Arxiv fondu sənədlərindən istifadənin məqsədi və təşkiledici formaları
Azərbaycan Respublikası Prezidentinin 27 iyul 1999-cu il Milli arxiv fondu
haqqında fərmanına əsasən Nazirlər Kabineti 6 mart 2000-ci ildə Arxivdə sənədlərin
komplektləşdirilməsi haqqında qərar imzalamışdır. Milli arxiv fondunun
komplektləşdirilməsi dedikdə onun müntəzəm surətdə ictimai-siyasi iqtisadi elmi
sosial-mədəni və ya tarixi əhəmiyyətli olan sənədlərlə tamamlanması nəzərdə tutulur.
Milli arxiv fondunun komplektləşdirilməsinin elmi əsaslarını sənədlərin təsnifat
prinsiplərinin onların komplektləşdirmə mənbələrinin və ekspertizasının kriteriya və
prinsiplərinin
müəyyənləşdirilməsi
təşkil
edir.
Milli
arxiv
fondunun
komplektləşdirilməsinə rəhbərlik və nəzarət bilavasitə azərbaycan Respublikasının
Nazirlər Kabineti Baş Arxiv İdarəsi tərəfindən həyata keçirilir.
Milli arxiv fondunun komplektləşdirilməsi işinə aşağıdakı proseslər daxildir:
a) mənbələrin müəyyən edilməsi,
b) daimi mühafizə ediləcək sənədlərin tərkibinin öyrənilməsi,
c) sənədlərin daimi mühafizə üçün dövlət və qeyri-dövlət arxivləri arasında
bölüşdürülməsi.
Milli arxiv fondunun komplektləşdirilməsi mənbələri ictimai-siyasi, iqtisadi,
elmi, sosial-mədəni yaxud tarixi əhəmiyyəti olan sənədlərin yarandığı dövlət və qeyri-
dövlət idarə, təşkilat müəssisələri və ayrı-ayrı şəxslərdir.
Komplektləşdirmə mənbələri müəyyənləşdirilərkən aşağıdakı əsas meyyarlar
nəzərə alınmalıdır.
a)sənədlərin ali hakimiyyət və idarəçilik sistemində yeri və əhəmiyyəti,
b)idarənin fəaliyyətinin yuxarı idarə orqanları sənədlərində əks olunması
dərəcəsi,
c) sənədlərin dövlət və qeyri-dövlət arxivlərinin profilinə uğunluğu.
Komplektləşdirmə mənbələrinin siyahıları dövlət arxivləri tərəfindən hazırlanır
və Baş Arxiv İdarəsi tərəfindən baxılaraq təsdiq olunur. Milli arxiv fondunun sənədləri
bir dövlət arxivindən digər dövlət arxivinə yalnız Baş Arxiv İdarəsinin razılığı ilə verilə
bilər. Muzeylərin və kitabxanaların, dini, icmaların və ictimai təşkilatların arxivlərinin
Milli arxiv fondunun dövlətə məxsus hissəsinin sənədləri ilə komplektləşdirilməsi
qadağandır.
İdarə, təşkilat və müəssisələrin fəaliyyəti nəticəsində yaranan Milli arxiv fondu
haqqında Qanunun 10- cu addəsində göstərilən müddətlər başa çatdıqdan sonra dövlət
arxivlərinə təhvil verilir. Azərbaycan Respublikasının prokurorluq orqanlarının habelə
dövlət təhlükəsizliyi xarici kəşfiyat xidməti sərhəd xidməti ədliyyə miqrasiya
fövqəladə hallar daxili işlər və müdafiə sahəsində fəaliyyət göstərən dövlət
orqanlarının habelə geodeziya və xəritəçəkmə ekologiya və təbii sərvətlər,
standartlaşma və metrologiya dövlət orqanlarının və Azərbaycan Mlli Elmlər
Akademiyasının arxiv sənədləri Milli arxiv fonduna daxil olmaqla həmin təşkilatların
özündə daimi mühafizə olunur. Milli arxiv fondunun dövlətə məxsus hissəsi şəxsi
mənşəli sənədlərlə bağışlama və ya vəsiyyətlə təmənnasız yaxud satınalma yolu ilə
habelə sənədin sahibinin olmaması yaxud baxımsız qalmasını təsdiq edən məhkəmə və
ya notarial orqanların qərarları əsasında əldə olunan sənədlərlə komplektləşdirilə bilər.
Arxiv əlaqədar təşkilatlarla qabaqcadan aldə etdiyi razılaşmaya əsasan, ictimai
maraq doğuran sənədlərdən müxtəlif formalarda istifadə etməklə, məlumatlandırıcı
tədbirlər keçirir. Həmin tadbirlərin keçirilməsi arxiv işçilərinin çıxışı və məlumatları
ilə, o cümladən "sual-cavab" qaydasında etdikləri çıxış və məlumatlarla, sənədlərin
mövzu toplularının, kinofilmlərin, videofilmlərin, slayd-filmlərin, kinoproqramların
göstərilməsi, fono sənədlərin dinlənilməsi, sənədlərin sərgisi ilə müşayiat edilir. 8.10.1.
İctimaiyyətlə görüşlər – mövzular və informasiyalar üzrə ola bilər: -mövzular üzrə
görüşlər dedikdə - arxiv işçilərinin və digər iştirak- çıların sənədləri şərh etməklə,
müəyyən mövzu üzrə çıxışları nəzərdə tutulur; məlumatverici görüşlərdə - iştirakçılara
bir və ya bir neçə arxivlərin fond və yaxud fond qruplarındakı sənədlərin tərkibi, yeni
daxil olmuş sənədlər, üzərindən məxfiliyi götürülmüş sənədlər barədə məlumatlar
verilir. Görüşün təşkil edilməsi üçün çıxışların mövzusunu, nümayiş etdirilə- cək
sənədlərin tərkibini, görüşün müddətini müəyyən edən proqram tərtib edilir. 8.10.2.
Arxivə ekskursiyalar - xülasə şəklində (sənədlərin tərkib və məzmunu, arxivin
fəaliyyətinin əsas istiqamətləri barədə) və mövzu (müəyyən mövzu üzrə arxivin
sənədlər kompleksini nümayiş etdirən ola bilər. 8.10.3. Təqdimatlar (prezentasiyalar),
"açıq qapı” günlərinin fəaliyyətini, onun fondlarının tərkib və məzmununu keçirilir.
aktual məsələləri üzrə metodiki məsləhətlər daxil edilir.