Qazmada texnoloji MƏhlullar- qisa konspekt əlavə materialların kitabxanada olan kitablardan istifadə etməli



Yüklə 169,82 Kb.
səhifə1/12
tarix19.05.2023
ölçüsü169,82 Kb.
#117709
  1   2   3   4   5   6   7   8   9   ...   12
C fakepathKONSPEKT-QAZMADA TEXNOLOJ M HLULLAR




QAZMADA TEXNOLOJİ MƏHLULLAR-

QISA KONSPEKT




Əlavə materialların kitabxanada olan kitablardan istifadə etməli.
Quyuların yuyulması quyu dibindən qazılmış süxur hissəciklərinin qazıma məhlulu, köpük və yaxud qaz agentləri ilə yer üzərinə qaldırılaraq kənara atılması prosesidir. Neft və qaz quyularının qazılması fasiləsiz aparıldığından quyunun həlqəvi fəzasında toplanan süxur (şlam) hissəciklərini yer üzərinə qaldırmaqla bərabər məhlulun pisləşmiş parametrlərini nizamlamaq üçün qazıma məhlulunun dövranı da fasiləsiz aparılır.
Eyni zamanda quyuda qazıma məhlulunun fasiləsiz aparılması quyudibi mühərrikləri (turbin və həcmi) hidravlik enerji ilə təmin etməklə onun fasiləsiz iş rejimini təmin edir.
Yuyucu mayelərin növü və parametrləri qazımanın geoloji, texniki və texnoloji şəraitinə uyğun seçilir. Qazıma məhlulu quyuların qazılmasında müxtəlif və mürəkkəb vəzifələri yerinə yetirir. Qazıma prosesində işlədilən məhlul quyunun qazılması texnologiyasında müxtəlif əməliyyatlar apardığından bunlar texnoloji vəzifələr adlanır. Qazıma məhlulunun hər bir texnoloji vəzifəsi quyuların qazılmasında müəyyən məqsəd daşıyır. Quyudibindən qazılan süxur hissəciklərinin yer üzərinə qaldırılması, quyu divarınin uçmaqdan qorunması, quyudibindəki süxurların dağıdılması, kinetik enerjinin quyudibi mühərrikə çatdırılması və s. qazıma məhlulunun texnoloji vəzifələridir. Müxtəlif texnoloji vəzifələri yerinə yetirmək üçün qazıma məhlulu müəyyən keyfiyyətə malik olmalıdır. Tələb olunan keyfiyyəti əldə etmək üçün qazıma məhlulu kimyəvi işlənilməli və lazım gəldikdə ağırlaşdırılmalıdır.
Qazıma məhlulunun vəzifələri
Qazıma məhlulu quyuların yüksək sürətlə, təhlükəsiz qazılaraq yüksək lay məhsulunun quyudan çıxarılmasını təmin etməlidir. Qazıma zamanı qazıma məhlulu aşağıdakı vəzifələri yerinə yetirir:.
1.Hərəkət edən məhlulun hidrodinamiki vəzifəsi:
-qazılan süxurları quyu dibindən yer üzərinə qaldıraraq, ondan azad olması;
-nasoslardan aldığı enerjini quyudibi mühərrikə çatdırılması;
-quyudibindəki süxurun hidrodinamiki effektlə dağıdılması;
-baltada yaranan istiliyin ondan alınması.
2.Məhlulun sıxlığından asılı olaraq quyu divarına yaradılan hidrostatik təzyiqdən yaranan vəzifələri:
-quyu lüləsindəki laylardan qaz-su-neftin quyuya daxil olmaması;
-qazılmış süxur hissəciklərini və ağırlaşdırıcıları məhlul dövranı olmadıqda asılı vəziyyətdə saxlamaq;
-quyu lüləsinin diametrini sabit saxlamaq;
-tellənmə sisteminə düşən yükün azaldılması.
3.Quyu divarında gil qabığının yaradılmasının vəzifəsi:
-quyu divarında məsaməliliyin azaldılması;
-zəif sementli tökülən süxurların möhkəmləndirilməsi;
-qazıma və qoruyucu kəmərlərin quyu divarı ilə sürtünməsinin azaldılması.
4.Fiziki-kimyəvi vəzifələr:
-filtratın təsirinə baxmayaraq quyu divarı möhkəmliyinin saxlanılması;
-qazıma və qoruyucu kəmərlərin korroziyadan qorunması;
-məhsuldar horizontların təbii məsamələrinin qorunması;
-süxurların qazılma qabiliyyətinin yaxşlaşdırılmas

Yüklə 169,82 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin