Ağırlaşdırılmış qazıma məhlulu Yüksək lay təzyiqinə malik layları qazıdıqda lay-quyu sistemində təzyiqlər bərabərliyini təmin etmək üçün quyuların qazılmasında ağırlaşdırılmış qazıma məhlulundan istifadə olunur. Bu növ məhlulu hazırlamaq üçün quyudakı qazıma məhlulu kimyəvi reagentlərlə işlənilərək onun struktur-mexaniki xassəsi nizamlanır. Bu prosesdən sonra qazıma məhlulu böyük xüsusi çəkiyə malik olan ağırlaşdırıcıların hissəciklərini öz daxilində saxlayır. Qazıma məhlulunun daxilində olan ağırlaşdırıcının qatılığı artdıqca onun sıxlığı artır. İstifadə olunan ağır qazıma məhlullarının sıxlığı 1,4-2,4 q/sm3 arasında dəyişir və onların əsas parametrləri: özlülüyü 50-60s, SSG1 15-25 mqq/sm2, suvermə 3-5 sm3 olmalıdır. Qazıma məhlulunun ağırlaşdırılması məhlulun kimyəvi işlənilməsinin aparılması ilə pilləli aparılır. Xüsusi çəkisi 4,4 q/sm3 və nəmliyi 10% olan ağırlaşdırıcı ilə qazıma məhlulunun ağırlaşdırılmasının sərfi aşağıdakı cədvəldə göstərilir.
Cədvəl 6.3
1 m3 qazıma məhlulunun sıxlığını artırmaq üçün tələb olunan ağırlaşdırıcının sərfi, tonla.