ƏMƏLİyyatdan sonraki nəHƏng ventral yirtiğin cərrahi MÜALİCƏSİ



Yüklə 0,51 Mb.
Pdf görüntüsü
tarix14.01.2017
ölçüsü0,51 Mb.
#5586

 



ƏMƏLİYYATDAN SONRAKI NƏHƏNG VENTRAL YIRTIĞIN 



CƏRRAHİ MÜALİCƏSİ (KLİNİK HADİSƏ)   

 

Qasımov N.A.,Əkbərova İ.K. 



(dr.ilaxa@gmail.com) 

 

Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu,  



cərrahiyyə I kafedrası, Bakı, Azərbaycan. 

 

Təqdim  edilmiş  məqalədə  əməliyyatdan  sonrakı  nəhəng  ventral  yırtığı  olan  xəstənin  cərrahi 



müalicəsinin  klinik  müşahidəsinin  təhlili  təqdim  olunur.  Klinik  hadisədən  görünür  ki, 

əməliyyatdan  sonra  ventral  yırtıqların

 

cərrahi  müalicəsində  allohernioplastikanın  qeyri 



gərilməsiz  üsulun  istifadəsi  müalicənin  nəticələrinin  yaxşılaşmasına  və  əməliyyatdan  sonrakı 

dövrdə xəstənin həyat keyfiyyətinin yüksəlməsinə səbəb olur. 



Açar sözlər: ventral yırtıq, cərrahi müalicə, ağırlaşmalar, alloplastika, prolen tor. 

Abdominal  cərrahiyyədə  miniinvaziv  texnologiyaların  sürətli  inkişafına 

baxmayaraq  cərrahi  müdaxilələrdə  açıq  laparotomiyanın  istifadəsi  yüksək  olaraq 

qalır [4,9]. Belə  müdaxilələrdən sonra 3-19% hallarda əməliyyatdan sonra ventral 

yırtıqlar  (ƏSVY)  əmələ  gəlir.  Onların  arasında  xüsusi  yeri  əməliyyatdan  sonrakı 

nəhəng  ventral  yırtıqlar  (ƏSBVY)  tutur  (3-15%)  [1,3].  ƏSVY-nin  cərrahi 

müalicəsindən  sonra  residivlər  yüksək  rəqəmlərlə  xarakterizə  olunur  (4,3%-dən 

46%-ə  qədər)  [5,8].  ƏSBVY-nin  cərrahi  müalicəsindən  sonra  isə  residivin  60%  

hallarda rast gəlinməsi müşahidə olunur [7,10]. ƏSVY-nin əmələ gəlməsinə 31,4% 

hallarda  infeksion  proses,  35,1%  hallarda  qarın  boşluğunun  drenə  edilməsi  və  ya 

tamponadası  və  40,7%  hallarda  isə  eventerasiya  səbəb  olur  [6].  ƏSVY-nın 

inkişafının  patogenezində  mühüm  yeri  piylənmə  tutur.  Demək  olar  ki,  bütün 

ƏSBVY olan xəstələrin 70-90% -də müxtəlif dərəcəli piylənmə qeyd olunur [2]. 

Aşağıda  əməliyyatdan  sonrakı  nəhəng  ventral  yırtığı  olan  xəstənin  cərrahi 

müalicəsinin klinik müşahidəsinin təhlili təqdim olunur. 

Xəstə  P.S.,  qadın  (X/t1355),  1964-cü  il  təvəllüdlü,  qarnın  sol  yan  divarında 

şişkinlik,  diskomfort,  əmək  qabiliyyətin  aşağı  düşməsi,  ümumi  narahatçılıq 

şikayətləri ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına daxil olunmuşdır. Deməsinə görə 

özünü  uzun  müddət  xəstə  hesab  edir.  1992-ci  ildə  sol  tərəfli  nefrektomiya 

əməliyyatına  məruz qalmışdır. Əməliyyatdan 5 il sonra əməliyyat çapığı  üzərində 

kiçik  ölçülü  şişkinlik  əmələ  gəlmişdir.  Getdikcə  şişkinliyin  ölçüsü  böyümüşdir. 


 

2013-cü  ildə  həmin  nahiyyədə  olan  yırtıq  səbəbilə  cərrahi  əməliyyat  keçirmişdir. 



Bu  əməliyyatdan  bir  müddət  keçəndən  sonra  həmin  nahiyyədə  yenidən  yırtıq 

əmələ  gəlmişdir.  2014-cü  ildə  bu  yırtıq  ləğv  edilib  və  prolen  torun  köməyi  ilə 

alloplastika  icra  edilmişdir.  Lakin  əməliyyatdan  sonra  əməliyyat  sahəsi  irinləmiş 

və  prolen  tor  hissə-hissə  çıxarılmışdır.  2015-ci  ildə  xəstəyə  yenidən  prolen  torla 

alloplastika icra edilmişdir. Təkrar əməliyyat sahəsi irinlədiyinə görə prolen torun 

bir  hissəsi  xaric  edilmişdir.  Getdikcə  qarnın  sol  yan  nahiyyəsində  şişkinlik 

artdığına  görə  (ölçüsü  20,0x13,0x8,0sm)  xəstə  klinikaya  müraciət  etmişdir. 

Xəstəyə əməliyyatdan sonrakı nəhəng ventral yırtıq diaqnozu qoyulmuşdur (şək.1).  

                                                                                                      

                     

 

Şəkil 1. Xəstədə əməliyyatdan sonrakı nəhəng ventral yırtıq. 



 

Xəstə  planlı  surətdə  müayinələrdən  keçib  cərrahi  əməliyyata  hazırlandı. 

Aparılan  müayinələr: qanın  ümumi analzi – Hb 104 q/l; erit. 3,3; ley. 4,8; EÇS 8 

mm/s;  laxtalanma  müddəti  6  dəqiqə  (Suxorevla);  qanın  biokimyəvi  analizi  – 

ümumi  bilirubin  18,1;  kreatinin  5,1;  amilaza  325;  qanda  şəkərin  təyini  6,8mmol; 

HBs(-),  HCV(-);  sidiyin  ümumi  analizi  –  leykosit  6-8g/s,  eritrosit  0-1  g/s,  oksalat 

kristalları tək-tək. Döş qəfəsinin rentgenskopiyası zamanı patologiya aşkarlanmadı, 

EKQ – sinus ritmi, miokardın az nəzərə çarpan dəyişikliyi. 



 

Xəstəyə  ümumi  anesteziyanın  tətbiqi  ilə  herniotomiya,  alloplastika 



əməliyyatı  icra  edildi.  Əməliyyat zamanı  yırtıq  kisəsi  üzərində  olan  köhnə  prolen 

torun qalıq hissəsi ilə birlikdə kəsilib götürüldü (şək.2,3,4,5).        

 

 

              



                                                                                                                                 

şək.2 


 

                           



 

şək.3 


 

                             

 

şək.4 


 

 

                                              



 

şək.5 


 

Qarın boşluğu yırtıq kisəsini təşkil edən periton ilə izolyasiya edildi. Prolen 

tor  aponevroz  üzərinə  qoyuldu.  Torun  kənarları  XI-XII  qabırğalara,  I-II  bel 

fəqərələrinin köndələn çıxıntılarına, qasıq sümüyünə və pupart bağına fiksə edildi. 

Dərialtı sahədə 2 ədəd drenaj boru saxlanıldı. Əməliyyat yaranın qatbaqat tikilməsi 

ilə başa çatdırıldı. 

Əməliyyatdan sonrakı dövr fəsadsız keçdi. Xəsətəyə müvafiq təyinat yerinə 

yetirildi:  Ringer  400ml,  v/d,  Reopoliqlükin  400,0ml,  v/d,  Trisol  400,0ml,  v/d, 

İnfezol  400,0ml,  v/d,  Metronidazol  100,0x2dəfə  v/d,  Sulfokamfokain  2,0x2dəfə 

ə/d,  Serukal  2,0x2dəfə  ə/d,  Riboxin  10,0  v/d,  Klexan  0,6x2dəfə  d/a,  Ceftriaxon 

1,0x2dəfə  ə/d,  Gentomesin  80  mgx3dəfə  ə/d  və  s.  Əməliyyatdan  3  sutka  sonra 

drenaj  borular  çıxarıldı,  6-cı  sutkada  tikişlər  seyrəldildi,  8-ci  sutkada  isə  tikişlər 

tam söküldi. Yara birincili sağaldı. 

 


 

                                         



 

                                                                                                                     şək.6 

 

       Nəticə.  Bu  günki  gün ƏSVY-nin  və  ƏSBVY-nin cərrahi  müalicəsində  xüsusi 

yeri torlu endoprotezin istifadəsi ilə allohernioplastika tutur. Təqdim olunan kliniki 

hadisədən  göründüyü  kimi  ƏSVY-nin  cərrahi  müalicəsində  allohernioplastikanın  

qeyri  gərilməsiz  üsulun  istifadəsi  müalicənin  nəticələrinin  yaxşılaşmasına  və 

əməliyyatdan  sonrakı  dövrdə  xəstənin  həyat  keyfiyyətinin  yüksəlməsinə  səbəb 

olur. 



 

ƏDƏBİYYAT 

1.  Белоконев  В.И.,  Федорина  Т.А.,  Ковалева  З.В.,  Пушкин  С.Ю.,  Супильников  А.А. 

Патогенез и хирургическое лечение послеоперационных грыж. Самара, 2005-2008 стр. 

2. 


Биряльцев 

В.Н., 


Шаймарданов 

Р.Ш., 


Филиппов 

В.А., 


Халилов 

Х.М. 


Герниоабдоминопластика. Руководство для врачей. -Казань. Идел-Прес. 2008-120 с. 

3.  Дыньков  С.М.,  Тарасова  Н.К.,  Рехачев  В.П.,  Петухов  Е.А.  Хирургическое  лечение 

послеоперационных вентральных грыж // Вестник герниологии.-2006.№2-стр.67-72.    

4.  Егиев  В.Н.,  Лядов    К.В.,  Воскресенский  П.К.  Атлас  оперативной  хирургии  грыж.-

М.Медпрактика-М, 2003-228 стр. 

5.  Жебровский  В.В.,  Тоскин  К.Д.,  Ильченко  Ф.Н.  Двадцатилетний  опыт  лечения 

послеоперационных вентральных грыж // Вестник хирургии-1996.№2-с.105-108. 

6.  Касумов  Н.А.,  Мирзалиев  И.Б.  Лечение  вентральных  грыж  больших  размеров 

(современное состояние проблемы) // Sağlamlıq jurnalı, Bakı, 2011, №5, səh.7-14 


 

7.  Нелюбин    П.С.,  Галота  Е.А.,  Тимошин  А.Д.  Хирургическое  лечение  больных  с 



послеоперационными и рецидивными вентральными грыжами. Хирургия - 2007. №4 -с.69-

74. 


8.  Чистяков  А.А.,  Богданов  Д.Ю.  Хирургическое  лечение  послеоперационных 

вентральных грыж. - Москва, МИА, 2005-104 стр. 

9.  Qasımov  N.A.,  Mirzəliyev  İ.B.  Böyük  həcmli  ventral  yırtıqlar  zamanı  in-lay  metodu  ilə 

alloplastika // Cərrahiyyə, №4 (28), Bakı, 2011, səh.92 

10.  Qasımov  N.A.,  Mirzəliyev  İ.B.  Böyük  həcmli  və  qiqant  ventral  yırtıqların  cərrahi 

müalicəsində antiadheziv torların tətbiqi // İmmunitet və İnfeksiya jurnalı Bakı, 2013. Səh.51 

                                  

                                                          РЕЗЮМЕ 

 

      ХИРУРГИЧЕСКОЕ ЛЕЧЕНИЕ ГИГАНТСКИХ 



ПОСЛЕОПЕРАЦИОННЫХ ВЕНТРАЛЬНЫХ ГРЫЖ 

(Клинический случай) 

 

Касумов Н.А., Акберова И.К. 

 

(

dr.ilaxa@gmail.com



 

Азербайджанский Государственный Институт Усовершенствия Врачей 



имени А.Алиева, кафедра хирургии I. Баку, Азербайджан 

 

Несмотря  на  то,  что  в  абдоминальной  хирургии  развитие  миниинвазивной  технологии 

идет  очень  быстро,  использование  открытых  лапаротомий  в  хирургических 

вмешательствах  остается  высоким.  После  таких  вмешательств  в  3-19%  случаях 

развиваются  послеоперационные  вентральные  грыжи  (ПОВГ).  Среди  них  особое  место 

занимают  большие  (гигантские)  грыжи  (ПОБВГ)-3-15%.  Частота  рецидивов  после 

хирургического лечения ПОВГ  от 4,3% до 46%. В   представленном  клиническом  случае 

хирургического 

лечения 

ПОБВГ 


видно, 

что 


использование 

ненатяжного 

аллогерниопластического  метода  улучшило  результаты  хирургического  лечения  и  стало 

причиной увеличения качества жизни больного в посоперационном периоде. 



Ключевые  слова:  вентральная  грыжа,  хирургическое  лечение,  осложнения,  

аллопластика, проленовая сетка. 

        

 

SUMMARY 

 

THE SURGICAL TREATMENT OF GIGANTIC AFTEROPERATED 

ABDOMINAL WALLS HERNIAS (CLINICAL CASE) 

 

Gasimov N.A., Akbarova I.K. 



 

(dr.ilaxa@gmail.com) 



 

Azerbaijan State Advanced Training Institute for Doctors named after A.Aliyev, 



department of surgery I, Azerbaijan, Baku 

 

İn spite of development of mini invasive technology in the abdominal surgery goes very quickly 



using  open laparotomy in the surgical operation is highly.  After these surgical operations in 3-

19% cases develop  abdominal  hernia (AOAH).  Among these complications  big (gigant) hernia 

(AOBAH)  has  specially  place  (3-15%).  Frequency  after  surgical  treatment of  AOAH  is  highly 

(from 4.3% tо  46%).  İn this  clinical case the surgical treatment  of  AOAH  is seen that using of 

nontension  allohernioplastic  method  is  improved  the  result of  surgical  treatment  and  quality  of 

life after operation period.  



Key words: abdominal walls hernia, surgical treatment, complications, alloplasty, prolen mesh. 

 

 



Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin