binalarının Dövlət İnvestisiya Proqramı çərçivəsində tikintisi və bərpası işi təşkil ediləcəkdir.

Korrupsiyaya qarşı mübarizə. YADİDP çərçivəsində mövcud normativ hüquqi aktların korrupsiyaya qarşı mübarizə baxımından ekspertizası həyata keçiriləcək, hüquq mühafizə orqanlarının korrupsiya ilə mübarizə sahəsində potensialı gücləndiriləcək, maarifləndirmə və təlimlər təşkil ediləcək, korrupsiya hüquqpozmalarına qarşı mübarizəni həyata keçirən yerli və beynəlxalq təşkilatlar arasında əməkdaşlıq genişləndiriləcək, eləcə də kompleks monitorinq sistemi və vahid informasiya bazası yaradılacaqdır. Korrupsiya ilə bağlı cinayətlər haqqında dövri statistik hesabatlar tərtib edilərək mütəmadi olaraq ictimaiyyətə çatdırılacaqdır.

Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü. MHŞT barəsində ictimai məlumatlılıq artırılacaq, bu sahədə beynəlxalq təşəbbüslərdə iştirak genişləndiriləcək, müvafiq hesabatların müntəzəm nəşri davam etdiriləcək, eləcə də maraqlı tərəflərin bu təşəbbüsdə iştirakı dəstəklənəcəkdir.

Əks-mərkəzləşdirmə və vətəndaş cəmiyyətinin inkişaf etdirilməsi. YADİDP çərçivəsində bələdiyyələrin fəaliyyəti təkmilləşdirilərək, onların potensialı gücləndiriləcəkdir. Belə ki, yerli özünüidarəetmə və yerli icra hakimiyyəti orqanları arasında hüquq və səlahiyyət bölgüsünü dəqiqləşdirmək məqsədilə bələdiyyələrin fəaliyyətini tənzimləyən qanunvericilik bazası təkmilləşdiriləcək və burada mövcud olan boşluqların aradan qaldırılması üçün müvafiq ekspertizalar aparılacaqdır.

Bələdiyyələrin maliyyə əsaslarının gücləndirilməsi üçün dövlət büdcəsindən bələdiyyə büdcələrinə dotasiyanın ayrılması mexanizmi təkmilləşdiriləcək, yerli vergi və ödənişlərin toplanmasında bələdiyyələrlə Azərbaycan Respublikası Vergilər Nazirliyinin müvafiq idarələri arasında əməkdaşlıq gücləndiriləcək, bələdiyyələrə aid əmlakla əlaqədar müvafiq sənədlərin verilməsi prosesi sürətləndiriləcəkdir.

Bələdiyyələrin institusional inkişafının gücləndirilməsi tədbirləri davam etdiriləcəkdir. Bələdiyyə assosiasiyalarının yaradılması dəstəklənəcək, eləcə də bələdiyyələrin maliyyə-təsərrüfat fəaliyyəti üzərində dövlət və ictimai nəzarət mexanizmi təkmilləşdiriləcəkdir. Bələdiyyələrin potensialının inkişaf etdirilməsi məqsədilə bələdiyyə üzvləri və bələdiyyə qulluqçularının bacarıqlarının inkişaf etdirilməsi üçün təlimlər təşkil olunacaq, bu sahədə ölkə daxilində və beynəlxalq səviyyədə təcrübə mübadiləsinin genişləndirilməsi, eləcə də dövlət təhsil sistemində bələdiyyə idarəçiliyi sahəsində ixtisaslaşmış kadrların hazırlanması dəstəklənəcəkdir.

YADİDP çərçivəsində vətəndaş cəmiyyətinin gücləndirilməsi, yerli əhəmiyyətli problemlərin həllində icmaların rolunun artırılması və icma əsaslı inkişafın dəstəklənməsi məqsədilə QHT-lərin fəaliyyəti dəstəklənəcəkdir.



İnsan hüquqları üzrə beynəlxalq norma və standartların tətbiq edilməsi. Azərbaycan insan hüquqları üzrə beynəlxalq təşkilatlarda, o cümlədən BMT-nin yeni yaradılmış İnsan Hüquqları Şurasında fəal iştirakını davam etdirəcək, həmçinin regional və beynəlxalq konvensiyaları və standartları dəstəkləyəcəkdir. Bu konvensiyalar üzrə Azərbaycanın götürdüyü öhdəliklər, o cümlədən uşaqların hüquqlarının qorunması, irqçilik və irqi ayrı-seçkiliklə mübarizə, eləcə də gender bərabərliyi və qadınların cəmiyyətdə rolunun artırılması məsələləri YADİDP-in əksər siyasət tədbirlərində əks olunmuşdur.

Fəsil 8

İştirak və monitorinq
YADİDP-in başlıca xüsusiyyətlərindən biri yoxsulluğa qarşı mübarizədə hökumət, vətəndaş cəmiyyəti və beynəlxalq təşkilatların səylərinin bir araya gətirilməsinə yönəlmiş iştirak prosesidir. İştirak prosesinin əsas məqsədlərini aşağıdakı kimi ümumiləşdirmək olar:

  • yoxsulluğa qarşı mübarizədə hökumət nümayəndələri ilə vətəndaş cəmiyyəti və beynəlxalq təşkilatların səylərinin sıx şəkildə əlaqələndirilməsi;

  • hökumət və vətəndaş cəmiyyəti nümayəndələri arasında səmərəli dialoq prosesinin təkmilləşdirilməsi;

  • yoxsulluğun azaldılması istiqamətində dövlət strategiyası, eləcə də bu istiqamətdə həyata keçirilən dövlət proqramlarının icra vəziyyəti barədə əhalinin məlumatlılığının artırılması;

  • prioritetlərin daha düzgün müəyyənləşdirilməsi məqsədilə həyata keçirilən tədbirlərin əhalinin yaşayış səviyyəsinə təsirinə dair müzakirələrin genişləndirilməsi;

  • Dövlət Proqramının icra prosesinə əhalinin daha fəal cəlb edilməsi.

YADİDP-in icrasının ictimai monitorinq mexanizmi vasitəsilə izlənilməsinin təmin edilməsi ilə yanaşı, ölkədə həmin dövrdə sözügedən Dövlət Proqramının yekun nəticələrinin monitorinqi imkanlarının təkmilləşdirilməsi üçün müvafiq məlumatların toplanılması metodları və standartları təkmilləşdiriləcəkdir.





İXTİSARLAR


AB

Avropa Birliyi

ABŞBİA

ABŞ Beynəlxalq İnkişaf Agentliyi

ABŞ MTİF

ABŞ Mülki Tədqiqatlar və İnkişaf Fondu

ADİF

Abu-Dabi İnkişaf Fondu

AİB

Almaniya İnkişaf Bankı

AİF

Azərbaycan İpoteka Fondu

AQUPDK

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi

ANAMA (ƏMTMA)

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik

AMEA

Azərbaycan Milli Elmlər Akademiyası

AMEF

Azərbaycan Milli Elm Fondu

ARDNF

Azərbaycan Respublikasının Dövlət Neft Fondu

ARDNŞ

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti

ARPTK

Azərbaycan Respublikası Prezidenti yanında Təhsil üzrə Komissiya

AYİB

Avropa Yenidənqurma və İnkişaf Bankı

AsİB

Asiya İnkişaf Bankı



Avropa Şurası

ATƏT

Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı

ATU

Azərbaycan Tibb Universiteti

BİA

Beynəlxalq İnkişaf Assosiasiyası

BMK

Beynəlxalq Maliyyə Korporasiyası

BMT

Birləşmiş Millətlər Təşkilatı

BMT ƏF

BMT-nin Əhali Fondu

BMT İP

BMT-nin İnkişaf Proqramı

BMT QAK

BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarlığı

BMT QİF

BMT-nin Qadınlar üçün İnkişaf Fondu

BMT UF

BMT-nin Uşaq Fondu



Bələdiyyə Şuraları

BYİB

Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı

DB

Dünya Bankı

DƏİDK

Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi

DGK

Dövlət Gömrük Komitəsi

DİP

Dövlət İnvestisiya Proqramı

DİŞ

Dövlət İnvestisiya Şirkəti

DMX

Dövlət Miqrasiya Xidməti

DQİDK

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi

DQMK

Dövlət Qulluğu Məsələləri üzrə Komissiya

DSX

Dövlət Sərhəd Xidməti

DSK

Dövlət Statistika Komitəsi

DSS

Demoqrafiya və Sağlamlıq sorğusu

DSMF

Dövlət Sosial Müdafiə Fondu

DŞAK

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi

DTXK

Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi

ETM

Ev təsərrüfatlarının məlumatları

ETSN

Ekologiya və Təbii Sərvətlər Nazirliyi

ETT

Ev təsərrüfatlarının tədqiqatı

ƏƏSMN

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

ƏİFM

Əhalinin iqtisadi fəallığının müayinəsi

ƏN

Ədliyyə Nazirliyi

FHN

Fövqəladə Hallar Nazirliyi

Gİİ

Gender inkişaf indeksi

GİN

Gənclər və İdman Nazirliyi

GSVÖ

Gender Səlahiyyət Vermə Ölçüsü

HİK

Həmkarlar İttifaqları Konfederasiyası

HP

Hesablama Palatası

XİN

Xarici İşlər Nazirliyi

İAƏBYQA

İşğaldan Azad Olunmuş Ərazilərin Bərpası və Yenidən Qurulması üzrə Agentlik

İƏİT

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı

İİB

İslam İnkişaf Bankı

İİÇV

İnsanda immun çatışmazlığı virusu

İİƏA

İsveçrə İnkişaf və Əməkdaşlıq Agentliyi

İİN

İqtisadi İnkişaf Nazirliyi

İKT

İnformasiya və kommunikasiya texnologiyaları

KF

Küveyt Fondu

KQMK

Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiya

KTİBF

Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fond

KTN

Kənd Təsərrüfatı Nazirliyi

QHT

Qeyri-hökumət təşkilatı

QHTDDŞ

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurası

QİÇS

Qazanılmış immun çatışmazlığı sindromu

QKDK

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi

QMKİDK

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi

MB

Milli Bank

MDB

Müstəqil Dövlətlər Birliyi

MdTN

Mədəniyyət və Turizm Nazirliyi

MİM

Minilliyin İnkişaf Məqsədləri

MHŞT

Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü

MK

Məcburi köçkünlər

MKSİF

Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu

MM

Milli Məclis

MN

Maliyyə Nazirliyi

MST ASC

Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti

MTRŞ

Milli Televiziya və Radio Şurası

NATO

North Atlantic Treaty Organisation

NK

Nazirlər Kabineti

NN

Nəqliyyat Nazirliyi

OMXS

Ortamüddətli xərclər sxemi

RİTN

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi

RSS

Reproduktiv sağlamlıq sorğusu

SDA

Satınalmalar üzrə Dövlət Agentliyi

SEN

Sənaye və Energetika Nazirliyi

SİF

Səudiyyə İnkişaf Fondu

SİQ

Sahə işçi qrupu

SMPDA

Standartlaşdırma, Meteorologiya və Patent üzrə Dövlət Agentliyi

SN

Səhiyyə Nazirliyi

TACİS

Technical Assistance for the Commonwealth of Independent States

TN

Təhsil Nazirliyi

ÜDM

Ümumi daxili məhsul

ÜƏP

Ümumdünya Ərzaq Proqramı

ÜST

Ümumdünya Səhiyyə Təşkilatı

ÜTT

Ümumdünya Ticarət Təşkilatı

VN

Vergilər Nazirliyi

YADİDP

Yoxsulluğun azaldılması və davamlı inkişaf üzrə Dövlət Proqramı

YAİİDP

Yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı(2003-2005-ci illər)

YBƏB

Yaponiya Beynəlxalq Əməkdaşlıq Bankı

YİH

Yerli icra hakimiyyəti orqanları



Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin