PEYVƏND
İnfeksion xəstəliklər çox təhlükəli olub, ağır formalarında
hətta ölümlə də nəticələnə bilər. Peyvənd isə uşaqlarda yoluxucu
xəstəliklərə qarşı immunitet (xəstəliyə tutulmama qabiliyyəti) yaradır.
Buna görə də uşaqların bu xəstəliklər əleyhinə peyvənd olunması vacibdir.
Peyvəndlərin aparılması nəticəsində bir sıra xəstəliklər qlobal səviyyədə aradan
qaldırılıb. Azərbaycanda ağır yoluxucu xəstəlik olan poliomielitə yoluxanların sayı
Səhiyyə Nazirliyi tərəfindən görülən tədbirlər nəticəsində sıfıra endirilib. 2002-ci ildə
Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycana “Poliomielitdən azad ölkə” statusunu verib.
Hazırda Azərbaycanda hepatit B, vərəm, poliomielit, difteriya,
göyöskürək, tetanus, B tipli hemofil infeksiya, qızılca, parotit,
məxmərək xəstəliklərinə qarşı peyvənd aparılır.
Dövlət tibb müəssisələrində PEYVƏNDLƏR PULSUZ EDİLİR.
Kitabçada valideynlər üçün yoluxucu xəstəliklər, onların profilaktikası və
peyvənd təqvimi ilə bağlı zəruri olan məlumatlar verilib.
İnfeksion xəstəliklər çox təhlükəli olub, ağır formalarında
hətta ölümlə də nəticələnə bilər. Peyvənd isə uşaqlarda yoluxucu
xəstəliklərə qarşı immunitet (xəstəliyə tutulmama qabiliyyəti) yaradır.
Buna görə də uşaqların bu xəstəliklər əleyhinə peyvənd olunması vacibdir.
Peyvəndlərin aparılması nəticəsində bir sıra xəstəliklər qlobal səviyyədə aradan
qaldırılıb. Azərbaycanda ağır yoluxucu xəstəlik olan poliomielitə yoluxanların sayı
Səhiyyə Nazirliyi tərəfindən görülən tədbirlər nəticəsində sıfıra endirilib. 2002-ci ildə
Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycana “Poliomielitdən azad ölkə” statusunu verib.
Hazırda Azərbaycanda hepatit B, vərəm, poliomielit, difteriya,
göyöskürək, tetanus, B tipli hemofil infeksiya, qızılca, parotit,
məxmərək xəstəliklərinə qarşı peyvənd aparılır.
Dövlət tibb müəssisələrində PEYVƏNDLƏR PULSUZ EDİLİR.
Kitabçada valideynlər üçün yoluxucu xəstəliklər, onların profilaktikası və
peyvənd təqvimi ilə bağlı zəruri olan məlumatlar verilib.
Qızılca
Qızılca – kəskin yoluxucu xəstə-
likdir, hava-damcı yolu ilə yayılır.
İnfeksiya mənbəyi – xəstə insandır.
Xəstəliyin əlamətləri – bədən hərarətinin
yüksəlməsi, zökəm, gözün selikli qişasının
iltihabı, işıqdan qorxma, mərhələli səpgilərin
əmələ gəlməsi və s. Vaxtında həkimə müraciət
edilmədikdə xəstələrdə ağırlaşmalar (pnevmoniya,
meningit, ensefalit və s.) baş verir.
Məxmərək
Məxmərək – yoluxucu xəstəlik-
dir, hava-damcı yolu ilə yayılır.
Xəstəliyin əlamətləri – ümumi
zəiflik, normadan bir qədər yuxarı
qızdırma, başağrısı, boyunarxası
limfa düyünlərinin böyüməsi,
səpgilərin əmələ gəlməsi və
s. Vaxtında həkimə müraciət
edilmədikdə xəstələrdə fəsadlar
(artritlər, oynaqlarda ağrılar,
ensefalit, qanın laxtalanması ilə
bağlı problemlər və s.) baş verir.
Hamilə qadının məxmərəyə
yoluxması hamiləliyin pozulması
ilə nəticələnə bilər.
Yoluxucu xəstəliklərin başlıca
profilaktika yolu peyvənddir!
Epidemik parotit
Epidemik parotit – yoluxucu xəstəlikdir,
hava-damcı yolu ilə yayılır. Xəstəliyin
ən xarakterik əlaməti – qulaqdibi tüpürcək
vəzilərinin şişkinliyidir. Digər əlamətlər –
çeynəmə və udqunma zamanı ağrı, ümumi halsızlıq,
oğlanlarda xayaların, qızlarda yumurtalıqların ağrılı və
həssas olmasıdır. Epidemik parotit xəstəliyi nadir, lakin
ciddi ağırlaşmalara səbəb
ola bilər. Kişilərdə və
yeniyetmə oğlanlarda bu
ağırlaşmalardan bəzən son-
suzluqla nəticələnən xa-
yaların bir və yaxud ikitərəfli
iltihabını (orxit) qeyd etmək
olar. Patoloji prosesə mədəaltı
vəzi cəlb olunduqda, şəkərli
diabetin inkişafı ilə ağırlaşma
müşahidə oluna bilər.
Qızılcanın, epidemik parotitin
və məxmərəyin profilaktikası
Qızılca, epidemik parotit və məxmərək əleyhinə peyvənd bu
xəstəliklərin profilaktikasının ən uğurlu üsuludur. Uşaqları
qızılca-parotit-məxmərək (QPM) əleyhinə vaksinlə (üç infeksi-
yaya qarşı) peyvənd etmək vacibdir. Bu peyvəndin 1-ci do-
zası, Milli peyvənd təqviminə uyğun olaraq, uşaqlara 12
aylığında, 2-ci dozası isə 6 yaşında vurulur.
Peyvəndlərin məhz vaxtında və bütövlükdə
aparılması uşaqların sağlamlığını qoruyur!
Difteriya
Difteriya – hava-damcı yolu ilə yayılan
kəskin yoluxucu xəstəlikdir. İnfeksiya
mənbəyi – xəstələr və bakteriya gəzdiriciləridir.
Xəstəliyin əlamətləri – boğaz ağrısı, boğazda qızartı,
iştahasızlıq, hərarətin bir qədər yüksəlməsi, 2-3 gün
ərzində udlaq və badamcıqların üzərində boz rəngli
ərpin əmələ gəlməsi, boyun limfa vəzilərinin bir qədər
böyüməsi, boyun nahiyəsinin şişməsi, burundan serroz-qanlı
möhtəviyyatın ifraz olunması və s. Xəstəliyin ilk günlərində
difteriyalı xəstədə ürək ritmini pozan və ürək çatışmazlığına
səbəb olan miokardit inkişaf edə bilər. Vaxtında həkimə müraciət
edilmədikdə xəstələrdə digər fəsadlar da baş verir. Difteriyanın
ağır forması zamanı udlaqda inkişaf edən ödem (şişkinlik) tənəffüs
yollarını tutur və yaranan asfiksiya (boğulma) nəticəsində ölüm baş
verir.
Göyöskürək
Göyöskürək – tənəffüs yolunun yoluxucu xəstəliyidir, hava-damcı yolu ilə
çox asan yayılır. Belə xəstələrdə 4-8 həftə davam edən “hürücü” öskürək
müşahidə edilir. Xəstəlik ən çox 1 yaşa qədər uşaqlar üçün təhlükəlidir.
İlk olaraq, uşaqda adi soyuqdəymə
əlamətləri müşahidə olunur,
tədricən isə davamlı (əsasən gecə
saatlarında müşahidə olunan)
öskürək
tutmaları
başlayır.
Vaxtında
həkimə
müraciət
edilmədikdə xəstələrdə fəsadlar
qeydə alınır. Onlardan ən yayılmış
və ölümlə nəticələnən fəsad –
bakterial pnevmoniyadır. Bundan
əlavə, qıcolmalar və qısamüddətli
bayılma da baş verə bilər.
Tetanus
Tetanus – xəstəliyi törədən bakteriyalara
daim ətraf mühitdə rast gəlmək olar.
Tetanus insandan-insana keçmir. İnsan
tetanusa yara və yaxud kəsik səthinə
torpaq zərrələrinin daxil olduğu zaman
yoluxa bilər. Bu bakteriyalar ən çox dərin
deşilmiş yaralarda inkişaf edir.
Tetanusun xarakterik əlamətləri – çey-
nəmə əzələlərinin qıcolmasıdır. Daha
sonra qıcolmalar boyun əzələlərinə keçir və
udqunmanı çətinləşdirir. Bu proses güclü
əzələ gərginliyi, ürək ritminin pozulması,
koma və s. ağırlaşmalarla nəticələnir. Ölüm
halları daha çox azyaşlı uşaqlar və yaşlılar arasında qeydə alınır.
B tipli hemofil çöplər tərəfindən törədilən
xəstəliklər (Hib infeksiya)
B tipli hemofil çöplər – insandan-insana hava-damcı yolu ilə keçir.
Uşaqlar arasında qeydə alınan B tipli hemofil çöplər tərəfindən
törədilən xəstəliklərin 90%-dən çoxu təhlükəli infeksion xəstəliklərdir
(pnevmoniya, sepsis, epiqlotit, septiki artrit, osteomielit, absess,
perikardit). Xəstəliyin böyük qismi 2 yaşa qədər uşaqlar və əsasən
də körpələr arasında qeydə alınır. Hib meningiti keçirmiş uşaqlar
arasında bir sıra müalicə olunmayan ciddi nevroloji qüsurlar
inkişaf edə bilər. Belə uşaqlar əqli inkişafdan geri qalma və
eşitmənin itirilməsi kimi hallara məruz qalır və ömürlük
əlilliyə düçar olurlar. Xəstələrin 5-10%-də xəstəlik ölümlə
nəticələnir.
Peyvəndlərdən imtina etməyin!
Hepatit B
Hepatit B – xəstəliyinin törədicisi hepatit
virusudur. Bu infeksiya qaraciyəri zədələyir,
kəskin və xronik hepatiti törədir. Daha ağır
hallarda sirroz və qaraciyər şişləri yaranır. Bu infeksiya
aşağıdakı yollarla ötürülür: qeyri-steril inyeksiya və ya
əməliyyat zamanı, xəstə anadan yenidoğulmuş uşağa,
yoxlanılmamış qan köçürmələri, cinsi əlaqə zamanı və
s. Uşaqda bu infeksiya, adətən, əlamətsiz keçir, yoluxmuş
uşaqlar daha çox xronik daşıyıcı olurlar. Yoluxmuş insanlarda,
ilk növbədə, ümumi halsızlıq, mədə-bağırsaq pozğunluqları və
soyuqdəymə əlamətləri özünü göstərir. Bu zaman xəstədə sidik
tünd rəngli, nəcis isə ağımtıl olur, bədəndə sarılıq müşahidə olunur.
Dəqiq diaqnoz qoyulması üçün xəstə həkimə müraciət etməlidir.
Difteriyanın, göyöskürəyin, tetanusun,
Hib infeksiyanın və hepatit B-nin profilaktikası
Difteriya, göyöskürək, tetanus, Hib infeksiya və hepatit B-dən
qorunmanın ən effektiv yolu vaksinasiyadır. Hepatit B əleyhinə
HepB vaksininin ilk dozası yenidoğulmuşlara doğuşdan sonra 12
saat ərzində vurulmalıdır. Daha sonra uşaqlar difteriya, göyöskürək,
tetanus, Hib infeksiya və hepatit B-yə
qarşı 1 yaşına qədər kombinə olunmuş
beşkomponentli GDT Hib HepB vaksini ilə
3 dəfə, 2 yaşına qədər yalnız GDT (göy
öskürək, difteriya, tetanus) vaksini ilə 1
dəfə, 6 yaşda yalnız DT (difteriya və tetanus)
vaksini ilə 1 dəfə peyvənd olunmalıdırlar.
Çoxkomponentli vaksinin üstünlüyü
bir neçə xəstəliyə qarşı vaksinlərin bir
inyeksiyada yeridilməsidir.
Vərəm
Vərəm – hava-damcı yolu ilə yayılan
yoluxucu xəstəlikdir, adətən, ağciyərləri,
bəzən isə sümük, beyin, dəri və s. orqanları
zədələyir. Vərəmin əsas əlamətləri – ümumi
halsızlıq, hərarət, yüksək dərəcədə tərləmə, çəkinin
itirilməsidir. Ağciyər vərəmi olan xəstədə daima öskürək,
bəzən qanhayxırma və döş nahiyəsində ağrılar müşahidə
olunur. Vərəm xəstəliyinə yoluxmuş xəstələr mütləq həkimə
müraciət etməli və spesifik terapiya kursu keçməlidirlər.
Vərəmin profilaktikası
Vərəm infeksiyasına yoluxmanın qarşısını almaq məqsədilə
bütün yenidoğulmuşlar 4-7 günlükdə vərəm əleyhinə BCG vaksini
ilə peyvənd olunmalıdırlar. Bu peyvənd uşaqlar arasında vərəm
meningiti və vərəm infeksiyasının digər ağır formalarının baş
verməsinin qarşısını alır.
Poliomielit
Poliomielit – sinir sistemini zədələyən, əzələlərin iflicinə gətirib
çıxaran və hətta ölümlə nəticələnə bilən yoluxucu xəstəlikdir. Adətən,
15 yaşa qədər uşaqlar, nadir hallarda isə böyüklər də yoluxa bilərlər.
Ən çox 5 yaşadək uşaqlar xəstələnirlər. Xəstəliyin əsas əlamətləri –
hərarətin yüksəlməsi, iştahasızlıq, əzginlik, əzələ və baş ağrılarıdır.
Poliomielit keçirmiş insanların çoxu ciddi iflic qalıqları ilə üzləşir.
Poliomielitin profilaktikası
Təhlükənin qarşısını almaq məqsədilə uşaqlar diri oral
poliomielit vaksini ilə peyvənd edilməlidirlər. Vaksin məhlul
şəklində pipetlə uşağın ağız boşluğuna damızdırılır.
Peyvənd uşağın 4-7 günlüyündə, sonra isə 2, 3, 4
və 18 aylığında edilir. Hər bir uşaq 2 yaşınadək
mütləq bu vaksinin 5 dozasını almalıdır.
DİQQƏT!
Poliomielitə qarşı vaksin pipetlə uşağın ağız
boşluğuna damızdırılır, digər vaksinlər isə
inyeksiya yolu ilə yeridilir.
Bir yaşa qədər uşaqlarda bu inyeksiyalar bud
əzələsinə vurulur.
Peyvənddən sonra uşaqda baş verə biləcək
reaksiyalar barədə həkimdən öyrənin.
Peyvənddən sonra reaksiya olduqda dərhal
həkimə müraciət edin.
1.
2.
3.
4.
Peyvəndlər peyvənd təqviminə
uyğun olaraq aparılmalıdır!
*
01 aprel 2013-cü ildən peyvənd təqviminə pnevmokokk
infeksiyaya qarşı vaksin də daxildir.
Bir yaşa qədər uşaqlar pnevmokokk əleyhinə vaksinlə 3 dəfə peyvənd
olunmalıdırlar. Bu, pnevmokokk tərəfindən törədilən pnevmoniya,
meningit və s. xəstəliklərdən qorunmanın ən effektiv yoludur.
*
Kitabça Azərbaycan Respublikası Nazirlər Kabinetinin
26 noyabr 2010-cu il tarixli 225 nömrəli qərarı ilə təsdiq
edilmiş “2011-2015-ci illər üçün yoluxucu xəstəliklərin
immunoprofilaktikasına dair Tədbirlər Proqramı”nın icrası
üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
Tədbirlər Planının 5.2-ci bəndinə uyğun olaraq Səhiyyə
Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən
hazırlanmış və çap edilmişdir. Bukletdə dərc olunanlar
Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya
Mərkəzi ilə razılaşdırılmışdır.
Dostları ilə paylaş: |