Qazmada texnoloji MƏhlullar- qisa konspekt əlavə materialların kitabxanada olan kitablardan istifadə etməli



Yüklə 169,82 Kb.
səhifə3/12
tarix19.05.2023
ölçüsü169,82 Kb.
#117709
1   2   3   4   5   6   7   8   9   ...   12
C fakepathKONSPEKT-QAZMADA TEXNOLOJ M HLULLAR

Həqiqi məhlullar – maddələr ayırıcı molekula – ölçülərinə qədər dispersləşdirilmişdir. Həqiqi məhlullar aşağı molekulalı və yuxarı molekulalığı ilə fərqlənirlər. Sonuncu uzun müddət hidrofil holloidlərə aid edilir. Aşağı molekulalı həqiqi məhlullarda molekulaların sayı ölçüləri 10 -dan çox olmur. Belə ki, suyun molekulasının orta diametri 3A0, kükürd-turşulu kalsiumunku – 7,7A0 bərabərdir. Həqiqi məhlullarda həll olunan maddələrlə mühit arasında sərhəd olmadığından onlar birfazalı sistemdir.
Kalloid məhlullar – bərk hissəciklər o dərəcəyə qədər dispersləşmişdir ki, onları adi mikroskopla görmək olmur, lakin yandan işıqlandırdıqda (şüa buraxdıqda) rahat seçilirlər (Tindal effekti). Burada kalloid hissəciklərin ölçüsü 10-1000A0 (1-100 mmk), xüsusi səthi isə 6·10-5-6·10-7 l/sm-ə qədər olur (1A0=10-8 sm-dir). Kalloid ölçülü molekulalar nazik kağız süzgəcdən (filtrdən) keçir, lakin ultra süzgəcdə ləngiyirlər.
Suspenziyalar - dispers fazanın hissəcikləri adi mikroskopda seçilir, daha doğrusu 1000 A0-dan böyük ölçüdə olurıar, onlar nazik kağız süzgəcdən keçmirlər (<6·10-5l/sm). Suspenziyalarda bərk fazalar hissəciklərin ölçülərinin yuxarı sərhəddi, verilmiş dispers sistemin hissəcikləri asılı vəziyyətdə saxlaması ilə müəyyən edilir. Bir çox suspenziyalar üçün asılı vəziyyətdə saxlanılan hissəciklərin ölçüləri 10-3 -10-4 sm (1-10 mmk) bərabər olur. Gilli məhlullarda adətən suspenziyalara aid olan 100 mmk ölçülü hissəciklər olur, lakin bununla birgə 10%-ə qədər 100 mmk ölçülü hissəciklər, daha doğrusu kalloid ölçülü hissəciklər olur.
Emulsiyalar – dispers mühit və dispers fazalar bir-birinə qarışmayan iki mayedən (su və neft məhsullarından) ibarət olur. Adətən, burda dispers mühit qarışığının çox hissəsini təşkil edən maye olur, az hissənini təşkil edən maye isə dispers faza olur. Lakin bir sıra hallarda emulqatorların köməkliyi ilə emulsiyanın fasiləsiz hissəsini (mühitini) mayenin az həcmli hissəsi olmasına nail olmaq olar. Emulsiyalar adətən ölçüləri 1-50 mk olan damcılardan ibarət olur. Daha doğrusu, yüksəkdispersli sistemə aiddir.
Gilli məhlulun tərkibində dispers hissəciklərin bütün növləri, molekulyar-dispers hissəcikdən başlamış kobud dispers hissəciklərə, qazılmış iri və ya uçulmuş süxur parçalarına qədər olduğundan, gilli məhlulu bu adları çəkilmiş dispers sistemlərin heç birinə aid etmək olmaz.
P.A.Rebinderə görə dispers sistem, əlaqəli dispers və qeyri-əlaqəli dispers sistemlərə bölünür. Əlaqəli dispers sistemdə dispers fazanın hissəcikləri bir-biri ilə toxunurlar, daxilində dispers mühir yaradan faza toru və ya çoxlu miqdarda bir-biri ilə əlaqəli yaçeykalar əmələ gəlirlər. Əksər yuma mayeləri, hissəciklər arasındakı əlaqə nazik dispersli (incə dispersli) xırda gil hissəciklərinin olması ilə əlaqədar olan, əlaqəli dispers mayelər kimi təqdim edilir. Lövhəciklər bir-biri ilə səthləri və ya tilləri ilə birləşə bilərlər. Ayrı-ayrı lövhəciklərin arasındakı əlaqənin xüsusiyyətindən asılı olaraq onlar koaqulyasiyaflokulyasiyaya ayrılırlar.

Yüklə 169,82 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin