Qrup: t ələbə



Yüklə 74,11 Kb.
Pdf görüntüsü
səhifə2/5
tarix07.01.2024
ölçüsü74,11 Kb.
#207017
1   2   3   4   5
serbestis 46 (1)

T
əfəkkür
– insanın psixi, idraki fəaliyyətinin ən yüksək pilləsi olub, gerçəkliyin onun 
mühüm 
əlaqə və münasibətlərini keçmiş təcrübə və ümumiləşmiş nitq vasitəsi ilə 
əks etdirir. Ona görə də təfəkkürü 
cisim v
ə hadisələr arasındakı qanunauyğun əlaqə 
v
ə münasibətlərin ümumiləşmiş və vasitəli inikasından ibarət olan idrak 
prosesi
adlandırırlar. 
İnsanın biliyi və keçmiş təcrübəsi hissi idrakla və hafizə ilə qarşılıqlı əlaqəyə girərək 
onları dəyişdirir. L.S.Vıqotski bu prosesi hafizə və qavrayışın intellektuallaşması 
prosesi adlandırırdı. Qavrayış idraki nöqteyi-nəzərdən kateqoriya və düşünmə 
xüsusiyy
əti, hafizə isə sözlü – məntiqi xarakteri daşıyır. 
T
əfəkkür prosesində insan özündə olan bilikləri praktik təcrübə yolu ilə uyğunlaşdırır 
v
ə bu insana imkan verir ki, o mahiyyətin daha dərin qatlarına varid ola bilsin. 
Praktik f
əaliyyət gerçəkliyin dərk edilməsinin həqiqət ölçüsü kimi çıxış edir. Təfəkkür 
vasit
əsi ilə insan dünyanı dərk edir, ona təsir edərək dəyişdirir. Təfəkkür insanın 
əmək fəaliyyətindən doğmuşdur və məqsədə çatmaq yolunda, müvəffəqiyyət 
qazanmada qarşıya çıxan maneələri aradan qaldırmağın yollarını arayır. 
Psixologiya t
əfəkkürü konkret subyektin real psixi fəaliyyəti kimi, təfəkkürün necə 
inkişaf etməsini, necə yaranmasını, onun strukturunu, digər fəaliyyət növləri ilə 
qarşılıqlı əlaqələrini öyrənir.


T
əfəkkür assosiativ təsəvvürlərin oxşarlığı, uyğunluğu, ahəngdarlığı və eyni 
zamanda meydana çıxması kimi proseslərə əsaslanır. Lakin təfəkkür 
assosiasiyalardan keyfiyy
ətcə fərqlənən daha mürəkkəb prosesdir. Belə ki, təfəkkür 
m
əlum faktlar əsasında yeni fikir və məzmun yaradır. 
T
əfəkkür prosesinə təsəvvür və anlayışların 
inteqrasiyası, təhlili əsasında müvəqqəti
əlaqələrin yaranması kimi də baxmaq olar. 
T
əfəkkürün dinamikası mərkəzi sinir 
sistemind
ə optimal oyanmanın yaranması və 
in- duksiya qanununa 
əsasən lazımsız 
fikirl
ərin və assosiasiyaların ləngiməsinə 
(tormazlanmasma) 
əsaslanır. Başqa sözlə, 
t
əfəkkür məqsədəuyğun şəkildə müəyyən 
istiqam
ətə yönəlmiş proseslərin ardıcıl, 
münt
əzəm fəaliyyəti və bu prosesə mane olan digər proseslərin ləngiməsi fonunda 
meydana çıxır. 
T
əfəkkürün normal fəaliyyəti yalnız düşüncə aydın olduğu halda mümkündür. 
Düşüncənin bu və ya başqa dərəcədə pozulması təfəkkürün yeknəsəkliyinə, 
əlaqəsizliyinə, bəzən isə avtomatik fəaliyyət göstərməsinə səbəb olur. 
T
əfəkkür insanın yaradıcı fəaliyyətinin əsasını təşkil edir. Ona əsaslanaraq biz 
maddi nem
ətlər istehsal edir, sənət əsərləri yaradır və fəaliyyətimizi idarə edirik. 
T
əfəkkür prosesi zamanı biz faktları təhlil edir, ümumiləşdirir və yeni nəticələrə 
g
əlirik: məsələn, həkimin xəstəni müayinəsi, diaqnoz və müalicə təyin etməsi. 
T
əfəkkür idrak prosesinin yüksək bir forması olmaqla özü də bir neçə mərhələdən 
ibar
ətdir: 
1. T
əsəvvürlər- keçmişdə qavranılan və yaddaşımızda iz buraxmış hadisələrdir. 
Bunlar real varlığı əks etdirən faktlar olub konkret təfəkkürün əsasını təşkil 
edir. 
2. 
Abstraksiya formasıdır. Bunun vasitəsilə abstrakt təfəkkür meydana çıxır. 
T
əfəkkürün ifadə forması nitq və yazıdır 
Nitq insan c
əmiyyətinin inkişafının müəyyən mərhələsində meydana çıxmış və onu n 
tarixi inkişafının başlıca cəhətini təşkil edən bir vasitə olmaqla, insanlar arasında 
ünsiyy
ətin əsasmı təşkil edir. 
Görk
əmli fizioloq I. P. Pavlov ikinci siqnal sisteminə aid olan tədqiqatları ilə 
t
əfəkkürün əsasında duran bioloji proseslərin mahiyyətini aydınlaşdırdı. Məlum oldu 
ki, ikinci siqnal sistemi t
əfəkkürün fizioloji əsası olub, düşüncəli fəaliyyətin ən ali 
prosesidir. 


Psixologiya t
əfəkkürü konkret subyektin real psixi fəaliyyəti kimi, təfəkkürün necə 
inkişaf etməsini, necə yaranmasını, onun strukturunu, digər fəaliyyət növləri ilə 
qarşılıqlı əlaqələrini öyrənir. Təfəkkürün təbiətini açan A. N. Leontyev qeyd edirdi ki, 
t
əfəkkürün quruluşu praktik fəaliyyətin quruluşuna yaxınlığı ilə prinsipial xarakter 
daşıyır. Təfəkkürün motivi tez-tez fəaliyyətin motivi ilə üst-üstə düşür. Fikri fəaliyyət 
praktik f
əaliyyətdən fərqli olaraq özünün spesifik xüsusiyyətinə malikdir. O daxilidir, 
qısaldılmışdır və avtomatlaşmışdır. Təfəkkür insanın təlim, əmək, oyun fəaliyyətində 
v
ə tinkişafında, şəxsiyyətə çevrilməsində xüsusi rol oynayır. Peşə fəaliyyətində əsas 
m
əzmun komponentini təfəkkür təşkil edir və o Bu iş tamamilə pedaqoji fəaliyyətə də 
aid edilir. 
Duyğu və qavrayış səviyyəsində cisim və hadisələrin mahiyyətinə var-maq, onlar 
arasındakı ən ümumi, vacib və zəruri cəhətləri əks etdirmək mümkün olmur. Yaxud 
əksər hallarda bu cür əməliyyat aparmaq əlverişli olmur. Ona görə də cisim və 
hadis
ələrin mahiyyətinə varmaq, onlar arasındakı ümumi, zəruri əlaqələri tapmaq, 
əməliyyat aparmaq başqa bir psixi prosesin yaranmasına səbəb olur. Bu isə təfəkkür 
prosesidir. 

Yüklə 74,11 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin