6.2.Qazıma məhlulu dispers sistemdir Hər hansı məhlul iki və ya ikidən artıq komponentdən təşkil olunmuş (homogen) sistemdir. Sadəcə olaraq demək lazımdır ki, məhlul bir və ya bir neçə həll olunan komponentdən və həlledicidən ibarətdir. Ümumiyyətlə, istər həll olunan komponent, istərsə də həlledici bərk və ya maye, yaxd da qaz halında ola bilər. Həll olunan maddə (və ya maddələr) həlledici mühitdə xırda zərrəciklər şəklində müntəzəm olaraq yayılaraq məhlul adlanan yeni bir dispers sistem əmələ gətirir. Burada həll olunan maddə dispers faza, həlledici isə dispers mühit adlanır. Deməli, gilli məhlul, dispers sistem, həll olunan gil dispers faza və həlledici su isə dispers mühit adlana bilər. Dispers fazadan asılı olaraq bəzi maddələrin məhlulu normal məhlul adlanır. Belə məhlullar molekulyar dispers halda olur və burada həll olunan maddı (dispres faza) həlledici mühitə (dispers mühitə) molekulyar şəkildə yayılır. Həmin məhlulların xarakter əlaməti, onların şəffaf və daimi dayanıqlı olmalıdır. Bunlara misal, qəndin və ya duzun suda həll olmasını göstərmək olar. Belə məhlullar tam dispers sistemə aiddir.
Qazıma məhlulu həqiqi məhlullardan fərqlənir. Bu fərq suda həll olunan gilin içərisində molekulyar şəkildə deyil, yüzlərlə molekullardan ibarət olan xırda zərrəciklər şəklində yayılmasından yaranır. Burada dispers sistem zərrəciklərin ölçüsündən ibarət olduğu üçün, yarımdispers sistem təşkil edir. Deməli, gilli məhlul yarımdispers sistemdir. Belə sistemin xarakter əlamətləri, onun tutqun rəngdə olması və müvəqqəti dayanıqlığa malik olamasıdır. Bu müvəqqəti dayanıqlıq hissəciklərin (zərrəciklərin) ölçüsündən asılıdır. Bunlar 0,1 mm-dən 0,0001mm ölcüdə nisbətən çox dayanıqlı olur. Gilin su içərisində belə müxtəlif ölçülü hissəciklərə bölünməsinə onun disperslik dərəcəsi deyilir. Təbiətdə olan müxtəlif gillərin dipsersliyi də müxtəlifidr. Qazıma üçün yüksək dipsersli gillərdən istifadə olunur. Gilli məhlulun daxil olduğu yarımdispers sistem yuxarıdakı izahatlardan asılı olaraq iki qismə bölünür.
1.Alçaq yarımdispers sistem – bu yarımdispers sistemə suspenz məhlullar aid edilir.
2.Yüksək yarımdispers sistem – bu yarımdispers sistemə kalloid məhlullar aiddir.
Suda həll olunan gil 0,1-0,001 mm və daha kiçik ölçülü müxtəlif hissəciklərlə yayıldığı üçün gilli məhlul suspenz-kalloid məhlul hesab edilir. Hər şeydən əvvəl, yuxarıda göstərildiyi kimi, gilli məhlul sulu məhluldur. Belə məhlul çox vaxt məhsuldar layın açılmasında müsbət nəticələr verə bilmir. Bu səbəbə görə neftli-qazlı layların açılmasında susuz məhlullardan istifadə edilir. Belə məhlullara neft emulsiyalı və ya neft əsaslı məhlullar aiddir .Bu məhlullarda həlledici maye su deyil, üzvi və qeyri-üzvi maddələrdən ibarət olur.
Dispers fazaların ölçüləri 1 sm uzunluğa sıx yığılması mümkün olan hissəciklərin miqdarı ilə xarakterizə olunan disperslik dərəcəsi kimi başa düşülür. Beləliklə, disperslik hissəciklərin ölçüləri ilə tərs mütənasib olur. Öz növbəsində hissəciklərin ölçüləri və disperslik xüsusi səthə (bütün hissəciklərin ümumi səthinin dispersləşdirilən maddənin çəkisinə və ya həcminə düşən hissəsi, adətən 1 q və ya 1 sm3-a) təsir edir. Disperslik D, hissəciklərin orta ölçüləri a və xüsusi səth arasında aşağıdakı asılılıq var:
2/q
burada, - 1 q hissəciklərə düşən səth;
– 1 sm3 hissəciklərə düşən xüsusi səthdir;
– hissəciklərin(süxur) xüsusi çəkisidir, qq/sm3.
Dispers faza molükullarının ölçüsündən asılı olaraq dispers sistemlər aşağıdakı növləri ilə fərqləndirilir.