Qazmada texnoloji MƏhlullar- qisa konspekt əlavə materialların kitabxanada olan kitablardan istifadə etməli



Yüklə 169,82 Kb.
səhifə4/12
tarix19.05.2023
ölçüsü169,82 Kb.
#117709
1   2   3   4   5   6   7   8   9   ...   12
C fakepathKONSPEKT-QAZMADA TEXNOLOJ M HLULLAR

Koaqulyasiya–səthləri (P-P) üzrə birləşmiş (müstəvi-müstəvi üzrə, səth-səth üzrə) gil hissəciklərinin aqreqat halına düşməsi, flokulyasiya isə - hissəciklərin və ya koaqulyasiyalaşmış aqreqatların səthinin tili (P-R) və ya tilin-til (R-R) ilə birləşməsidir. Gil hissəcikləri ilə aqreqat arasında qarşılıqlı təsir və qəbul olunmuş terminologiya şəkil 6.1-də verilmişdir. Hissəcikləri P-P üzrə birləşməsi aqreqtların ölçülərinin artmasına, xüsusi səthlərinin azalmasına və sistemin isə stabilliyin aşağı düşməsinə səbəb olduğu halda, P-R və ya R-R üzrə birləşməsində isə faza strukturunun yaranmasına və onların möhkəmliyinin təmasına gətirib çıxarır.
Beləliklə, yuma mayeləri, maye və müxtəlif dispersli və tərkibli bərk hissəciklərdən təşkil olunmuş geterogen dispers sistemdən ibarətdir. Dispers fazanı təşkil edən bərk hissəciklərin səthi kifayət qədər böyük olduğundan, bu səthlərin üzəridə bərk faza ilə maye arasında gedən qarşılıqlı təsir, qazıma məhlullarının xüsusiyətinə nəzərə çarpacaq dərəcədə təsir edir.

Şəkil 1. Gilli suspenziyada ayrı-ayrı hissəciklər və aqreqatlar arasındakı qarşılıqlı təsirlər
Yuma mayelərinin dispers sistemi adətən, dispers fazanın səthinə çəkilərək və su molekullarını sıxışdıra bilən həll olunmuş maddələrdən ibarətdir. Bu zaman, hissəciklərin səthində həll olunmuş maddələrin konsentrasiyası, onun mayedı olan konsentrasiyasından qat-qat çox ola bilər. Fazanın ayrılma sərhədində həll olunmuş maddələr konsentrasiyasının, bu maddələr həcmindıki konsentrasiyasına nisbətən artmasına adsorbsiya deyilir. Bərk və məsaməli cismlər səthinin qaz və mayeləri udmasına adsorbsiya deyilir. Adsorbsiya səthigərilmə ilə əlaqədardır.
Adsorbsiyanın qiyməti (Г), səthi gərilmə (σ) və həll olmuş maddələrin konsentrasiyası (C) arasındakı nisbət Gibbs bərabərliyi ilə təyin edilir.
(6.3)
burada, R – qaz debiti,
T – mütləq temperaturdur.
Adsorbsiya qabiliyyətinə görə, həll olan maddələr səthi-aktiv və səthi-inaktiv (qeyri-aktiv) olmaqla iki yerə bölünür. Ümumiyyətlə, adsorbsiya özbaşına (sərbəst) prosesdir.
Neft və qaz quyularının qazılması zamanı qazıma şəraiti müxtəlif olduğundan istifadə olunan qazıma məhlulları da tərkibinə və təyinatına görə müxtəlif olmalıdır. Qazıma məhlulları quyu divarına və qazımanın texnoloji proseslərinə böyük təsir göstərdiyindən o, müəyyən kimyəvi və fiziki xassələrə mailk olmalıdır.
İlk zamanlar qazımada yuyucu maye kimi sudan istifadə edilirdi. Qazıma prosesində qazılmış süxur hissəcikləri xüsusilə gillər suda həll olaraq stabil sistem təşkil edərək, kolloid məhluluna çevrilir. Qazıma təcrübəsi göstərdi ki, gilli suspenziyalar əksər hallarda qazıma şəraitini yaxşılaşdıraraq, quyu divarlarının uçulub tökülməsi hallarını azaldır, udulma, təzahür və s. kimi mürəkkəbləşmələrin qarşısını alır. Bu səbəbdən gilli məhlulunun tətbiqi geniş yayılır və uzun müddət quyuların qazılmasında istifadə olunur. Yuyucu məhlul kimi sudan istifadə olunması texnoloji və həm də iqtisadi cəhətcə çox sərfəlidir.
Mürəkkəbləşmiş yataqlarda dərin neft və qaz quyularının qazılmasında lay sularının minerallaşma dərəcəsinin lay təzyiqi və temperaturun, yaratdıqları mürəkkəbləşmələr qazmaçıları, tərkibinə və xüsusiyyətlərinə görə müxtəlif olan qazıma məhlullarının yaradılması və istifadə edilməsi məcburiyytəində qoymuşdur. Qazıma məhlulları qazımanın bütün texnoloji proseslərinə böyük təsir edən bir sıra müəyyən fiziki və kimyəvi xüsusiyyətlərə malikdir. Odur ki, quyulrın müvəffəqiyyətlə və səmərəli qazılması üçün ən vacib məsələlərdən biri qazıma məhlulu tərkibinin və tipinin düzgün seçilməsidir.
Müasir kimya və qazıma texnologiyasının inkişafı qazıma məhlulu parametrlərinin qazımanın müxtəlif etaplarında qazıma şəraitinə və məhsuldar qatın açılmasına lazımi təsir göstərə bilməsini kifayət dərəcədə tənzimlənməsinə imkan verir. Dərin neft və qaz quyularını mürəkkəbləşmə baş vermədən müvəffəqiyyətlə qazaraq layihə dərinliyinə çatdırmaq üçün intervallar üzrə qazıma məhlulunun reoloji xüsusiyyətləri və əsas parametləri ətraflı öyrənilərək nizamlanmalıdır.



Yüklə 169,82 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin