Mövzu:T
əfəkkürün əhəmiyyəti və əsas xüsusiyyətləri
T
əfəkkürün təbiəti.
Real al
əmin dərk edilməsi
duyğu və qavrayışla başlasa da,
onlarla bitmir və
idrak prosesl
əri təfəkkür prosesi ilə davam edir.
Duyğu və qavrayışdan alınan məlumatlar hissi
idrakın səviyyələri kimi təfəkkürün dərketmə
s
ərhədlərinin genişləndirilməsində həm prosessual,
h
əm də informasiya dayaqları rolunu oynayır.
T
əfəkkür proseslərinin gücündə idrak prosesi həm
d
ərinləşir, həm də genişlənir. Təfəkkür duyğu və qavrayışın köməyi ilə əldə edilmiş
bilikl
ərin ayrı-ayrı hissələrini müqayisə edir, qarşılaşdırır, fərqləndirir, münasibətləri
ayırd edir, yeni bilikləri kəşf edir və hissi idrakdan verilən şeylərin əlamətlərini
müc
ərrədləşdirir, qarşılıqlı əlaqələri aydınlaşdırır və gerçəkliyin mahiyyətinə vararaq
onu d
ərk edir. Təfəkkür reallığı onun münasibət və əlaqələrində onun çoxobrazlı
vasit
əli tərəfləri ilə birlikdə əks etdirir.
T
əfəkkürün əsas məqsədi cisim və hadisələr arasından münasibət
və əlaqələrin
açılmasına yönəlib. Varlığın dərinliklərinin kəşfi, onun dərki təfəkkürün xüsusi yolunu
mü
əyyən edir. Təfəkkür təkcə münasibət
və əlaqələri deyil, həmçinin əlamət və
mahiyy
əti də əks etdirir. Qavrayışda verilən gerçəkliyin cisim və əlamətlərinin
qarşılıqlı münasibətləri, birləşmələri, əlaqələrindən çıxış edərək təfəkkür reallığı dərk
etdirir. Qavrayış vasitəsi ilə təfəkkür proseslərinə ötürülən cisim və hadisələrin,
onların əlamətlərinin bəzilərinin təkcə, digərlərinin mühüm olmayan əlamətləri,
onların xarici əlamətləri birləşsələr də əlaqəli deyillər. Təfəkkür prosesləri zamanı
hadis
ələrin mahiyyəti, xarakteri, əlamətləri arasında əlaqələrin yaranması nəzərdə
tutulur.
Mühüm v
ə ikinci dərəcəli əlamətlər, təsadüfi və zəruri əlaqələr, sadə təsadüfi və real
oxşarlıqlar qavrayışda üzvlənməmiş, ayrılmamış şəkildə olur. Təfəkkürün məqsədi
ondan ibar
ətdir ki, mühüm, əsas, zəruri əlaqələri, ikinci dərəcəli, formal əlaqələrdən,
t
əsadüfi uyğunluqlarını situasiyalara görə ayırsın.
Z
əruri olanı, mahiyyət əlaqələrini, təsadüfdən zərurətə keçidi ayıran təfəkkür
prosesl
əri təkcədən ümumiyə keçir. Təsadüfi, xüsusi hallara əsaslanan, zaman və
m
əkanla hüdudlanan hadisələr təkcə xarakter daşıyır. Lakin mahiyyətcə əlaqəli olan
çoxlu d
əyişmələrdə zəruri olan elementlərin köməyi ilə təfəkkür əlaqələri açır və ona
gör
ə də ümumiləşdirir. Hissi idrak səviyyəsində şeylərin mahiyyətini müəyyən
etm
ək, onun daxili quruluşunu dərk etmək mümkün deyil. Elementar hissəcikləri
görm
ə qavrayışı ilə müəyyən etmək çətindir. İnsan beynində, təbii və sosial
dünyanın hadisələri bilvasitə inikas üçün əlçatmazdır.