Qazmada texnoloji MƏhlullar- qisa konspekt əlavə materialların kitabxanada olan kitablardan istifadə etməli


Qazıma məhlulunun əsas parametrləri



Yüklə 169,82 Kb.
səhifə5/12
tarix19.05.2023
ölçüsü169,82 Kb.
#117709
1   2   3   4   5   6   7   8   9   ...   12
C fakepathKONSPEKT-QAZMADA TEXNOLOJ M HLULLAR

Qazıma məhlulunun əsas parametrləri
Şərti özlülük – qazıma məhlulu axdıqda, onun hidravliki müqavimətini xarakterizə edir və СПВ-5 sabit çöl özlülük ölçənlə ölçülür. Qazıma məhlulunun şərti özlülüyünü ölçmək üçün dolça ilə götürülümş məhlul hissəsi xüsusi tordan keçirildikdən sonra təmiz halda özlülükölçənin qıfına tökülür. Qıfa tökülən məhlulun həcmi 700 sm3olmalıdır. Bunun üçün bir tərəfinin həcmi 500 sm3, digər tərəfini həcmi isə 200 sm3olan dolçadan istifadə edilir. Qıfın aşağısında daxili diametri 5 mm və uzunluğu 100 mm olan borucuğun aşağı ucu bağlanır. Qıfa doldurulmuş məhlulun şərti özlülüyünü ölçmək üçün qıfın bağlanmış aşağı ucunu açmaqla saniyəölçən işə salınır. Dolçanın həcmi 500 sm3 olan hissə dolduqda saniyəölçən saxalanılaraq şərti özlülük ölçüsü olan saniyələrin miqdarı müəyyən edilir.
Qazıma məhlulunun şərti özlülüyünü ölçməkdən əvvəl ölçülən məhlul su əsaslı olduqda su, neft əsaslı olduqda isə - solyarka ilə qıf isladılmalıdır.
Özlülük ölçənin düzgün işləməsi üçün onun içərisinə doldurulan şirin suyun 500 sm3-u 15 saniyəyə axmalıdır. Axma vaxtı 15 saniyədən çox olması diametri 5 mm-lik borucuğun içərisinin tutulması ilə əlaqədardır.



Şəkil 6.2. СПВ-5 özlülük ölçən:


1-özlülük ölçən, 2-tor, 3-ölçü
Sıxlıq–məhlulun vahid həcminin kütləsi olub q/sm3 ilə ölçülür. Quyudan qazla qatışıq çıxan məhlulun sıxlığı nisbi sıxlıq, iсərisində qaz fazası olmayan məhlulun sıxlığı həqiqi sıxlıq adlanır. Quyu şəraitində qazıma məhlulunun sıxlığı АГ-2, АГ-3ПП tipli areometr və piknometrlə ölçülür.
Areometr АГ-3ПП ölçü stəkanından, lüləli üzgəcdən və açılıb çıxarılan yükdən ibarətdir. Stəkan üzgəcə və çıxarılan yük stəkana yivlə birləşir. Üzgəcin üzərindıki lülədə iki bölgü olur ki, bunlardan biri yüklə birlikdə1,6-dan 2,4 q/sm3 sıxlığı, ikincisi isə yük olmadıqda 0,9-dan 1,7 q/sm3 sıxlıqlı məhlulu ölçməkdə istifadə olunur. Quyu şəraitində qazıma məhlulunun sıxlığını ölçmək üçün cihazın stəkanı qazıma məhlulu ilə doldurularaq üzgəcə bağlanılır. Areometr təmiz yuyulduqdan sonra su doldurulmuş vedrəyə salınır. Suyun yuxarı səthində olan bölgü qazıma məhlulunun sıxlığını göstərir.


Şəkil 6.3. АГ-2 tipli areometr:
1-bölgü, 2-həlqəvi xətt, 3-üzgəc, 4-stəkan, 5-asılan yük
Qazıma məhlulunun sıxlığı çox vacib göstəricidir, ki, onun köməyilə quyu dibinə düşın hidrostatik təzyiq müəyyən edilir.
Suvermə - 57 mm diametrli süzgəc kağızından 1 kq/sm2 təzyiqdə, 30 dəqiqə ərzində qazıma məhlulundan ayrılaraq süzülən suyun (filtratın) həcmini xarakterizə edir. Suvermə göstəricisi məhluldakı azad suyun təzyiq altında quyu lüləsindən laya süzülərək keçməsini xarakterizə edir. Təcrübə göstərir ki, mürəkkəb qazıma şəraitində kimyəvi işlənilmiş qazıma məhlulunun suverməsi 2,5-3,0 sm3-dan çox olduqda quyu lüləsindəki gilli süxurlar şişərək quyunun diametrini azaldır və məsaməli laylar qarşısında isə qalın gil qabığı yaranır. Belə halın yaranması mürəkkəbləşmələrə səbəb olur.
Qazılan quyu şəraitində məhlulun suverməsi BM-6 cihazı ilə ölçülür.

Şəkil 6.4. BM-6 cihazı:
1-vtulka, 2 – plunjer, 3 – təzyiq silindri, 4 – iynəvari klapan, 5 – qzıma məhlulu yığılan stıkan, 6 – süzgəc, 7 – metaldan süzgəc, 8-klapan, 9 – vint, 10-kronşteyn
O, üç hissədən ibarətdir: təzyiq yaradan, filtrli hissədən və ştativdən. Ölçü aparan zaman süzgəc kağızı suda isladılır, metldan olan süzgəcin üstünə qoyularaq içərisində qazıma məhlulu olan stəkanın altında yerləşdirilir və üstünə yağ tökülmüş plunjer qoyulur. Aparılan nizamlanma işlərindən sonra aşağı vint açılaraq saniyəölçənlə ölçü işləri aparılaraq filtratın miqdarı və filtrdə yaranan gil qabığının qalınlığı ölçülür.

Yüklə 169,82 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin