Neft əsaslı qazıma məhlul Bir neçə növ neft əsası qazıma məhlulu mövcuddur.Dizel yanacağı əsaslı qazıma məhlulunun tərkibinin 78-85% dizel yanacağıdır. Kalloid fazası isə məhlulun tərkibində təxminən 8-25% yüksək oksigenli bitum əlavə etməklə yaradılır.Bitumun əriməsi 150-1600C temperaturda baş verir. Reagent-stabilizator və eyni zamanda strukturyaradan kimi əhəngdən istifadə olunur. Əhəngin bituma olan nisbəti 1:1-dən 1:2 qədər olur.
Əsas komponentlərdən əlavə məhlulun struktur-mexaniki xüsusiyyətlərini dəyişdirmək üçün 0,5-0,2% СМАД-1 və 1-5% neft əlavə edilir.
Bu məhlul məhsuldar layların qazılmasında, geoloji cəhətdən çox mürəkkəb sahələrin qazılmasında (gillərin tökülməsində, gil layların şişərək quyu lüləsinin daralmasının qarşısının alınmasında, kaliy-maqnili duzların qazılmasında və s.) istifadə olunur. Neft əsaslı qazıma məhlulunun sıxlığını 2,2 q/sm3 qədər artırmaq olur.Neft əsaslı qazıma məhlulunun özlülüyünü artırmaq üçün məhlula bitum əlavə olunur, özlülüyü azaltmaq üçün isə məhlula 1-2% dizel yanacağı qatışdırılır.
Cədvəl 6.2
1 m3 neft əsaslı məhlul hazırlamaq üçün onun sıxlığından asılı olaraq sərf edilən reagentlər